< 1 Летописи 19 >

1 След това, царят на амонците, Наас, умря, и вместо него се възцари син му Анун.
Bir müddət sonra Ammonluların padşahı Naxaş öldü və yerinə oğlu padşah oldu.
2 Тогава Давид каза: Ще покажа благост към Ануна Наасовия син, понеже баща му показа благост към мене. И така, Давид прати посланици да го утешат за баща му. А когато Давидовите слуги дойдоха при Ануна в земята на амонците за да го утешат,
Davud dedi: «Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm, çünki atası mənə yaxşılıq etdi». Davud qasidlər göndərdi ki, atasına görə Xanuna başsağlığı versin. Lakin Davudun adamları Ammon ölkəsinə, onun yanına gələndə
3 първенците на амонците рекоха на Ануна: Мислиш ли, че от почит към баща ти, Давид ти е изпратил утешители? Не дойдоха ли слугите му при тебе за да разузнаят да разорят и да съгледат земята?
Ammonluların başçıları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Bəlkə onun adamları bu torpaqdan keçməklə onu yoxlayıb öyrənmək, sonra da ələ keçirmək üçün sənin yanına gəliblər».
4 Затова, Анун хвана Давидовите слуги та ги обръсна, отряза дрехите им до половина - до бедрата им, и ги отпрати.
Xanun Davudun adamlarını tutub saqqallarını qırxdıraraq paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi.
5 И някои отидоха та известиха на Давида за стореното на мъжете; и той изпрати човеци да ги посрещнат, (понеже мъжете се крайно срамуваха), и да им рекат от царя: Седете в Ерихон, догде пораснат брадите ви, и тогава се върнете.
Bu adamlar barədə Davuda xəbər çatdı. Davud onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».
6 А като видяха амонците, че бяха станали омразни на Давида, Анун и амонците пратиха хиляда таланта сребро за да си наемат колесници и конници от Месопотамия, от Сириямаах и от Сова.
Xanun və Ammonlular Davudun yanında nifrət qazandıqlarını görəndə Aram-Naharayimdən, Aram-Maakadan, Sovadan özlərinə muzdla döyüş arabaları və atlılar tutmaq üçün min talant gümüş göndərdilər.
7 И наеха си тридесет и две хиляди колесници, също и царя на Мааха с людете му, които дойдоха та разположиха стан срещу Медева. И амонците, като се събраха от градовете си, дойдоха да воюват.
Özləri üçün otuz iki min araba, Maaka padşahını və onun qoşunlarını muzdla tutdular, onlar da gəlib Medvanın önündə ordugah qurdular. Ammonlular öz şəhərlərindən yığılıb döyüşə gəldilər.
8 И когато чу това Давид, прати Иоава и цялото множество силни мъже.
Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi.
9 А амонците излязоха та се строиха за бой при градската порта; а надошлите царе бяха отделно на полето.
Ammonlular çıxıb şəhərin girişində, gələn padşahlar isə ayrıca çöldə döyüş üçün düzüldü.
10 А Иоав, като видя, че бяха се строили за бой против него отпред и отзад, избра между всичките отбрани Израилеви мъже, та ги опълчи против сирийците;
Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzisini ayırıb Aramlılara qarşı düzdü.
11 а останалите люде даде в ръката на брата си Ависея; и те се опълчиха против амонците.
Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onlar Ammonluların qarşısında düzüldü.
12 И рече: ако сирийците надделеят над мене, тогава ти ще ми помогнеш; а ако амонците надделеят над тебе, тогава аз ще ти помогна.
Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən sənə kömək edərəm.
13 Дързай, и нека бъдем мъжествени за людете си и за градовете на нашия Бог; а Господ нека извърши каквото Му се вижда угодно.
Möhkəm ol. Gəl xalqımız naminə və Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin».
14 И тъй, Иоав и людете, които бяха с него, стъпиха в сражение против сирийците; и те побягнаха пред него.
Yoav və yanındakı qoşun vuruşmaq üçün Aramlıların qarşısına yaxınlaşdı. Aramlılar Yoavın önündən qaçdı.
15 А когато амонците видяха, че сирийците побягнаха, тогава и те побягнаха пред брата му Ависей и влязоха в града. Тогава Иоав си дойде в Ерусалим.
Ammonlular da Aramlıların qaçdığını görəndə Yoavın qardaşı Avişayın qabağından qaçıb şəhərə girdilər. Sonra Yoav Yerusəlimə gəldi.
16 А сирийците, като видяха, че бидоха победени пред Израиля, пратиха посланици да изведат сирийците, които бяха оттатък реката Евфрат, със Совака, военачалника на Ададезера, на чело.
Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə qasidlər göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdılar. Onların başçısı Hadadezerin ordu başçısı Şofak idi.
17 И когато се извести на Давида, той събра целият Израил, и като премина Иордан, дойде до тях и се опълчи против тях. И тъй, като се опълчи Давид на бой против сирийците, те се биха с него.
Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçdi və Aramlıların qarşısına gəlib qoşununu onlara qarşı düzdü. Davud öz qoşununu Aramlıların önünə çıxartdı və Aramlılar onunla vuruşdu.
18 Но сирийците побягнаха пред Израиля; и Давид изби от сирийците мъжете на седем хиляди колесници и четиридесет хиляди пешаци; уби и военачалника Совак.
Aramlılar İsraillilərin qabağından qaçdı. Davud Aramlılardan yeddi min araba döyüşçüsünü və qırx min piyadanı qırdı, ordu başçısı Şofakı da öldürdü.
19 И слугите на Ададезера, като видяха, че бяха победени от Израиля, сключиха мир с Давида и му се подчиниха. И сирийците отказаха да помагат вече на амонците.
Hadadezerin adamları İsraillilərin önündə məğlub olduqlarını görəndə Davudla sülh bağladılar və ona tabe oldular. Aramlılar bir daha Ammonlulara kömək etmək istəmədi.

< 1 Летописи 19 >