< Ndu Manzaniba 22 >

1 “Mri vayi baba bati, sren ton ni vri kpachuwo mu, wa mi ti yiwu.”
«Qardaşlar və atalar, indi mənim özümü müdafiəmə qulaq asın!»
2 Niwa jbu indji ba ba wo Bulus si tre niba ni lan Ibraniyawa, ba ti whime, A tre ndi,
Paulun onlarla ibranicə danışdığını eşidəndə daha dərin sükut yarandı. Paul sözünə davam etdi:
3 Me mi nji Yahudawa, ngrji wu Tarsus ni Cilicia, mi kpa tsro mu ni kikle gbu yi ni za Gamaliel. Mi kpa tsro nitu nkon tsatsra wu du ba ti ti mbu. Mi hu nkon Irji ngyengyere, to wa biyi wawu mbi bi he luwa.
«Mən bir Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərində doğuldum. Bu Yerusəlim şəhərində isə böyüyüb Qamlielin yanında ata-babalarımızın Qanununa bağlı ciddi bir təlim almışam. Hamınızın bu gün etdiyi kimi mən də Allah naminə qeyrət çəkirdim.
4 Miyo bi hu nkon'a iya ka tsra ni kwu, vu ba lo ndi tru ba sru ni kotro, lilon baba mmba,
İsa yolunda olanları ölüncəyə qədər təqib edərdim və qadın-kişi bilmədən onların əl-qolunu bağlayıb zindana salardım.
5 me wa kikle Prist baba bi chiche wawu ba vu bla nituma. Mi kpa nha vunvu rhi ni ba hi ni mri vayi wa ba he ni Damascus, I mi hiki nitu hi vuba lo nji ye ni Urushelima ni duba fubaton.
Mənim dediklərim barədə baş kahin və bütün ağsaqqallar məclisi də şəhadət edə bilər. Hətta mən onlardan Dəməşqdəki soydaşlarımıza yazılmış bir məktub alaraq oradakı İsa yolunda olanların əl-qolunu bağlayıb cəzalandırmaq üçün Yerusəlimə gətirməyə gedirdim.
6 A he niki mba niwa mi zren ti weiweire ni Damascus, mla tsutsu irji, mle kikle kpan rji ni shulu a lu kri kpan kagon mu.
Mən günortaya yaxın yolda, Dəməşqə yaxınlaşmaqda ikən birdən-birə göydən böyük bir işıq ətrafımda parladı.
7 Mi kurjoku ni meme ndi wo ilan a tre ni me, 'Shawulu, Shawulu, nitu ngye wu si time ya?'
Mən yerə yıxıldım və eşitdim ki, bir səs mənə belə deyir: “Şaul, Şaul, niyə Məni təqib edirsən?”
8 Mi sa ndi, 'Wu nha, Bachi?' A hla mu ndi, 'Mi Yesu wu Nazaret, wa wu si tiwu ya.'
Mən soruşdum: “Ey Ağam, Sən kimsən?” Səs mənə dedi: “Mən sənin təqib etdiyin Nazaretli İsayam”.
9 Biwa bana heni me bato bwu kpan, ndana to tutre lan wa a tre nime na.
Yanımdakılar işığı görsələr də, mənimlə danışanın səsini eşitmədilər.
10 Mi tre ndi, 'Mi ti ngye zizan Bachi?' Bachi a hla mu, lunde ni rhihi nimi Damascus. Niki wu wo kpe wa mi chuwu du wuti.
Mən dedim: “Ya Rəbb, mən nə edim?” Rəbb mənə dedi: “Qalx, Dəməşqə get, icra etməyin üçün təyin edilən hər şey orada sənə deyiləcək”.
11 Mina lani to bubuna nitu kpanlua, i indji wa ba he ni me'a ba vume zrenji ni wo ye nimi Damascus.
O işığın parlaqlığından gözlərim tutuldu. Yanımda olanlar əllərimdən tutub məni Dəməşqə apardılar.
12 Niki mi zontu ni indji ri wu nde Ananiyas, indji wu kri gbangban ni hu nkon du, mba wa Yahudawa ba pempe wa ba ki niki ba tre ndindi ni tuma.
Orada Xananya adlı bir mömin kişi var idi. Bu adam Qanuna əməl edir və o şəhərdə yaşayan Yəhudilər arasında hörmət sahibi idi.
13 A ye ni me, nda ye kri whi nime, nda tre ndi, 'Vayi Shawulu, kpa to bubu me.' Ni nton kima, mi towu.
O mənim yanıma gəlib dedi: “Qardaşım Şaul, qoy gözlərin açılsın”. Dərhal gözlərim açıldı və onu gördüm.
14 Wa a tre ndi, Irji wu ba titimbu a chu du wu to sron ma, du wu to Tsatsra wu Ma, mba ndi du wo ilan wa rju rju ni nyuma.
O mənə dedi: “Ata-babalarımızın Allahı səni seçdi ki, Onun iradəsini biləsən və Saleh Olanı görüb ağzından bir səs eşidəsən.
15 Nitu wu ta bla nituma ni indji wawu, kpe wa wu to ni shishime mba ni woa.
Çünki görüb-eşitdiklərini bütün insanlara yayaraq Onun üçün şəhadət edəcəksən.
16 Zizan wu si gben ngye? lu kri, kpa batisma, ndi gla tre me hi, nisi yo ni ndema.
İndi nə gözləyirsən? Qalx, vəftiz ol və Onun adını çağıraraq günahlarını yu”.
17 Niwa mika kma ye ni Urushelima, nda sia bre ni mi hekali, a he niwa mi kpa to nimi ra.
Mən Yerusəlimə qayıdıb məbəddə dua etməkdə idim ki, fikrimi bir görüntü apardı
18 Mi ton sia hlamu, 'Sima ni lunde don Urushelima gbagbla, nitu bana kpa bla tre nitumu na.'
və Rəbbi gördüm. O mənə dedi: “Tez ol, dərhal Yerusəlimi tərk et, çünki Mənim barəmdə etdiyin şəhadəti qəbul etməyəcəklər”.
19 Mi tre ndi, 'Bachi, baba kimba ba to ndi mi vu bi wa ba kpanyimea tro nda tsi ba ni sinagog kagon.
Mən dedim: “Ya Rəbb, bilirlər ki, mən sinaqoqdan-sinaqoqa gedərək Sənə iman edənləri həbs edir və döyürdüm.
20 Niwa ba ka iyi Istifanus wa ata bla nitu me hle, mi sia kri ni hugon, ndani kri ya nklon biwa ba wuu a.
Hətta Sənin uğrunda şəhid olan Stefanın qanı töküləndə mən də orada idim. Edilənlərə razı olub onu öldürənlərin üst geyimlərini qoruyurdum”.
21 I a hlamu ndi, 'Hi, nitu mi ton hi gbagban mu ni bi kora'a.'”
Rəbb də mənə dedi: “Get, Mən səni uzaqlara, başqa millətlərin yanına göndərəcəyəm”».
22 Ba srenton niwu ka tsra niwa a tre kima. Mle ba nzu gro kpa nda tre ndi, “njii bibi kima rhuni gbungblu meme, nitu a na bi du he ni sisren na.”
Paula buraya qədər qulaq asanlar bu sözdən sonra haray salıb dedilər: «Beləsini yer üzündən silib-atmaq lazımdır! O yaşamağa layiq deyil!»
23 Niwa ba sia kpa gro nda ju nklon mba ni the, nda ni vra iwru,
Onlar belə hay-küy qopararaq paltarlarını yelləyib havaya toz qaldıranda
24 kikle kaptin a duba nji Bulus rihi ni bubu wu mla ri. A nu nyu tre nda du ba shle myeu tre no tiwu ya, nitu du wawume du to ka a hi ngye duba ni kpagro nituma toki.
minbaşı əmr etdi ki, Paulu qalaya salsınlar. Onların niyə belə hay-küy qoparmalarının səbəbini bilmək üçün onu qamçılatmaqla sorğuya çəkmək istədi.
25 Niwa ba loo ni rjirji ntan, Bulus a tre ni ninkon wu ndji ya bi lokpa deri ri, wa a kri nha niki, “A tsra ni du yi ti indji Roma ya biyi, hama ni yo ni tsra?
Onu qamçılatmaq üçün bağlayanda Paul orada dayanan yüzbaşıya dedi: «Məhkum olmamış Roma vətəndaşını qamçılatmağa icazəniz varmı?»
26 Niwa Centurion a wo toki, a hi ni ninkon kaptin a nda ka hlawu ndi, “A hi ngye wu si son ti? Indji yi hi vren meme Roma.”
Yüzbaşı bunu eşidən kimi minbaşının yanına gəlib xəbər verərək dedi: «Nə edəcəksən? Bu adam Roma vətəndaşıdır».
27 Kikle kaptin a ye tre niwu ndi, “Hlamu, wu vren meme Roma? Bulus a tre ndi, “Ee.”
Minbaşı Paulun yanına gəlib soruşdu: «De görək, sən Roma vətəndaşısan?» Paul dedi: «Bəli».
28 Kikle kaptin a sa ndi, “Ana ni gbugbu nklen mba mi kpanyime son vren meme.”I Bulus a tre ndi, “Ba ngrji me vren me Roma.”
Minbaşı cavabında «mən nə qədər pula bu vətəndaşlığı əldə etmişəm» dedi. Paul isə «amma mən doğulandan Roma vətəndaşıyam» dedi.
29 Niki indji wa bata hi shle miu trea ba kawu don hari. Kikle kaptin a ti sissri, niwa a wo ndi Bulus hi ndji meme Roma, nitu wa a vuu lo.
Onu sorğuya çəkmək istəyənlər dərhal onun yanından geri çəkildilər. Minbaşı qollarını bağladığı Paulun Roma vətəndaşı olduğunu öyrənərkən qorxdu.
30 Ni vi wa ahu kia, kikle kpatin a ta son to tukpe wa Yahudawa ba bahe niwu nitu Bulus. Niki a duba si chuwo ni lo nda du kikle Prist baba bi son nitra bi ninkon gbua kuson. Niki, ba nji Bulus grji ye zi ni mi mba.
Minbaşı ertəsi gün Yəhudilərin Paulu nədə ittiham etdiklərini dəqiq öyrənmək istədi. Ona görə Paulu azad etdi. Minbaşı əmr verdi ki, başçı kahinlərlə bütün Ali Şura toplaşsın. Sonra Paulu aşağı endirib onların qarşısına gətirdi.

< Ndu Manzaniba 22 >