< Zəkəriyyə 7 >

1 Padşah Daranın hakimiyyətinin dördüncü ilində, doqquzuncu ay olan Kislev ayının dördüncü günü Zəkəriyyəyə Rəbbin sözü nazil oldu.
大流士王第四年九月,就是基斯流月初四日,耶和华的话临到撒迦利亚。
2 O vaxt Bet-El əhalisi Sar-Eseri, Reqem-Meleki və onun adamlarını Rəbbin hüzuruna yalvarmağa göndərdi ki,
那时伯特利人已经打发沙利色和利坚米勒,并跟从他们的人,去恳求耶和华的恩,
3 Ordular Rəbbinin evində olan kahinlərlə peyğəmbərlərdən «İllərlə etdiyimiz kimi beşinci ayda yenə də oruc tutub ağlayaqmı?» deyə soruşsunlar.
并问万军之耶和华殿中的祭司和先知说:“我历年以来,在五月间哭泣斋戒,现在还当这样行吗?”
4 Onda mənə Ordular Rəbbinin bu sözü nazil oldu:
万军之耶和华的话就临到我说:
5 «Bütün ölkə xalqına və kahinlərə söylə: “Yetmiş il ərzində beşinci və yeddinci aylarda Oruc tutub yas saxladığınız zaman Mənim üçünmü oruc tuturdunuz?
“你要宣告国内的众民和祭司,说:‘你们这七十年,在五月、七月禁食悲哀,岂是丝毫向我禁食吗?
6 Yeyib-içdiyiniz zaman Özünüz üçün yeyib-içmirdinizmi?”
你们吃喝,不是为自己吃,为自己喝吗?
7 Yerusəlim əmin-amanlıq içində yaşayarkən, ətrafındakı şəhərlər, Negev və yamaclı-düzənlikli bölgədə insanlar sakin olarkən Rəbb indi dediyi bu sözləri əvvəlki peyğəmbərlər vasitəsilə söyləməmişdimi?»
当耶路撒冷和四围的城邑有居民,正兴盛,南地高原有人居住的时候,耶和华借从前的先知所宣告的话,你们不当听吗?’”
8 Zəkəriyyəyə Rəbbin bu sözü nazil oldu:
耶和华的话又临到撒迦利亚说:
9 «Ordular Rəbbi belə deyir: “Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin.
“万军之耶和华曾对你们的列祖如此说:‘要按至理判断,各人以慈爱怜悯弟兄。
10 Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin. Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər tutmayın”.
不可欺压寡妇、孤儿、寄居的,和贫穷人。谁都不可心里谋害弟兄。’”
11 Ancaq onlar eşitməkdən boyun qaçırdı, inadkarlıqla arxa çevirdi, eşitməmək üçün qulaqlarını bağladı.
他们却不肯听从,扭转肩头,塞耳不听,
12 Ordular Rəbbinin Öz Ruhu ilə əvvəlki peyğəmbərlər vasitəsilə göndərdiyi qanunu və nəsihətləri eşitməmək üçün ürəklərini almaz kimi sərtləşdirdilər. Buna görə də Ordular Rəbbi onlara çox qəzəbləndi.
使心硬如金钢石,不听律法和万军之耶和华用灵借从前的先知所说的话。故此,万军之耶和华大发烈怒。
13 Ordular Rəbbi deyir: “İndi ki Mən onları çağıranda qulaq asmadılar, onlar da çağıranda Mən qulaq asmayacağam.
万军之耶和华说:“我曾呼唤他们,他们不听;将来他们呼求我,我也不听!
14 Onları qasırğa kimi tanımadıqları millətlərin arasına səpələdim. Arxada qoyduqları torpaq elə viran qaldı ki, oraya gedib-gələn olmadı. Gözəl torpaq xaraba qaldı”».
我必以旋风吹散他们到素不认识的万国中。这样,他们的地就荒凉,甚至无人来往经过,因为他们使美好之地荒凉了。”

< Zəkəriyyə 7 >