< Zəkəriyyə 4 >

1 Mənimlə danışan mələk geri qayıdıb məni yuxusundan oyanan adam kimi oyatdı.
Benimle konuşan melek yine geldi ve uykudan uyandırır gibi beni uyandırdı.
2 O məndən soruşdu: «Nə görürsən?» Mən dedim: «Büsbütün qızıldan olan bir çıraqdan görürəm. Onun başında zeytun yağı üçün bir qab, üzərində yeddi çıraq, çıraqlarda isə yeddi lülə var.
“Ne görüyorsun?” diye sordu. “Som altın bir kandillik görüyorum” diye yanıtladım, “Tepesinde zeytinyağı için bir tas, üzerinde yedi kandil, kandillerde yedişer oluk var.
3 Çıraqdanın yanında isə biri yağ qabının sağında, o biri solunda olmaqla iki zeytun ağacı var».
Ayrıca kandilliğin yanında, biri zeytinyağı tasının sağında, öbürü solunda iki zeytin ağacı da var.”
4 Sonra mənimlə danışan mələkdən soruşdum: «Ay ağam, bunlar nədir?»
Benimle konuşan meleğe, “Bunların anlamı nedir, efendim?” diye sordum.
5 Mənimlə danışan mələk «Bunların nə olduğunu bilmirsənmi?» deyə soruşdu. Mən də «yox, ağam» dedim.
Melek, “Bunların anlamını bilmiyor musun?” diye karşılık verdi. “Hayır, efendim” dedim.
6 O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi.
Bunun üzerine şöyle dedi: “RAB Zerubbabil'e, ‘Güçle kuvvetle değil, ancak benim Ruhum'la başaracaksın’ diyor. Böyle diyor Her Şeye Egemen RAB.
7 Sən kimsən, ey uca dağ? Zerubbabilin önündə düzənliyə çevriləcəksən. O “nə gözəldir, nə gözəldir” nidaları altında Məbədin təpə daşını götürəcək».
Sen kim oluyorsun, ey ulu dağ? Zerubbabil'in önünde bir düzlük olacaksın! O tapınağın son taşını çıkarırken, halk da, ‘Ne güzel, ne güzel!’ diye bağıracak.”
8 Mənə Rəbbin sözü nazil oldu:
RAB bana yine seslendi:
9 «Bu evin təməlini Zerubbabilin əlləri qoydu, Onun əlləri də bunu sona çatdıracaq. Onda biləcəksən ki, Ordular Rəbbi Məni sizin yanınıza göndərib.
“Bu tapınağın temelini Zerubbabil'in elleri attı, tapınağı tamamlayacak olan da onun elleridir. O zaman beni size Her Şeye Egemen RAB'bin gönderdiğini anlayacaksınız.
10 Bu günü kim əhəmiyyətsiz hesab edə bilər? Məhz bu gün adamlar Zerubbabilin əlində şaqulu görəndə sevinəcək. Bu yeddi çıraq isə Rəbbin bütün yer üzündə dolaşan gözləridir».
“Küçük işleri yapma gününü kim küçümsüyor? İnsanlar Zerubbabil'in elinde çekülü görünce sevinecekler. –“Bu yedi kandil RAB'bin bütün yeryüzünde dolaşan gözleridir.”–
11 Mən ondan soruşdum: «Bəs çıraqdanın sağ və solunda olan bu iki zeytun ağacı nədir?»
Meleğe, “Kandilliğin sağındaki ve solundaki bu iki zeytin ağacı nedir?” diye sordum,
12 Sonra yenə soruşdum: «İki qızıl borucuq vasitəsilə içindən qızıl rəngində yağ axan bu iki zeytun budağı nədir?»
“Altın gibi yağ akıtan iki altın oluğun yanındaki bu iki zeytin dalı nedir?”
13 O məndən soruşdu: «Bunların nə olduğunu bilmirsənmi?» Mən də «yox, ay ağam» dedim.
“Bunların anlamını bilmiyor musun?” diye karşılık verdi. “Hayır, efendim” dedim.
14 O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir».
Melek, “Bunlar bütün dünyanın Rabbi'ne hizmet eden, zeytinyağıyla kutsanmış iki kişidir” diye açıkladı.

< Zəkəriyyə 4 >