< 哥林多前书 15 >

1 提醒一下:我之前向你们宣讲了福音,你们已经接受了,此后便始终坚守。
İndi, qardaşlar, sizə bəyan etdiyim və qəbul edib əsaslandığınız Müjdəni yadınıza salmaq istəyirəm.
2 如果你们坚守我所传给你们的福音,就会因这福音得救,否则你们所信的一切都是枉然。
Əgər sizə bəyan etdiyim sözə bağlanmısınızsa, o Müjdə ilə də xilas olmaqdasınız, yoxsa əbəs yerə iman etmisiniz.
3 我将之前所获得的福音传递给你们,这是一条至关重要的讯息:如经文所述,耶稣已死,因我们的罪而死。
Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü,
4 他在被埋葬之后,又按照经文所述在第三天复活。
dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi.
5 他曾向彼得显现,然后又向十二使徒显现。
O əvvəl Kefaya, sonra On İki şagirdə göründü.
6 之后他又向五百多名兄弟姐妹显现,这些人中,有的已经死去,但大多数人如今仍然活着。
Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü. Bu bacı-qardaşlardan çoxu indi də yaşayır, bəziləri isə vəfat etmişdir.
7 他还曾向雅各显现,再后又向所有使徒显现,
Məsih daha sonra Yaquba, sonra bütün həvarilərə göründü.
8 直到最后他才向我显现,好像我是一个未在预产期降生的婴儿。
Hamıdan sonra isə vaxtından əvvəl doğulmuş bir uşağa bənzəyən mənə də göründü.
9 我原本是所有使徒中最微不足道的那一个,本无资格被称为使徒,因为我曾经迫害上帝的教会。
Çünki mən həvarilərin ən kiçiyiyəm və Allahın cəmiyyətini təqib etdiyim üçün həvari adlanmağa layiq deyiləm.
10 但我能有今天全凭上帝的恩典,他赐予我的恩典也没有付诸东流。相反,我比其他使徒更辛苦地付出,但真正辛苦付出的不是我,而是我所获赐的上帝恩典。
Amma indi hər nəyəmsə, Allahın lütfü ilə eləyəm. Onun mənə göstərdiyi lütf əbəs deyildi, çünki mən hamıdan çox zəhmət çəkdim. Əslində mən yox, Allahın mənimlə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi.
11 因此,无论是我或是众使徒,我们都在与你们这些信奉上帝之人,分享这福音。
Beləcə istər mən, istərsə də onlar bu cür vəz edirik; siz də belə iman etmisiniz.
12 那么,如果这福音宣布基督死而复生,为什么你们中间会有人说没有死而复生这种事?
Əgər Məsih haqqında vəz olunursa ki, O, ölülər arasından dirildi, sizlərdən bəzisi ölülərin dirilməsinin olmadığını necə söyləyə bilər?
13 如果没有死人复活之事,基督也就没有死而复生。
Əgər ölülərin dirilməsi yoxdursa, Məsih də dirilməyib.
14 如果基督没有复活,我们向你们所传福音便毫无意义,你们的信也是毫无意义,
Əgər Məsih dirilməyibsə, onda həm bizim vəzimiz puç, həm də sizin imanınız puçdur.
15 此外,当我们证明上帝让基督死而复生之时,还会被视为上帝的假证人。但如果上帝未让基督死而复生,那么是否根本就没有复活这种事?
Belə halda Allah barədə yalançı şahid olduğumuz da aşkara çıxacaq. Çünki biz Allah barədə şəhadət etdik ki, O, Məsihi diriltdi. Amma ölülər dirilməzsə, Allah Məsihi də diriltmədi.
16 如果死人无法复活,基督也就无法复活。
Çünki əgər ölülər dirilməzsə, Məsih də dirilməyib.
17 如果基督没有复活,你们的信仰就是徒然,你们仍是罪人。
Əgər Məsih dirilməyibsə, imanınız da əbəsdir, siz hələ günahlarınızın içindəsiniz.
18 那么也意味着因基督而死之人,也将消亡。
Onda Məsihdə vəfat edənlər əbədilik öldülər.
19 如果我们心中的希望只为今生而立,我们便是最可怜之人。
Əgər yalnız bu həyat üçün Məsihə ümid bağlamışıqsa, biz hamıdan yazığıq.
20 但基督的确已经死而复生,成为在死亡之人中所收获的初熟果实。
Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi.
21 正如死是借着一个人而来,死人的复活也是借着一个人而来。
Ölüm bir insan vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir.
22 与亚当同在的众人都已死去,同理,与基督同在的众人都会复活。
Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq.
23 只是每个人都有自己复活的顺序:首先是基督这初熟的果实,然后才是他降临之时追随于他的众人。
Hər biri öz növbəsi ilə – ilk növbədə Məsih, sonra Məsihin zühurunda Məsihə məxsus olanlar həyata qovuşar.
24 之后便到了最后关头,基督毁灭了所有统治者、掌权者和力量,将这世间之国交给天父上帝。
Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq.
25 基督必将为王,但在这之前,基督会将他的所有敌人置于他的脚下。
Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir.
26 最后被毁灭的敌人就是死亡。
Aradan götürüləcək son düşmən isə ölümdür.
27 正如经文所说:“他让万物臣服于他脚下。”(当然了,这里所说的“万物”臣服于他,并不包括上帝,是上帝让万物服从于基督的权力。)
Çünki Allah «hər şeyi Onun ayağının altına qoydu». Amma Məsihə hər şey tabe oldu deyiləndə aydın olur ki, hər şeyi Ona tabe etdirən Allah buraya daxil deyil.
28 在万物服从于基督的权力之后,人子也要服从于上帝的权力。因为人子对万物的权力源自上帝,以此证明上帝的权力才是至高无上的。
Hər şey Oğula tabe olandan sonra Oğul Özü də Ona hər şeyi tabe etdirən Ataya tabe olacaq ki, Allah hər şeydə hər şey olsun.
29 否则,为死人施洗又是为了什么?如果死人根本不会复活,为什么要为他们施洗?
Yoxsa ölülər uğrunda vəftiz olunanlar nə edəcək? Əgər ölülər heç vaxt dirilməsə, insanlar ölülər uğrunda niyə vəftiz olunur?
30 至于我们,我们又何必时时刻刻身处险境?
Biz də nə üçün hər an təhlükələrə uğrayırıq?
31 兄弟姐妹们,让我直言不讳地告诉你们,我每天都冒着死亡的风险,但我将其视为一种自豪,为耶稣基督为你们所做的一切而感到自豪。
Ey qardaşlar, Rəbbimiz Məsih İsada sizinlə etdiyim fəxrin haqqı üçün mən hər gün ölümlə qarşılaşıram.
32 之前我曾在以弗所对抗那些人,他们对待我就如同一群野兽。如果从人类的角度来看,那对我又有何益处呢?如果死人不会复活,那么何不“大吃大喝吧,因为明天就要死去。”
Adi insanların bəslədiyi ümidlərlə Efesdə vəhşi heyvanlarla mübarizə aparmağımın mənə xeyri nə idi? Əgər ölülər dirilməzsə, «qoy yeyib-içək, çünki sabah öləcəyik!»
33 不要再被欺骗了,“坏朋友会破坏好品德。”
Aldanmayın: «Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur».
34 你们要保持理智,不要犯罪!你们中有的人不认识上帝,我这样说就是为了让你们羞愧。
Ayılın, saleh olun, daha günaha batmayın. Axı bəziləriniz Allah barəsində heç nə bilmir. Utanasınız deyə bunu yazıram.
35 当然了,有人会问:“死人又如何复活呢?他们复活后又有着怎样的身体呢?”
Lakin bir nəfər belə deyə bilər: «Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?»
36 多么无知的问题!你种下的种子不会发芽生长,除非它们死了。
Ey ağılsız insan! Sənin əkdiyin toxum ölməsə, həyata qovuşmaz!
37 但你种下种子的时候,并非为了它最终长成的样子。你种下的只是一粒种子而已,也许是麦子或其他种子。
Əkərkən hasil olacaq bədəni deyil, yalnız toxumu – bəlkə buğdanın ya digər bitkinin toxumunu əkirsən.
38 但上帝让这种子长成他所选择的形体,每一颗种子都长成不同形体的不同植物。
Amma Allah o toxuma istədiyi quruluşu verir. O hər bir bitən toxuma özünə məxsus quruluş verir.
39 用于创造所有生命体的物质也各有不同,人的躯体是一种,走兽、飞鸟和鱼是另外几种,每一种都不相同。
Hər canlı məxluqun əti eyni deyil. İnsan əti başqa, heyvan əti başqa, quş əti başqa, balıq əti başqadır.
40 有的躯体为天空之躯,有的为大地之躯。天空之躯自有一种美,大地之躯则是另一种美。
Səma cisimləri var, dünya cisimləri də var. Amma səmavi olanların ehtişamı başqa, dünyəvi olanların da başqadır.
41 太阳闪耀着一种光芒,月亮闪耀另一种光,星星也是各不相同,每一种都有自己光芒的方式。
Günəşin ehtişamı başqa, ayın ehtişamı başqa, ulduzların ehtişamı başqadır. Ulduz da digər ulduzdan ehtişamına görə fərqlənir.
42 死人复活也是同样的道理。种下腐朽之躯,复活后即得永生;
Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz;
43 如果种下的是卑微,复活后就会成为荣耀;种下的是软弱,复活后就是力量;
əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir;
44 种下的是自然之躯,复活后就是灵性之躯。因为既有自然之躯,也有灵性之躯。
əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var.
45 正如经上如此记载:“亚当作为第一个人类,成为拥有生命的活人。但最后的亚当则变成了赋予人生命的灵。”
Necə ki yazılıb: ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu.
46 但先来到这世界的并非是灵,而是自然之躯,灵随后来到。
Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir.
47 第一个人来自大地的泥土,第二个人来自于天。
İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.
48 来自于泥土的人类,都有着泥土造就人类的模样。来自于天的人类,都有着天造就的模样。
Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir.
49 我们都有着泥土人类的模样,未来也将拥有天造就的模样。
Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi Olanın surətini də elə gəzdirəcəyik.
50 但我的兄弟姐妹们,我告诉你们的是,我们现在的躯体无法继承上帝之国,这些必将腐朽的躯体无法继承不朽。
Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz, eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz.
51 听着,我要告诉你们一个奥秘:我们中不是所有人都会死去,但我们都会改变。
Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik,
52 在一剎那,在眨眼之间,在号角最后一次吹响之时。当号角吹响,死人就会复活成为不朽,我们将会改变。
amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik.
53 这必将腐朽之躯会实现不朽,这必死生命会获得永生。
Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir.
54 在拥有了不朽之衣后,这必将腐朽之躯就永远不会消亡。这必死生命在获得永生后,就应验了经文所记:“死亡已被彻底征服和消灭。
Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə «Ölüm yox edildi, Onun üzərində qələbə çalındı!» deyə yazılmış söz yerinə yetəcək.
55 死亡啊!你的胜利到哪里去了?死亡啊!你的毒刺到哪里去了?” (Hadēs g86)
«Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı?» (Hadēs g86)
56 死亡的毒刺就是罪,罪的力量就是律法。
Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır.
57 感谢上帝,他通过主耶稣基督赐予我们胜利。
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
58 所以我亲爱的兄弟姐妹们:要坚强,不可动摇,要尽你所能服务于主。要知道,你所做的一切,在主那里都不会付诸东流。
Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.

< 哥林多前书 15 >