< Zəkəriyyə 9 >
1 Bu xəbərdarlıq Xadrak ölkəsi və onun rahatlıq yeri Dəməşq şəhəri barəsində nazil olan Rəbbin sözüdür, çünki insanların və bütün İsrail qəbilələrinin gözü Rəbbə baxır.
神諭:上主的話臨於哈得辣客地,停在大馬士革,因為阿蘭的眼珠也像以色列的各支派一樣,是屬於上主的。
2 Bu söz oranın sərhədində olan Xamat şəhərinə, çox tərəqqi etmiş Sur və Sidon şəhərlərinə də aiddir.
哈瑪特也要屬於衪的版圖,還有極其明智的漆東。
3 Sur özünə bir qala tikdi, torpaq qədər gümüş, küçə palçığı qədər saf qızıl yığdı.
提洛為自己建築了碉堡,堆積的銀子多如塵土,金子像街市上的泥土。
4 Amma Rəbb onu qovacaq, dənizdəki gücünü yox edəcək, od onu yandırıb-yaxacaq.
看,吾主必要佔據她,把她的財富拋入海中;她必為火所吞滅。
5 Aşqelon bunu görüb qorxacaq, Qəzzə də çox ağrı çəkəcək, Eqron da eləcə, çünki ümidi sönəcək. Qəzzədə padşah olmayacaq, Aşqelon sakinsiz qalacaq.
阿市克隆見了,必要害怕;迦薩也要極度戰憟,厄龍隆也是如此,因為依賴的,遭受了羞辱。
6 Aşdodda bic doğulanlar yaşayacaq, Filiştlilərin qürurunu qıracağam.
迦薩的君王必要喪亡,阿市刻隆沒有人居住。當我這樣消除了培肋舍特人的傲慢,
7 Ağızlarından qanı daman əti, dişlərinin arasından haram yeməkləri alacağam. Onların sağ qalanları Allahımıza məxsus olub Yəhudanın bir nəsli kimi olacaq. Eqronlular da Yevuslular kimi olacaq.
由他的口中除去血的祭肉,從他的牙齒間除去可憎的祭肉之後,他的遺民也必要歸屬於我們的天主,有如猶大中的一個家族;厄刻龍也必像耶步斯人。
8 Hücum edən ordulara qarşı evimin ətrafında ordugah quracağam. Heç bir istilaçı daha xalqımın üzərinə tökülməyəcək. Çünki artıq xalqıma Mən keşik çəkirəm.
我要我的自作營寨,防禦往來的人,不再讓殘暴者由他們中間經過,因為如今我要親眼防守。
9 Ey Sion qızı, böyük sevinclə coş, Ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O ədalətli və xilaskardır. O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir.
熙雍女子,妳應盡量喜樂! 耶路撒冷女子,妳應該歡呼! 看,妳君王到妳這裏來,衪是正義的,勝利的,謙遜的,騎在驢上,騎在驢駒上。
10 Döyüş arabalarını Efrayimdən, Atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq.
衪由厄弗辣因剷除戰車,從耶路撒冷除掉戰馬,作戰的弓箭也要被消滅;衪要向萬民宣佈和平,衪的權柄由這海到那海,從大河直到地極。
11 Sizə gəlincə, əhd qurbanının qanından ötrü Sürgündəki xalqınızı Susuz quyudan çıxarıb xilas edəcəyəm.
妳,熙雍女子! 因了妳盟約的血,我要從無水的地牢中釋放好的俘虜。
12 Qalanıza qayıdın, Ey ümid edən əsirlər! Bu gün sizə bildirirəm ki, Sizə zəhmətinizin ikiqat əvəzini verəcəyəm.
懷著希望的俘虜,必要回到妳這裏。熙雍女子! 我必雙倍償還妳在充軍之日所遭受的一切,
13 Yəhudanı Özüm üçün kaman kimi çəkəcəyəm, Efrayimi ox kimi ona qoyacağam. Ey Sion, övladlarını Yunan övladlarının üstünə qaldıracağam. Səni bir döyüşçü qılıncı tək edəcəyəm.
因為我要以3作我張開的弓,以厄弗辣因作我弓上的箭。熙雍! 我要鼓勵妳的子民,使妳有如勇士的劍,為攻擊雅汪子民。
14 Onda Rəbb xalqının üzərində görünəcək, Onun oxu şimşək kimi çaxacaq. Xudavənd Rəbb şeypur çalacaq, Cənub qasırğaları ilə irəli gedəcək.
上主必要在他們上面出現,像閃電一般射出衪的箭;吾主上主必要吹起號角,乘著南方的旋風前來。
15 Onları Ordular Rəbbi qoruyacaq. Düşmənlərini tələf edəcəklər, Sapand daşları ilə qırıb-çatacaqlar. Onların qanını şərab kimi içib hay-küy salacaqlar. Qurban qanı tökülən qablar kimi, Qurbangahın künc-bucaqları kimi Qanla dolu olacaqlar.
萬軍的上主必保衛他們,使他們前進,踐踏石的人;他們必要喝他們的血,有如喝酒;飽享鮮血,有如祭壇的四角。
16 O gün özlərinin Allahı Rəbb Xalqının sürüsü kimi onları xilas edəcək. Onlar Onun torpağında Tac daş-qaşı kimi parıldayacaq.
到那一天,上主他們的天主,必要拯救他們,要牧放衪的百姓,有如牧羊群;他們將如王冠上的寶石,在衪的地上閃爍。
17 Necə yaraşıqlı, necə gözəl olacaqlar! Oğlanlar taxılla, Qızlar təzə şərabla gücə gələcək.
那時,此地是多麼幸福,多麼美麗! 五榖滋養少男;新酒培育少處女。