< 撒母耳記上 6 >

1 上主的約櫃在培肋舍特地方七個月之久。
Rəbbin sandığı Filiştlilərin diyarında yeddi ay qaldı.
2 培肋舍特人召集司祭和占卜者說:「我們對上主的約櫃該作什麼﹖請告訴我們,用什麼方法可將它送回原處﹖」
Filiştlilər kahinlərlə falçıları çağırıb dedilər: «Bu Rəbbin sandığını nə edək? Onu öz yerinə necə qaytarmağı bizə başa salın».
3 他們回答說:「你們若將以色列天主的約櫃送回,不可空空的將它送回,必須奉上贖罪的禮品:這樣你們纔能痊癒,也會明瞭他的手為什麼沒有離開你們。」
Kahinlər və baxıcılar dedilər: «İsrail Allahının sandığını geri göndərmək istəyirsinizsə, boş göndərməyin. Ona mütləq təqsir təqdimi verməlisiniz. O zaman sağalacaqsınız və O sizdən nə üçün əl çəkmədiyini bildirəcək».
4 他們問說:「我們應奉上什麼贖罪的禮品﹖」他們回答說:「按照培肋舍特酋長的數目,奉上五個金毒瘡像和五個金鼠像,因為你們所有的人和你們的酋長,都遭遇同樣的災禍。
Filiştlilər soruşdular: «Ona göndərəcəyimiz təqsir təqdimi nə olmalıdır?» Kahinlər və baxıcılar belə cavab verdi: «Filiştlilərin ağalarının sayına görə beş qızıl şiş surəti ilə beş qızıl siçovul surəti düzəldib göndərin. Çünki bu bəla həm sizin, həm də ağalarınızın üstündədir.
5 所以你們應製造你們患的毒瘡像,和損壞你們地方的老鼠的像,應歸光榮於以色列的天主:這樣或許他會對你們,對你們的神和你們的地方放鬆他的手。
Ona görə də həm şişlərinizin, həm də ölkənizi dağıdan siçovulların surətlərini yaradın və İsrailin Allahını şərəfləndirin. Bəlkə O sizin, allahlarınızın və torpağınızın üstündə əlini yüngülləşdirdi.
6 你們為什麼像埃及人和法郎一樣心硬呢﹖不是上主玩弄了他們以後,埃及人纔放走了他們嗎﹖
Misirlilərlə fironun ürəyi inadkarlıq etdiyi kimi nə üçün sizin də ürəkləriniz inadkarlıq edir? Allah onlarla sərt davrananda İsrailliləri azad buraxmadılarmı?
7 現今,趕快製造一輛新車,牽出兩頭正在哺乳,還沒有負過軛的母牛來,套上這輛新車,把小牛牽回棚裏去;
İndi isə bir təzə araba düzəldin və boyunduruğa qoşulmayan iki sağmal inəyi arabaya qoşun. Balalarını isə onlardan ayırıb evə göndərin.
8 然後把上主的約櫃裝在車上,把那奉上作為贖罪禮品的金器,都盛在一匣子內,放在約櫃旁邊,然後讓它去。
Rəbbin sandığını götürüb arabaya qoyun və təqsir təqdimi olaraq Ona ödəyəcəyiniz qızıl əşyaları isə bir mücrü içərisində sandığın yanına qoyun, sonra da yola salın getsin.
9 但你們應留神:若是約櫃取道往自己的地方去,即往貝特舍默士去,那麼,這大災難,即是上主加給我們的;若不然,我們就知道,不是他的手打擊了我們,而我們所遭遇的是出於偶然。」
Amma baxın, onlar sandığın olduğu torpağa – Bet-Şemeş yoluna qalxarlarsa, deməli, bu böyük bəlanı bizə verən Odur. Yox, əgər oraya getməzlərsə, onda biləcəyik ki, bizi vuran Onun əli deyil və bu qəza başımıza təsadüfən gəlmişdir».
10 人們就這樣作了;牽出兩頭正在哺乳的母牛來,套上那輛新車,將牛犢關在棚裏,
Adamlar belə də etdilər. İki sağmal inək gətirib arabaya qoşdular və balalarını da evdə bağladılar.
11 把上主的約櫃,以及裝有金老鼠和毒瘡像的匣子,都放在車上。
Rəbbin sandığı ilə bərabər içərisində siçovulların və şişlərin qızıl surətləri yığılmış mücrünü də arabaya qoydular.
12 那對母牛直直奔向貝特舍默士的路上走去,一邊走,一邊叫,不偏左也不偏右;培肋舍特的酋長跟在後面,一直到了貝特舍默士的邊境。
İnəklər birbaşa Bet-Şemeşə gedən yolla sağa-sola dönmədən, böyürə-böyürə getdilər. Filiştlilərin ağaları isə onları Bet-Şemeş sərhədinə qədər ötürdülər.
13 那時,貝特舍默士人正在谷中收割麥子,舉目一看,見是上主的約櫃,就前去歡迎。
O zaman Bet-Şemeşlilər zəmidə buğda biçirdilər. Onlar başlarını qaldırıb sandığı görəndə sevindilər.
14 車來到貝特舍默士人約叔亞的莊田,就在那裏停住了。那裏有一塊大石頭,人就將車輛的木頭劈開,把母牛祭獻給上主作全燔祭。
Araba Bet-Şemeşli Yeşuanın zəmisinə girib böyük bir daşın yanında dayandı. Bet-Şemeşlilər arabanın ağaclarını qırdılar, inəkləri isə Rəbbə yandırma qurbanı verdilər.
15 肋未人先把上主的約櫃和旁邊盛有金器的匣子搬下來,放在那塊大石上。貝特舍默士人當天給上主獻了全燔祭,宰殺了許多犧牲。
Levililər Rəbbin sandığını və onun yanındakı qızıl əşyalar yığılmış mücrünü arabadan endirib böyük bir daşın üstünə qoydular. O gün Bet-Şemeşlilər Rəbbə yandırma qurbanı verib başqa qurbanlar da kəsdilər.
16 培肋舍特的五位酋長見事已成,當天就回了厄刻龍。
Filiştlilərin beş ağası bu hadisəni gördükdən sonra həmin gün Eqrona qayıtdı.
17 以下是培肋舍特人奉獻給上主作為贖罪禮品的金毒瘡像:阿市多得一個,迦薩一個,阿市刻隆一個,加特一個,厄刻龍一個。
Filiştlilərin təqsir təqdimi olaraq Rəbbə gətirdikləri qızıl şişlərin hər biri Aşdod, Qəzzə, Aşqelon, Qat, Eqron üçün olub bu şəhərlərin sayına görə idi.
18 金老鼠也是依照培肋舍特五酋長的城市數目,包括有垣墻的城市和所有的村落。那曾安放過上主約櫃的大石,直到今日還在貝特舍默士人約叔亞的田內,作為見證。
Qızıl siçovullar isə qala divarlı şəhərlərlə ətraf kəndlər də daxil olmaqla beş ağaya məxsus Filişt şəhərlərinin sayına görə beş dənə idi. Bet-Şemeşli Yeşuanın zəmisində Rəbbin sandığı qoyulan böyük daş bu günə qədər şahid kimi qalmaqdadır.
19 當貝特舍默士人看見上主的約櫃時,耶苛尼雅的子孫沒有與他們一起表示歡樂,所以上主擊殺了他們中七十人。百姓就難受,因為上主這樣嚴厲打擊了百姓。
Rəbbin sandığının içinə baxdıqları üçün Allah Bet-Şemeşliləri də vurdu və əlli ailədən yetmiş nəfəri öldürdü. Xalq isə Rəbbin onların başına gətirdiyi müsibətə görə yas tutdu.
20 於是貝特舍默士人說:「在這神聖的天主上主面前,誰還能站得住﹖從我們這裏把它送到誰那裏去呢﹖」
Bet-Şemeşlilər dedilər: «Bu müqəddəs Allah olan Rəbbin qarşısında kim dayana bilər? Bizdən sonra kimin yanına gedəcək?»
21 他們遂派使者到克黎雅特耶阿陵的居民那裏,對他們說:「培肋舍特人送回了上主的約櫃,你們下來,將它抬上去,放在你們那裏。」
Sonra Qiryat-Yearim əhalisinə qasidlər göndərib dedilər: «Filiştlilər Rəbbin sandığını geri qaytardılar, gəlin onu aparın».

< 撒母耳記上 6 >