< Zəkəriyyə 6 >

1 Yenə başımı qaldırıb baxanda iki dağ arasından dörd döyüş arabasının çıxdığını gördüm. O dağlar misdən idi.
我また目を擧て觀しに四輌の車二の山の間より出きたれりその山は銅の山なり
2 Birinci döyüş arabasının qırmızı, ikincisinin qara,
第一の車には赤馬を着け第二の車には黒馬を着け
3 üçüncüsünün ağ, dördüncüsünün xallı atları var idi. Hamısı qüvvətli atlar idi.
第三の車には白馬を着け第四の車には白點なる強馬を着く
4 Mənimlə danışan mələkdən «Ay ağam, bunlar nədir?» deyib soruşdum.
我すなはち我に語ふ天の使に問て我主よ是等は何なるやと言けるに
5 Mələk mənə cavab verdi: «Bunlar bütün yer üzünün Sahibinə xidmət etdikləri yerdən çıxan göylərin dörd səmtinin ruhudur.
天の使こたへて我に言ふ是は四の天風にして全地の主の前より罷り出たる者なり
6 Qara atları olan döyüş arabası şimal torpağına, ağ atları olan döyüş arabası qərbə, xallı atları olan döyüş arabası isə cənuba tərəf gedir».
黒馬は北の地をさして進み行き白馬その後に從ふ又白點馬は南の地をさして進みゆき
7 Qüvvətli atlar çıxıb yer üzünü dolaşmaq üçün getmək istədi. Mələk «gedin yer üzünü dolaşın» dedi. Onlar da gedib yer üzünü dolaşdı.
強馬は進み出て地を徧く行めぐらんとす彼汝ら往き地を徧くめぐれと言たまひければ則ち地を行めぐれり
8 Mələk məni çağırıb dedi: «Bax şimal torpağına gedənlər orada ürəyimi rahatlandırdı».
彼われを呼て我に告て言ふ此北の地に往る者等は北の地にて我靈を安んず
9 Mənə Rəbbin bu sözü nazil oldu:
ヱホバの言われに臨めり曰く
10 «Hədiyyələri sürgündən qayıdanlardan – Babildən gələn Xelday, Toviya, Yedayadan götür və həmin gün Sefanya oğlu Yoşiyanın evinə get.
汝かの囚虜人の中の者ヘルダイ、トビヤおよびヱダヤより取ことをせよ即ちその日に汝かれらがバビロンより歸りて宿りをるゼパニヤの子ヨシヤの家に到り
11 Onların arasından qızıl-gümüş götürüb taclar düzəlt və baş kahin Yehosadaq oğlu Yeşuanın başına qoy.
金銀を取て冠冕を造りヨザダクの子なる祭司の長ヨシユアの首にこれを冠らせ
12 Ona söylə ki, Ordular Rəbbi belə deyir: “Bax ‹Pöhrə› adlanan adam budur! O olduğu yerdən qol-budaq atacaq, Rəbbin məbədini tikəcək.
彼に語りて言べし萬軍のヱホバ斯言たまふ視よ人ありその名を枝といふ彼おのれの處より生いでてヱホバの宮を建ん
13 Bəli, Rəbbin məbədini o tikəcək. O izzətlənəcək, taxtında oturub hökmranlıq edəcək. Taxtının yanında kahin olacaq, İkisinin arasında tam razılıq olacaq”.
即ち彼者ヱホバの宮を建て尊榮を帶びその位に坐して政事を施しその位にありて祭司とならん此二の者の間に平和の計議あるべし
14 Bu taclar Xeldayın, Toviyanın, Yedayanın, Sefanya oğlu Yoşiyanın xatirəsi kimi Rəbbin məbədinə qoyulacaq.
偖またその冠冕はヘレム、トビヤ、ユダヤおよびゼパニヤの子ヘンの記念のために之をヱホバの殿に納むべし
15 Uzaqda olanlar da gəlib Rəbbin məbədinin tikintisində çalışacaq. Onda biləcəksiniz ki, məni Ordular Rəbbi sizin yanınıza göndərmişdir. Əgər Allahınız Rəbbin səsinə yaxşı qulaq assanız, bunlar olacaq».
遠き處の者等來りてヱホバの殿を建ん而して汝らは萬軍のヱホバの我を遣したまひしなるを知にいたらん汝らもし汝らの神ヱホバの聲に聽したがはば是のごとくなるべし

< Zəkəriyyə 6 >