< 启示录 10 >

1 我又看见一位力量强大的天使从天上而降,身披云彩,头上有彩虹,脸像太阳,两脚如火柱。
Mən göydən enən başqa bir güclü mələyi gördüm. O, buluda bürünmüşdü və başının üstündə göy qurşağı var idi. Üzü günəşə, ayaqları da od sütununa bənzəyirdi.
2 他手里拿着展开的小书卷,将右脚踏在海上,左脚踏在地上,
Əlində açılmış kiçik bir tumar var idi. O, sağ ayağını dənizin üstünə, sol ayağını isə quruya qoydu.
3 他如狮子般大声呼叫。在呼喊的时候,有七个惊雷回应它。
Aslan nəriltisinə bənzər uca səslə nida etdi. O nida edəndə yeddi göy gurultusu öz səsi ilə danışdı.
4 七声惊雷响起时,我正要写下来,就听见天上传来一个声音说:“你要封印七雷所说的,不要写出来!”
Yeddi göy gurultusu danışdığı zaman mən yazmağa hazırlaşırdım ki, göydən danışan bir səs eşitdim: «Yeddi göy gurultusunun söylədiklərini möhürlü saxla, onları yazma».
5 我看见那天使站在海上和地上,向天举起右手。
Onda dənizdə və quruda dayandığını gördüyüm mələk sağ əlini göyə tərəf qaldırıb
6 他凭着那创造天和天中万物、地和地中万物、海和海中万物,永生永世的主发了一个神圣的誓言。说:“不能再耽搁了! (aiōn g165)
əbədi Var Olanın, göyü və oradakıları, yeri və oradakıları, dənizi və oradakıları Yaradanın adına and içərək dedi: «Daha möhlət verilməyəcək, (aiōn g165)
7 但当第七位天使说话并吹响号角时,上帝的奥秘、他向其仆人和众先知们宣布的福音就要实现了。”
amma yeddinci mələyin şeypur çalacağı günlər Allahın sirli niyyəti, qulları olan peyğəmbərlərə açdığı kimi tam yerinə yetəcək».
8 然后我再次听到那天上传来的声音对我说:“去吧,去那站在海上和地上天使处,将他手中展开的书卷拿过来。”
Göydən eşitdiyim səs yenə də mənimlə danışıb belə dedi: «Get, dənizdə və quruda dayanan mələyin əlindəki açılmış kiçik tumarı götür».
9 我走到天使那里,请他把小书卷给我。他对我说:“拿着吧,吃下去。它会让你的肠胃发酸,但是口里却好像蜜一样甘甜。”
Mən də mələyin yanına gedib ona dedim ki, kiçik tumarı mənə versin. O mənə dedi: «Onu götür, ye. O sənin mədəndə acı, ağzında isə bal kimi şirin olacaq».
10 我把小书卷从天使手中拿过来,吃下去,口里甘甜如蜜,但吃下去却感觉肠胃发酸。
Mən tumarı mələyin əlindən götürüb yedim. O, ağzımda bal kimi şirin idi, amma onu yeyəndən sonra mədəmdə acılıq oldu.
11 他又对我说:“关于众多民族、国家、语言和君王,你必须再次做出预言。”
Mənə belə də deyildi: «Sən gərək yenə də çoxlu xalq, millət, dil və padşah barədə peyğəmbərlik edəsən».

< 启示录 10 >