< 歷代志上 21 >

1 [統計人口得罪上主]撒殫起來反對以色列,慫恿達味統計以色列:
Şeytan İsraillilərə qarşı qalxdı və Davudu İsrailliləri siyahıya almağa təhrik etdi.
2 達味對約阿布及人民的首領說:「你們去統計以色列,由貝爾舍巴直到丹,然後回來告訴我,叫我知道他們的數目。」
Davud Yoava və xalqın başçılarına dedi: «Gedin, Beer-Şevadan Dana qədər İsrailliləri siyahıya alın və siyahını mənə gətirin ki, onların sayını bilim».
3 約阿布回答說:「願上主使自己的百姓比現在更增加百倍! 我主大王,他們不都是我主的僕人嗎﹖我主為什麼硬要這樣作﹖為什麼要使以色列陷於罪惡﹖」
Yoav dedi: «Rəbb xalqını olduğundan yüz qat artıq etsin. Ancaq, ağam padşah, onların hamısı ağamın qulları deyilmi? Nə üçün ağam bunu istəyir? Nə üçün bu, İsrailə cəza gətirsin?»
4 然而君王的命令迫使約阿布;約阿布便去,走遍了全以色列,然後回到耶路撒冷,
Lakin padşahın sözü Yoava üstün gəldi. Yoav çıxıb bütün İsraili dolaşdı və sonra Yerusəlimə gəldi.
5 將統計人民的數目呈報給達味;全以色列能持刀的人有一百一十萬,猶大人能持刀的有四十七萬。
O, xalqın siyahısını Davuda verdi. Bütün İsraildə qılınc çəkən bir milyon yüz min nəfər, Yəhudada isə qılınc çəkən dörd yüz yetmiş min nəfər adam var idi.
6 唯有肋未人及本雅明人沒有統計,因為約阿布憎厭君王的命令。
Ancaq Yoav onların arasında Levililəri və Binyaminliləri siyahıya almadı, çünki padşahın sözündən acığı gəlmişdi.
7 這事使天主不悅,打擊了以色列。
Bu iş Allahın gözündə pis oldu və O, İsrailə cəza verdi.
8 達味對天主說:「我作這事,實在犯了重罪。現在,求你赦免你僕人的罪,因為我所行的實在昏愚。」
Davud Allaha dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, yalvarıram, bu qulunun təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm».
9 上主曉諭達味的先見者加得說:「
Rəbb Davudun görücüsü Qada dedi:
10 你去告訴達味:上主這樣說:我給你提出三件事,任你選擇一件,我好向你實行。」
«Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənə üç şey təklif edirəm, özün üçün bunların birini seç ki, sənə edim”».
11 加得來到達味前,對他說:「上主這樣說:任你選擇:
Qad Davudun yanına gəlib ona dedi: «Rəbb belə deyir: “Özün üçün seç:
12 或者三年饑荒;或者三個月在你敵人前流亡,為敵人持刀追擊;或者三日在你國內遭受上主的刀,即瘟疫,讓上主的使者蹂躪以色列全境。現在你考慮一下,我應向那派遣我來的回覆什麼!」
ya üç il aclıq olacaq ya üç ay düşmənlərin səni təqib edəcək və onların qılıncı səni vuracaq ya da üç gün Rəbbin qılıncı olan vəba ölkənin üzərinə gələcək və Rəbbin mələyi İsrailliləri hər yerdə qıracaq”. İndi qərar ver görək məni göndərənə nə cavab verim?»
13 達味對加得說:「我很難作,但我寧願落在上主手中,因為他富於仁慈,而不願落在人手中。」[降瘟疫之罰]
Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşüncə qoy Rəbbin əlinə düşüm, çünki Onun rəhmi çox böyükdür».
14 於是上主使瘟疫降於以色列;在以色列因瘟疫死了七萬人。
Beləcə Rəbb İsrail üzərinə vəba göndərdi və İsraillilərdən yetmiş min nəfər həlak oldu.
15 當時,天主派一位天使往耶路撒冷去,要毀滅那城;將要毀損的時候,上主一看,便後悔降災,遂吩咐毀滅的天使說:「夠了,現在收回你的手罷! 」那時,上主的天使正立在耶步斯人敖爾難的禾場上。
Allah Yerusəlimin əhalisini həlak etmək üçün bir mələk göndərdi. Mələk onları həlak edərkən Rəbb bunu görüb bu bəlaya görə təəssüfləndi və həlak edən mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Ornanın xırmanının yanında dayandı.
16 達味舉目,見上主的使者立在天地中間,手持脫鞘的刀,朝向耶路撒冷。達味與眾長老都身穿麻衣,俯伏在地。
Davud başını qaldırıb Rəbbin mələyini gördü. Mələk əlindəki sıyrılmış qılıncı Yerusəlimin üzərinə uzadaraq yerlə göyün arasında dayanmışdı. Çula bürünən Davud və ağsaqqallar üzüstə yerə qapandı.
17 達味對天主說:「不是我下了令統計百姓麼﹖是我犯了罪,是我這個牧者作了惡。但這羊群作了什麼﹖上主,我的天主! 願你的手打擊我和我的父家,但不要將瘟疫降在你百姓身上! [建築祭壇平息主怒]
Davud Allaha dedi: «Xalqı siyahıya almağı əmr edən mən deyildimmi? Mən günah etdim və həqiqətən, pis iş gördüm, bəs bu yazıq xalq nə edib? Ya Rəbb Allahım, qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın, amma Öz xalqına vəba göndərmə».
18 上主的天使吩咐加得去告訴達味,叫他上去,在耶步斯人敖爾難的禾場上,為上主建立一座祭壇。
Rəbbin mələyi Davuda söyləmək üçün Qada dedi: «Qoy Davud çıxıb Yevuslu Ornanın xırmanında Rəbbə bir qurbangah düzəltsin».
19 達味就照加得奉上主的名所說的話上去了。
Rəbbin adı ilə Qadın söylədiyi sözə görə Davud çıxdı.
20 敖爾難回頭看見君王和他的四個兒子經過;那時敖爾難正在打麥子。
Ornan geri dönüb mələyi gördü. Onunla birgə olan dörd oğlu gizləndi, Ornan isə yenə də buğda döyürdü.
21 達味走到敖爾難那裏,敖爾難一看見達味,便走出禾場,俯首至地叩拜達味。
Davud Ornanın yanına gələndə Ornan baxıb Davudu gördü, xırmandan çıxdı və ona yerə qədər təzim etdi.
22 達味對敖爾難說:「請將這塊禾場地段讓給我,我要在這禾場上為上主建立一座祭壇,請照足價讓給我,為止息民間的災禍。」
Davud Ornana dedi: «Bu xırmanını mənə ver ki, burada Rəbb üçün qurbangah tikim, onu mənə tam dəyərinə sat. Beləcə xalqın üzərinə gələn vəba dayansın».
23 敖爾爾對達味說:「儘管用吧! 我主大王看著好,就去行吧! 看我將牛給你作全燔祭,打禾具作木柴,麥子作素祭:這一切我都供給你」。
Ornan Davuda dedi: «Götür, havayı sənin olsun, ağam padşah gözündə xoş olanı etsin. Mən yandırma qurbanı olaraq öküzləri, odun yerinə vəlləri və taxıl təqdimi kimi buğdanı verirəm, bunların hamısını verirəm».
24 達味對敖爾難說:「不成! 我一定要照足價來買;我不能拿你的東西獻於上主,不能用沒有代價的東西,獻作全燔祭」。
Padşah Davud Ornana dedi: «Yox, mütləq tam dəyərinə satın alacağam, çünki sənin malını Rəbb üçün götürmərəm, havayı malı yandırma qurbanı vermərəm».
25 於是,達味為那塊地付給敖爾難六百「協刻耳」重的金子。
Buna görə də Davud bu yer üçün Ornana çəkisi altı yüz şekel qızıl verdi.
26 達味在那裏為上主建立了一座祭壇,奉獻了全燔祭與和平祭,呼求了上主,上住由天上垂聽了他,使火降在全燔祭壇上,
Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. O, Rəbbi çağırdı, Rəbb də yandırma qurbanlarının gətirildiyi qurbangaha göydən od göndərib ona cavab verdi.
27 並命天使將刀收入鞘中。[選定建殿地點]
Rəbb mələyə əmr etdi, o da qılıncını qınına qoydu.
28 那時,達味見上主在耶步斯人敖爾難的禾場上垂聽了他,就在那裏獻了祭。─
Davud Yevuslu Ornanın xırmanında Rəbbin ona cavab verdiyini gördükdə orada qurban kəsdi.
29 梅瑟在曠野所造的會幕和全燔祭壇,那時雖都在基貝紅高處,
Musanın səhrada düzəltdiyi Rəbbin məskəni və yandırma qurbanları üçün düzəldilən qurbangah o vaxt Giveondakı səcdəgahda idi.
30 但達味不敢前去求問天主,因為害怕上主使者的刀。
Ancaq Davud Allahdan soruşmaq üçün Onun hüzuruna gedə bilmədi, çünki Rəbbin mələyinin qılıncından qorxurdu.

< 歷代志上 21 >