< Sefanya 3 >

1 Üsyankar, pozğun, qəddar şəhərin vay halına!
Woe to her who is rebellious and polluted, the oppressing city.
2 Söz dinləmədi, ibrət dərsi almadı, Rəbbə güvənmədi, Allahına yaxınlaşmadı.
She did not obey the voice. She did not receive correction. She did not trust in the LORD. She did not draw near to her God.
3 Başçıları nərildəyən aslanlara bənzəyir, Hakimləri axşam gəzən ac qurdlar kimi Səhərə qədər bir şey qoymaz.
Her princes in the midst of her are roaring lions. Her judges are evening wolves. They leave nothing until the next day.
4 Peyğəmbərləri məsuliyyətsiz, xain adamlardır, Kahinləri müqəddəs olanı murdarlayıb, Qanunun mənasını pozur.
Her prophets are arrogant and treacherous people. Her priests have profaned the sanctuary. They have done violence to the law.
5 Amma şəhərin içində olan Rəbb salehdir, O haqsızlıq etməz. Hər yeni günün səhərində Durmadan ədalətini zühur etdirər, Amma haqsız adam utanmaq bilməz.
The LORD, in the midst of her, is righteous. He will do no wrong. Every morning he brings his justice to light. He doesn't fail, but the unjust know no shame.
6 Rəbb belə deyir: «Millətləri məhv etdim, Künc qüllələri dağıldı. Küçələrini viran qoydum, O küçələrdən artıq gəlib-keçən yoxdur! Şəhərləri xarabalığa döndü, Orada heç bir sakin də qalmadı.
I have cut off nations. Their battlements are desolate. I have made their streets waste, so that no one passes by. Their cities are destroyed, so that there is no man, so that there is no inhabitant.
7 Mən dedim: “Xalqım Məndən qorxar, İbrət dərsi alar”. Onda məskənləri dağıdılmaz, Verdiyim cəzaların hamısı üzərlərinə gəlməz, Lakin onlar hər cür pozğun iş görməkdən zövq aldı».
I said, "Just fear me. Receive correction, so that her dwelling won't be cut off, according to all that I have appointed concerning her." But they rose early and corrupted all their doings.
8 Buna görə Rəbb bəyan edir: «Şahid kimi qalxdığım Günə qədər Məni gözləyin. Çünki Mən millətləri yığmağı Padşahlıqları toplamağı qərara almışam. Qoy üzərlərinə qeyzimi, qızğın qəzəbimi töküm. Çünki qısqanc qəzəbimin odu ilə bütün yer üzü tələf olacaq.
"Therefore wait for me," says the LORD, "until the day that I rise up as a witness. For my determination is to gather the nations, that I may assemble the kingdoms, to pour on them my indignation, even all my fierce anger. For all the earth will be devoured with the fire of my jealousy.
9 O zaman Mən xalqların nitqini dəyişib, Onlara pak dil verəcəyəm ki, Hamı Rəbbin adını çağırsın, Mənə çiyin-çiyinə xidmət etsinlər.
For then I will purify the lips of the peoples, that they may all call on the name of the LORD, to serve him shoulder to shoulder.
10 Qürbətə dağılmış, Mənə səcdə edənlər Kuş çaylarının o tayından Mənə təqdimlər gətirəcək.
From beyond the rivers of Cush, my worshipers, even the daughter of my dispersed people, will bring my offering.
11 O gün sən, ey xalqım, Mənə qarşı üsyankarlıq etdiyinə görə Daha xəcalətli olmayacaqsan. Çünki qürurlu, təkəbbürlü adamları Sənin arandan uzaqlaşdıracağam, Müqəddəs dağımda bir daha təkəbbürlü olmayacaqsan.
In that day you will not be disappointed for all your doings, in which you have transgressed against me; for then I will take away out of the midst of you your proudly exulting ones, and you will no more be haughty in my holy mountain.
12 Sizin aranızda itaətkar və məzlum bir xalqı sağ qoyacağam, Onlar Rəbbin adına pənah gətirəcək.
But I will leave in the midst of you an afflicted and poor people, and they will take refuge in the name of the LORD.
13 İsraildən sağ qalanlar haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər, Çünki onlar qarnı tox yatacaq, Onları qorxudan olmayacaq».
The remnant of Israel will not do iniquity, nor speak lies, neither will a deceitful tongue be found in their mouth, for they will feed and lie down, and no one will make them afraid."
14 Ey Sion qızı, tərənnüm elə, Ey İsrail, uca səslə çığır! Ey Yerusəlim qızı, bütün qəlbinlə sevin və fərəhlən!
Sing, daughter of Zion. Shout, Israel. Be glad and rejoice with all your heart, daughter of Jerusalem.
15 Rəbb sənin cəzanı ləğv etdi, düşmənlərini qovdu! İsrailin padşahı Rəbb səninlədir, Artıq pislikdən qorxmayacaqsan!
The LORD has taken away your judgments. He has thrown out your enemy. The King of Israel, the LORD, is in the midst of you. You will not be afraid of evil any more.
16 O gün Yerusəlimə deyiləcək: «Qorxma, ey Sion, qoy əllərin taqətdən düşməsin!
In that day, it will be said to Jerusalem, "Do not be afraid, Zion. Do not let your hands be weak."
17 Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq, Səni məhəbbəti ilə yeniləşdirəcək, Sənin üçün tərənnümlə coşacaq!
The LORD your God is in your midst, a mighty one who will save. He will rejoice over you with joy. He will calm you in his love. He will rejoice over you with singing.
18 Bayram gününü qeyd edən kimi Mən sənin üzərindən bəlaları götürəcəyəm ki, Onlara görə xəcalətli olmayasan.
I will remove those who grieve about the appointed feasts from you. They are a burden and a reproach to you.
19 Budur, vaxt gəlir, Mən sizə zülm edənlərin hamısını cəzalandıracağam, Şikəstləri qurtaracağam, sürgünləri yığacağam, Bütün dünyada çəkdikləri xəcaləti Şan-şöhrətə çevirəcəyəm.
Look, at that time I will deal with all those who afflict you, and I will save those who are lame, and gather those who were driven away. I will give them praise and honor, whose shame has been in all the earth.
20 O zaman sizi toplayıb yurdunuza geri qaytaracağam. Görəcəksiniz, Mən sizi yenə firavan edəndə Bütün dünya xalqları arasında Sizə şan-şöhrət verəcəyəm» Rəbb deyir.
At that time will I bring you in, and at that time will I gather you; for I will give you honor and praise among all the peoples of the earth, when I restore your fortunes before your eyes, says the LORD.

< Sefanya 3 >