< Zəkəriyyə 8 >
1 Mənə Ordular Rəbbinin bu sözü nazil oldu:
又有萬軍上主的話:
2 Ordular Rəbbi belə deyir: «Sion üçün böyük qısqanclıq duyuram. Bəli, onu çox qısqanıram».
萬軍的上主這樣說:「我以極度的妒愛,愛著熙雍,為了她我發了很大的妒恨。
3 Rəbb belə deyir: «Siona qayıtdım, artıq Yerusəlimdə yaşayacağam. Yerusəlim Həqiqət şəhəri, Ordular Rəbbinin dağı Müqəddəs dağ çağırılacaq».
上主這樣說:我要返回熙雍,住在耶路撒冷;耶路撒冷將稱為『忠城』,萬軍上主的山將稱為『聖山』」。
4 Ordular Rəbbi belə deyir: «Yenə Yerusəlim meydanlarında qoca kişilər və qadınlar oturacaq, hər kəs yaşı çox olduğuna görə əlinə əsa alacaq.
萬軍的上主這樣說:「將有老夫老婦坐在耶路撒冷各街市上,每人因年高老邁,手中扶著拐杖;
5 Şəhərin meydanları orada oynayan oğlan və qız uşaqları ilə dolacaq».
城裏街市上,都要滿了男女兒童,在街市上遊戲。
6 Ordular Rəbbi belə deyir: «O günlər bu xalqın sağ qalanlarının gözündə bu iş qeyri-mümkün görünürsə, Mənə də belə görünməlidirmi?» bəyan edir Ordular Rəbbi.
萬軍的上主這樣到那些時日,這事在這百姓眼中是件奇事,難道在我眼中也是件奇事嗎﹖──萬軍上主的斷語。
7 «Bax Mən Öz xalqımı şərq və qərb ölkələrindən qaytaracağam» deyir Ordular Rəbbi.
萬軍的上主這樣說:看,我要由日出之地和日落之地救回我的百姓;
8 «Mən onları gətirəcəyəm və onlar Yerusəlimdə yaşayacaq. Onlar Mənim xalqım olacaq, Mən də sədaqət və salehliklə onların Allahı olacağam».
我要本著忠實和正義,領他們回來,住在耶路撒冷;他們要作我的百姓,我要作他們的天主」。
9 Ordular Rəbbi belə deyir: «Ordular Rəbbinin evinin – məbədin tikilməsi üçün təməli qoyulan gün orada peyğəmbərlərin dediyi bu sözləri o vaxt eşidənlər, qoy qolunuza güc gəlsin.
萬軍的上主這樣說:「當建築萬軍的上主殿,奠基的時日,你們由先知口中聽見這話的人,應加強你們的手臂。
10 O vaxtdan əvvəl insan yaxud heyvana heç bir əvəz verilmirdi. Düşmən üzündən heç kəs əmin-amanlıq içində gedib-gələ bilmirdi. Çünki adamları bir-birinin üstünə salışdırmışdım.
既使在這些日子以前,人得不到工資,牲畜也沒有報酬,因為我曾使人互相攻擊;
11 Ancaq indi bu xalqın sağ qalanları ilə əvvəlki kimi rəftar etməyəcəyəm» bəyan edir Ordular Rəbbi.
但是現今我對待這百姓的遺民,決不像住日一樣──萬軍上主的斷語。
12 «Çünki əkilən toxum bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcək. Bunların hamısını bu xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm.
因為我要散播和平;葡萄園必結果實,土地必有出產,上天必降甘露;我必要使這百姓的遺民獲得這一切。
13 Sizi qurtaracağam, ey Yəhuda və İsrail nəsli. Siz necə millətlər arasında lənət hədəfi oldunuzsa, indi bərəkət qaynağı olacaqsınız. Qorxmayın, qolunuza güc gəlsin».
猶大家和以色列家,昔日你們在異民中怎樣成為可詛咒的,將來我也要照樣拯救你們,使你們受人祝福;你們不要害怕,應加強你們的手臂!
14 Ordular Rəbbi belə deyir: «Atalarınız Məni qəzəbləndirən zaman başınıza fəlakət gətirmək istədim və fikrimdən dönmədim» deyir Ordular Rəbbi.
因為萬軍的上主這樣說:就如你們的祖先惹我發怒的時候,我曾決意懲罰你們──萬軍的上主說──而毫不動情;
15 «İndi isə Yerusəlimə və Yəhuda nəslinə yenə yaxşılıq etmək fikrindəyəm. Siz qorxmayın!
照樣,在這些日子裏,我也要決意善待耶路撒冷和猶大家;你們不要害怕!
16 Belə edin: hər kəs öz qonşusuna həqiqəti söyləsin, əmin-amanlıq üçün şəhər darvazalarında sədaqət və ədalətlə mühakimə edin.
你們應該遵行的訓令是:彼此談話要誠實,在城門口應作公正與和平的裁判;
17 Bir-birinizə qarşı ürəyinizdə pis niyyət tutmayın, yalandan and içməkdən əl çəkin, çünki bunların hamısı Mənim nifrət etdiyim şeylərdir» bəyan edir Rəbb.
不可人中圖謀惡事,彼此相害,也不可喜歡發假誓,因為這一切都是我所憎惡的──上主的斷語。」
18 Mənə Ordular Rəbbinin bu sözü nazil oldu:
萬軍上主的話傳給我說:
19 Ordular Rəbbi belə deyir: «Dördüncü, beşinci, yeddinci və onuncu ayların orucları Yəhuda xalqı üçün sevinc və şadlıq dolu gözəl bayramlar olacaq. Ancaq siz düzgünlüyü və əmin-amanlığı sevin».
「萬軍的上主這樣說:四月的齋戒、七月的齋戒,為猶大家將變為愉快和喜樂以及歡躍的佳節;但你們應愛好忠實與和平」。
20 Ordular Rəbbi belə deyir: «Hələ çoxlu xalq, çoxlu şəhərin əhalisi də gələcək.
萬軍的上主這樣說:「還有許多民族和各大城市的居民要前來;
21 Bir şəhərdə yaşayanlar başqa şəhərə gedib deyəcək: “Gəlin yola düşək, Rəbbin hüzurunda yalvaraq, Ordular Rəbbini axtaraq. Mən də gedirəm”.
一城的居民到另一 城去,向該城的固民說:我們快去懇求上主開恩,去尋求萬軍的上主! ──我也同去。」
22 Bir çox xalqlar və qüdrətli millətlər Ordular Rəbbini axtarmaq və Rəbbin hüzurunda yalvarmaq üçün Yerusəlimə gələcək».
將有許多民族和強盛的國民,來到耶路撒冷尋求萬軍的上主,懇求上主開恩。
23 Ordular Rəbbi deyir: «O günlərdə müxtəlif dillərdə danışan millətlərdən olan on adam bir Yəhudinin ətəyindən yapışıb “qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik” deyəcək».
萬軍的上主這樣說:「在那日子裏,十個說異國方言的人將抓住一個猶太人的衣服說:我們要同你們一起去,因為我們聽說天主與你們在一起」。