< 歷代志上 10 >
1 [撒烏耳陣亡]那時,培肋舍特攻打以色列,以色列人由培肋舍特人面前逃走,在基耳波亞山陣亡的人很多。
Filiştlilər İsraillilərlə döyüşdü. İsraillilər Filiştlilərin önündən qaçdılar və qırılanlar Gilboa dağında qaldı.
2 培肋舍特人追擊撒烏耳和他的兒子,殺了撒烏耳的兒子約納堂、阿彼納達布和瑪耳基叔亞;
Filiştlilər Şaulla oğullarını təqib edib Şaulun oğulları Yonatanı, Avinadavı və Malki-Şuanı öldürdülər.
3 戰爭就集中攻打撒烏耳,弓箭手發現了他,他遂為弓箭手所射傷。
Döyüş Şaulun ətrafında şiddətlənəndə oxatanlar onu tapdılar və yaraladılar.
4 當時撒烏耳對自己的執戟者說:「拔出你的劍來,將我刺死,免得那些為受割損的人來凌辱我。」但是,執戟者十分害怕,不肯作這事;於是撒烏耳拔出劍來,伏劍自刎。
Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib mənimlə əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı.
Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü.
6 這樣,撒烏耳和他的三個兒子,並他的全家一同陣亡了。
Beləcə Şaul və üç oğlu öldü, bütün nəsli də onunla birgə öldü.
7 所有住在平原的以色列人見軍隊逃散,撒烏耳和他的三個兒子陣亡了,也都棄城逃走;培肋舍特人遂來住在那裏。
Dərədə olan bütün İsraillilər öz ordularının qaçdığını və Şaulla oğullarının öldüyünü görəndə şəhərlərini qoyub qaçdılar. Filiştlilər gəlib o yerlərdə yaşadı.
8 次日,培肋舍特人來剝去陣亡者的衣服時,發現撒烏耳和他的兒子橫臥在基耳波亞山上。
Ertəsi gün Filiştlilər öldürülənləri soymaq üçün gələndə Gilboa dağında Şaulla oğullarının meyitini tapdılar.
9 他們便剝去了他的衣服,取下他的首級和武器,送到培肋舍特地方,到處給他們的神和人民報喜信。
Onun paltarlarını soyundurdular, başını və silahlarını götürdülər, öz bütlərinin məbədinə və xalqa xoş xəbər vermək üçün Filiştlilərin ölkəsinin hər tərəfinə qasid göndərdilər.
10 以後,將撒烏耳的武器放在他們的神廟裏;將他的首級釘在達貢廟內。
Şaulun silahlarını öz allahlarının məbədinə qoydular və başını Daqon məbədinə mıxladılar.
11 基肋阿得雅貝士的居民,一聽說培肋舍特人對撒烏耳所行的一切,
Yaveş-Gilead əhalisi Filiştlilərin Şaula etdiklərini eşidəndə
12 所有的勇士便起身前去,收殮了撒烏耳和他兒子的屍體,帶回雅貝士,將他們的骨骸葬於雅貝士的篤耨香樹下,且禁食七天。
onların bütün igidləri qalxıb Şaulla oğullarının cəsədini götürərək Yaveşə gətirdilər. Onların sümüklərini götürüb Yaveşdə olan palıd ağacının altında basdırdılar və yeddi gün oruc tutdular.
13 撒烏耳之死,是由於他背叛上主,沒有遵守上主的話,並且還求問過招魂的女巫,
Beləcə Şaul Rəbbə qarşı xainlik etdiyi üçün öldü. O, Rəbbin sözünə əməl etməyib cindara müraciət etdi,
14 而沒有求其問上主;因此上主使他死亡,將王位移交給葉瑟的兒子達味。
amma Rəbdən məsləhət istəmədi. Ona görə də Rəbb onu öldürdü və padşahlığı Yesseyin oğlu Davuda verdi.