< 列王紀下 7 >
1 厄里叟說:「請聽上主的話:上主這樣說:明天這個時候,在撒瑪黎雅城門口,一「色阿」上等麵粉只值一「協刻耳,」兩「色阿」大麥,只值一「協刻耳。」
Elişa dedi: «Rəbbin sözünü eşidin, Rəbb belə deyir: “Sabah bu vaxt Samariya darvazasında bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satılacaq”».
2 那個手扶君王的侍衛回答天主的人說:「縱使上主打開天上的閘,也不會有這樣的事! 」先知說:「你必親眼看到,只是吃不上。」
Padşahın sağında duran köməkçi Allah adamına cavab verib dedi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə dedi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».
3 在城門口有四個癩病人,他們彼此說:「我們為什麼在這裏坐著等死呢﹖
Şəhər darvazasının önündə dörd cüzamlı adam var idi. Onlar bir-birlərinə dedilər: «Nə üçün biz ölənə qədər burada oturub qalmalıyıq?
4 如果我們決意進城去,城裏也有饑荒,我們必死在那裏;如果留在這裏,我們也是一樣死;不如去投到阿蘭人營中,假如他們讓我們活著,我們就活著;假如他們要殺我們,我們就死罷。」
Əgər şəhərə girsək, şəhərdə olan aclıqdan öləcəyik, burada qalsaq, burada öləcəyik. Onda Aramlıların ordugahına gedib təslim olaq. Əgər bizi sağ buraxsalar, sağ qalarıq, öldürsələr, ölərik».
5 他們於是在黃昏時起身,往阿蘭人的營盤那裏去;及至到了阿蘭人的營盤邊時,哦! 那裏一個人也沒有了。
Onlar Aramlıların ordugahına getmək üçün axşam alaqaranlığında qalxıb onun kənarına gəldilər. Orada heç kəs yox idi.
6 原來上主早已使阿蘭人的營盤中聽到戰車馬隊和大軍的喧囂聲,他們就彼此說:「呀! 以色列王雇用了赫特人王和慕茲黎人王來攻打我們了。」
Rəbb Aramlıların ordusuna döyüş arabalarının gurultusunu, atların tappıltısını və böyük ordunun səsini eşitdirmişdi. Onlar bir-birlərinə söyləmişdilər: «İsrail padşahı Xet və Misir padşahlarını muzdla tutmuşdur ki, bizim üstümüzə gəlsinlər».
7 所以,他們在黃昏時,即起身逃走,丟下了他們的帳幕騾馬,只顧逃命,留下營盤未動。
Onlar axşam alaqaranlığında qalxıb qaçmışdılar. Çadırlarını, atlarını, eşşəklərini – bütün ordugahı olduğu kimi buraxıb getmişdilər. Beləcə canlarını qurtarmaq üçün qaçmışdılar.
8 這些癩病人到了營盤邊,進了一個帳幕,又吃又喝,將那裏的金銀和衣服拿走,去收藏起來;然後又回來,進了另一帳幕,拿走了那裏的東西,去收藏起來。
Bu cüzamlılar ordugahın kənarına gəlib bir çadıra girdilər və yeyib-içdilər. Oradan qızıl-gümüş, paltar götürüb getdilər və onları gizlətdilər. Sonra qayıdıb başqa bir çadıra girdilər. Oradan da şeylər götürüb getdilər və onları da gizlətdilər.
9 以後,癩病人彼此說:「我們這樣做得不對,今天原是報喜訊的日子,我們竟然不聲不響;如果等到早晨天亮,我們就有罪了。來,現在我們就去向王室報信! 」
Onlar bir-birlərinə dedilər: «Biz yaxşı eləmirik, bu gün müjdə günüdür, biz isə susuruq. Səhər açılana qədər gözləməyə haqqımız yoxdur, indi gedək, saray adamlarına bu xəbəri bildirək».
10 他們於是去向把守城門的人喊叫,給他們報告說:「我們曾到過罷蘭人的營盤,那裏一個人也沒有,也沒有人聲,只有栓著的馬,栓著的驢;帳幕一點未動。」
Onlar gəlib şəhərin qapıçılarını səslədilər və onlara bildirib dedilər: «Aramlıların ordugahına getdik, orada heç kəs yox idi və insan səsi də gəlmirdi. Ancaq bağlı atlar, bağlı eşşəklər və olduğu kimi qalan çadırlar var idi».
Qapıçılar da qışqırıb bu xəbəri saray içərisində olan adamlara bildirdilər.
12 君王夜間起來,對自己的臣僕說:「現在讓我給你們解釋,阿蘭人對我們所做得事:他們知道我們鬧饑荒,所以離開營盤,埋伏在田間,心想:以色列人必由城裏出來,那時,我們可將他們活活捉住,然後開進城去。」
Padşah gecə ikən qalxıb əyanlarına dedi: «Aramlıların bizə nə etmək istədiklərini indi sizə deyərəm: onlar bilirlər ki, biz acıq, buna görə də ordugahdan çıxıb çöldə gizlənmişlər və “şəhərdən çıxanda onları diri tutarıq və şəhərə girərik” deyə düşünürlər».
13 有個臣僕回答說:「請叫人從這裏所剩下的馬中,牽出五匹來,無論怎樣,同別的一樣要死,倒不如派人去看看。
Əyanlardan biri cavab verib dedi: «Qoy bir neçə adam şəhərdə qalmış atlardan beşini götürsün və onları göndərək, gedib görsünlər. Onların da aqibəti qalan bütün İsrail camaatının aqibəti kimi olacaq, çünki bütün İsrail camaatı həlak olacaq».
14 他們於是推出兩輛戰車,五匹馬,君王就派他們去追趕阿蘭軍隊說:「你們去看看! 」
Onlar atlar qoşulmuş iki döyüş arabası götürdülər. Padşah «gedin görün» deyib onları Aram ordusunun dalınca göndərdi.
15 那些人追蹤阿蘭人,直到約旦河,見路上滿是阿蘭人在倉卒逃走中,丟下的衣服和裝備;使者們便回來報告了君王。
Onlar Aramlıların dalınca İordan çayına qədər getdilər. Bütün yol Aramlıların tələsik qaçdıqları vaxt atdıqları geyim və əşyalarla dolu idi. Qasidlər geri qayıdıb padşaha bu xəbəri bildirdilər.
16 人民便出來搶掠了阿蘭人的營盤。於是一「色阿」上等麵粉,只值一「協刻耳,」兩「色阿」大麥,只值一「協刻耳,」正應驗了上主所說的話。
Xalq çıxıb Aramlıların ordugahını qarət etdi. Rəbbin sözünə görə bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satıldı.
17 君王派定那手扶自己的侍衛,把守城門;但人民在城門口把他踏死了,應驗了天主的人,在君王下來見他時,所說的話。
Padşah sağında duran köməkçini darvazanın ağzına qoymuşdu. Padşah Allah adamının yanına enib gəldiyi zaman onun söylədiyi kimi xalq padşahın köməkçisini darvazanın ağzında tapdaladı və o öldü.
18 原來,天主的人對君王說過:「明天這個時候,在撒瑪黎雅城門口一『色阿』上等麵粉,只值一『協刻耳。』兩『色阿』大麥,只值一『協刻耳。』」
Allah adamının padşaha söylədiyi kimi oldu. O demişdi: «Sabah bu vaxt Samariya darvazasında iki sea arpa bir şekelə və bir sea narın un bir şekelə satılacaq».
19 那侍衛曾回答天主的人說:「縱然上主打開天上的閘,也不會有這樣的事! 」先知回答說:「你必親眼看到,只是吃不上。」
Padşahın köməkçisi də Allah adamına cavab verib demişdi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə demişdi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».
20 這事果然發生在他身上了:人民在城門口把他踏死了。
Həmin şey də onun başına gəldi: xalq onu darvazanın ağzında tapdaladı və o öldü.