< 列王紀上 18 >
1 [預告旱災結束]過了許多時日,到了第三年,有上主的話傳於厄里亞說:「你去見阿哈布,我要在這地上降雨。」
Uzun müddət sonra, quraqlığın üçüncü ilində İlyasa Rəbbin bu sözü nazil oldu: «Get, Axava görün. Mən torpağın üzərinə yağış verəcəyəm».
2 厄里亞就去見阿哈布;那時,撒瑪黎雅正遭受嚴重的饑荒。
İlyas Axava görünmək üçün getdi. O vaxt Samariyada şiddətli aclıq idi.
3 阿哈布將自己的家宰敖巴狄雅召來,─敖巴狄雅原是一位很敬畏上主的人。
Axav saray rəisi olan Avdiyanı çağırdı. Avdiya Rəbdən çox qorxurdu.
4 當依則貝耳殺害上主的先知時,他曾收留一百個先知,每五十人分藏在一個洞裏,私下供給他們飲食。─
İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman Avdiya peyğəmbərlərdən yüz nəfəri aparıb onları əlli-əlli olaraq mağaralarda gizlətmiş, çörək və su ilə təmin etmişdi.
5 阿哈布對敖巴狄雅說:「我們要走遍這地,到所有的水泉和小河那裏去,或許能找到一些青草,使騾馬生存,免得喪失許多牲畜。」
Axav Avdiyaya dedi: «Ölkədə olan bütün su mənbələrinə və vadilərə get. Bəlkə ot tapdıq, atları və qatırları salamat saxladıq, heyvanlar da tələf olmadı».
6 他們於是分地巡行;阿哈布獨自走了一條路,敖巴狄雅也獨自走了另一條路。敖巴狄雅遇厄里亞
Onlar ölkəni aralarında böldülər ki, hər tərəfi gəzib dolaşsınlar. Axav ayrıca, bir yolla, Avdiya isə ayrıca, başqa bir yolla getdi.
7 敖巴狄雅走路時,厄里亞恰巧遇見了他;敖巴狄雅認得他,便俯伏在地說:「你不就是我主厄里亞嗎﹖」
Avdiya yolda ikən İlyas ona rast gəldi. O, İlyası tanıdı və üzüstə yerə döşənib dedi: «Ağam İlyas, bu sənsənmi?»
8 厄里亞回答說:「是,你去告訴你的主人說:厄里亞在這裏。」
İlyas dedi: «Mənəm. Get, ağana de ki, İlyas buradadır».
9 敖巴狄雅說:「我犯了什麼罪﹖你竟要將你的僕人交於阿哈布手中,讓他殺死我﹖
O dedi: «Nə günah etmişəm ki, mən qulunu öldürmək üçün Axavın əlinə verirsən?
10 我指著永生的上主,你的天主起誓:沒有一個民族,沒有一個國家,我的主上不派人去尋找你的;如果人們說:厄里亞不在我們這裏;他一定要叫那個國家和那個民族起誓說:實在他們沒有找到你。
Allahın var olan Rəbbə and olsun ki, ağamız səni axtarmağa adam göndərmədiyi bir millət, bir padşahlıq qalmadı. Onlar “o burada yoxdur” dedikləri vaxt həmin padşahlığa və millətə səni tapmadıqlarına and içdirdi.
11 現在你說:你去告訴你的主人說:厄里亞在這裏。
Amma indi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”.
12 我一離開你,上主的神把你帶到我所不知道的地方去;我若去告訴阿哈布,而他找不到你,啟不要殺死我﹖你的僕人自幼也是個敬畏上主得人啊!
Sənin yanından getdiyim vaxt Rəbbin Ruhu səni bilmədiyim bir yerə aparacaq. Mən də gedib Axava bildirəndə o səni tapmayacaq və məni öldürəcək. Ancaq bu qulun cavanlığından bəri Rəbdən qorxur.
13 難道我主沒有聽說過:當依則耳殘殺上主的先知時,我所作的事﹖我曾隱藏一百個上主的先知,每五十人分藏在一個洞裏,由我供給他們飲食。
İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman mənim etdiyim iş ağama bildirilmədimi? Mən onda Rəbbin peyğəmbərlərindən yüz nəfəri əlli-əlli olaraq mağaralarda gizlətdim, onları çörək və su ilə təmin etdim.
14 現在你說:你去告訴你的主人,厄里亞在這裏,他一定要殺我! 」
İndi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”. Axı o məni öldürər».
15 厄里亞說:「我指著我所服侍的萬軍的永生上主起誓:今天我一定要叫阿哈布看見我。」阿哈布和厄里亞見面
İlyas dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, bu gün hökmən ona görünəcəyəm».
16 敖巴狄雅於是前去會見阿哈布,告訴他這消息,阿哈布就去迎接厄里亞。
Avdiya Axavın yanına getdi və ona hər şeyi danışdı. Axav da İlyası qarşılamağa getdi.
17 阿哈布一見厄里亞,就對他說:「叫以色列遭難的人,不就是你嗎﹖」
Axav İlyası görəndə ona dedi: «Ey İsraili dərdə salan adam, bu sənsənmi?»
18 厄里亞答說:「不是我叫以色列遭難,而是你和你的父家,因為你們拋棄了上主的誡命,歸順了巴耳邪神。
O cavab verdi: «İsraili mən yox, sən və atanın evi dərdə saldınız. Siz Rəbbin əmrlərindən dönüb Baal bütlərinə xidmət etdiniz.
19 現在,你派人去召集全以色列人,同受依則貝耳供養的那四百五十個巴耳的先知,【及那四百個阿舍辣的先知,】上加爾默耳山,到我跟前來。」
İndi bütün İsrailliləri, İzevelin süfrəsində yemək yeyən dörd yüz əlli Baal peyğəmbərini və dörd yüz Aşera peyğəmbərini Karmel dağına, yanıma çağırtdır».
20 阿哈布便派人召集了所有的以色列子民,聚集了那些先知,一起到了加爾默耳山上。厄里亞與假先知比試
Axav bütün İsrail övladlarını və peyğəmbərləri Karmel dağına çağırtdırdı.
21 厄里亞走向全體民眾面前說:「你們搖擺不定,模稜兩可,要到幾時呢﹖如果上主是天主,你們就應該隨從上主;如果巴耳是天主,就該隨從巴耳。」人民一句話也不回答。
İlyas bütün xalqın yanına gəlib dedi: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Rəbb Allahdırsa, Ona xidmət edin, yox, Baal Allahdırsa, onda ona xidmət edin». Xalq onun sözünə cavab vermədi.
22 厄里亞對人民說:「上主的先知指剩下我一個人了,巴耳的先知卻有四百五十人。
Onda İlyas xalqa dedi: «Rəbbin peyğəmbərlərindən təkcə mən qaldım, amma Baalın peyğəmbərləri dörd yüz əlli nəfərdir.
23 請給我們牽兩隻公牛犢來;他們可任選一隻,剖分成塊,放在木柴上,不要點火;我也照樣預備另一隻,放在木柴上,也不點火。
İndi qoy bizə iki buğa verilsin: onlar özləri üçün bir buğa seçsinlər, onu doğrayıb odunların üstünə qoysunlar, ancaq od vurmasınlar. Mən isə başqa buğanı hazırlayıb onu odunların üstünə qoyacağam, ancaq od vurmayacağam.
24 你們呼求你們神的名字,我也呼求上主的名字:那降火顯示應允的神,就是真神。」民眾回答說:「你這話說得很好! 」
Siz öz allahınızın adını çağırın, mən də Rəbbin adını çağıracağam; hansı odla cavab verərsə, Allah odur». Bütün xalq cavab verib «qoy belə olsun» dedi.
25 厄里亞對巴耳的先知們說:「因為你們人數眾多,你們應該先挑選一隻牛犢,準備好,然後呼求你們神的名字,只是不要點火。」
İlyas Baal peyğəmbərlərinə dedi: «Bir buğanı özünüz üçün seçin və məndən əvvəl onu hazırlayın, çünki siz çoxsunuz. Siz öz allahınızın adını çağırın, ancaq od vurmayın».
26 他們即將人給他們的公牛犢牽來,預備好,從早晨直到中午呼求巴耳的名字說:「巴耳,應允我們罷! 」但是沒有聲音,也沒有答應的。他們就在自己所築的祭壇旁,跪下又起來,跳個不停。
Onlar özlərinə verilən buğanı götürüb hazırladılar və səhərdən günortaya qədər «Ey Baal, bizə cavab ver!» deyə Baalın adını çağırdılar, ancaq heç səs-soraq çıxmadı. Onlar düzəltdikləri qurbangahın ətrafında gəzərək atılıb-düşdülər.
27 到了中午,厄里亞嘲弄他們說:「你們再高聲喊叫,因為他是神,或者他正在沉思冥想,或者它暫時隱退,或者正在外旅行,或者他正在睡覺,必須把他叫醒。」
Günorta olanda İlyas onları lağa qoyub dedi: «Onu uca səslə çağırın. O ki allahdır, bəlkə fikrə gedib yaxud bayıra çıxıb ya da səfərdədir? Bəlkə də yatıb, oyatmaq lazımdır?»
28 他們遂更高聲喊叫,照他們的習慣,用刀用槍割傷自己,直到全身流出血來。
Onlar uca səslə çağırdılar və adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yaraladılar.
29 過了中午,他們仍繼續狂喊亂叫,直到晚祭的時候,但仍然沒有聲音,也沒有答應的,也沒有理會。
Günorta keçincə, axşam qurbanı təqdim olunan vaxta qədər coşub dəlilik etdilər, ancaq nə bir səs-soraq verən, nə də bir qulaq asan var idi.
30 厄里亞對全你人民說:「你們到我這裏來。」全體人民便都到他那裏去;厄里亞立即重修了已經坍塌了的上主的祭壇;
İlyas bütün xalqa dedi: «Mənim yanıma gəlin». Bütün xalq onun yanına gəldi. O, Rəbbin dağıdılmış qurbangahını bərpa etdi.
31 依照雅各伯子孫的支派數目,取了十二塊石頭,─這雅各伯就是上主曾對他說過:「你的名字要叫以色列。」─
İlyas Yaqub oğulları qəbilələrinin sayına görə on iki daş götürdü, çünki Yaquba «sənin adın İsrail olacaq» deyə Rəbbin sözü nazil olmuşdu.
32 用這些石頭,為上主的名築成一座祭壇,在祭壇四周作了一個水溝,可容二「色阿」穀種。
İlyas daşlarla Rəbbin adına qurbangah tikdi. O, qurbangahın ətrafında iki sea toxum tutacaq qədər bir xəndək düzəltdi.
Odunları düzdü, buğanı doğrayıb odunların üzərinə qoydu və
34 然後吩咐說:「盛滿四桶水,倒在全燔祭和木柴上! 」他們就這樣做了。他又吩咐說:「再倒一次! 」他們就再倒了一次;他再吩咐說:「倒第三次! 」他們就倒了第三次;
dedi: «Dörd səhəng su gətirin, onu yandırma qurbanının və odunların üstünə tökün». Sonra o dedi: «İkinci dəfə edin». Onlar ikinci dəfə etdilər. O dedi: «Üçüncü dəfə edin». Onlar üçüncü dəfə etdilər.
Su qurbangahın ətrafına axdı və xəndək də su ilə doldu.
36 到了要奉獻晚祭的時候,厄里亞先知走近前來說:「上主,亞巴郎、依撒格和以色列的天主,求你今天使人知道:你是以色列的天主,我是你的僕人,是奉你的命作這一切事。
Axşam qurbanı təqdim edilən vaxt peyğəmbər İlyas qabağa çıxıb dedi: «Ey İbrahimin, İshaqın və İsrailin Allahı Rəbb! Qoy bu gün bilinsin ki, İsraildə Sən Allahsan və mən Sənin qulunam, bütün bu işləri də Sənin sözünlə etdim.
37 上主,求你應允我,應允我! 使這人民知道你上主,是真天主,是你叫他們心回意轉。」
Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən».
38 於是上主的火降下,焚盡了全燔祭、柴木、石頭和塵土,也燒乾了溝中的水。
O vaxt Rəbdən od düşdü, yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb-yaxdı və xəndəkdə olan suyu uddu.
39 全體人民見了,都俯伏在地說:「雅威是天主,雅威是天主!」
Bütün xalq bunu gördü və onlar üzüstə düşüb dedilər: «Rəbb Allahdır! Rəbb Allahdır!»
40 厄里亞對民眾說:「你們捉住巴耳的先知,不要讓他們走脫一個! 」民眾立即捉住他們。厄里亞帶他們下到克雄小河旁,在那裏將他們全部殺掉。天降大雨
İlyas onlara dedi: «Baal peyğəmbərlərini tutun, onlardan bir nəfər də qaçıb qurtarmasın». Onları tutdular. İlyas onları Qişon vadisinə endirib orada öldürdü.
41 厄里亞對阿哈布說:「你上去吃喝罷! 因為已聽到大雨的怒號聲。」
İlyas Axava dedi: «Get, yeyib-iç, çünki güclü yağış səsi gəlir».
42 阿哈布就上去吃喝,厄里亞卻上了加爾默耳山頂,跪伏在地,將臉放在兩膝之間。
Axav yeyib-içməyə getdi. İlyas Karmel dağının təpəsinə çıxdı, yerə əyilib üzünü dizləri arasına qoydu.
43 以後,對自己的僕人說:「你上去,朝海那邊觀看! 」僕人就上去觀看,說:「什麼也沒有。」厄里亞說:「你來回觀看七次! 」他就去了七次。
Öz nökərinə dedi: «İndi qalx və dəniz tərəfə diqqətlə bax». Nökər qalxdı və diqqətlə baxıb «bir şey yoxdur» dedi. İlyas yeddi dəfə ona «yenə get» dedi.
44 第七次僕人說:「看,有一片雲彩,小得像手掌那麼大,從海上升起來了。」厄里亞說:「你上去告訴阿哈布說:快套車下去,免得被雨阻止! 」
Yeddinci dəfə gedəndə nökər dedi: «Budur, dənizdən insan ovcu boyda kiçik bir bulud çıxır». İlyas dedi: «Gedib Axava söylə: “Arabanı qoşub aşağı en ki, yağış səni ləngitməsin”».
45 轉瞬之間,天空因風雲變為昏黑,落下大雨;阿哈布上車去了依次勒耳。
Bu vaxt göylər qalın buludlarla qaraldı, külək əsdi və güclü yağış yağmağa başladı. Axav arabaya minib İzreelə getdi.
46 上主的手臨於厄里亞身上,他就束上腰,跑在阿哈布前頭,直到依次勒耳的城門口。
İlyasa Rəbbin gücü gəldi və o, belini qurşayıb Axavın önündə İzreelin girəcəyinə qədər qaçdı.