< Zəkəriyyə 2 >

1 Mən başımı qaldırıb baxdım və əlində ölçü ipi olan bir adam gördüm.
ואשא עיני וארא והנה איש ובידו חבל מדה׃
2 «Hara gedirsən?» deyib soruşdum. O mənə dedi: «Yerusəlimi ölçməyə, en və uzunluğunun nə qədər olduğunu öyrənməyə gedirəm».
ואמר אנה אתה הלך ויאמר אלי למד את ירושלם לראות כמה רחבה וכמה ארכה׃
3 Mənimlə danışan mələk yanımdan çıxanda başqa bir mələk onu qarşılamağa gəldi
והנה המלאך הדבר בי יצא ומלאך אחר יצא לקראתו׃
4 və ona dedi: «Qaç, o cavana söylə ki, içində adamlar Və heyvanlar çox olduğu üçün Yerusəlim divarsız bir şəhər olacaq.
ויאמר אלו רץ דבר אל הנער הלז לאמר פרזות תשב ירושלם מרב אדם ובהמה בתוכה׃
5 “Mən Özüm onun ətrafında odlu divara çevriləcəyəm, Onun içində izzət olacağam” bəyan edir Rəbb».
ואני אהיה לה נאם יהוה חומת אש סביב ולכבוד אהיה בתוכה׃
6 «Haydı, haydı! Şimal ölkəsindən qaçın» deyir Rəbb, «Çünki sizi göydə dörd tərəfə əsən Külək kimi dağıtmışdım» deyir Rəbb.
הוי הוי ונסו מארץ צפון נאם יהוה כי כארבע רוחות השמים פרשתי אתכם נאם יהוה׃
7 «Haydı! Ey Sion, sən ki Babil şəhərində yaşayırsan, qaçıb qurtar!»
הוי ציון המלטי יושבת בת בבל׃
8 Çünki Ordular Rəbbi deyir ki, İzzəti üçün sizi qarət etmiş millətlərin yanına Məni göndərdi. Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur.
כי כה אמר יהוה צבאות אחר כבוד שלחני אל הגוים השללים אתכם כי הנגע בכם נגע בבבת עינו׃
9 Mən o millətlərə qarşı əlimi qaldıracağam, Əsarətlərində olanlar onları qarət edəcək. Onda biləcəksiniz ki, Məni Ordular Rəbbi göndərmişdir.
כי הנני מניף את ידי עליהם והיו שלל לעבדיהם וידעתם כי יהוה צבאות שלחני׃
10 «Şadlıq edib sevin, ey Sion qızı! Çünki aranızda yaşamağa gəlirəm» bəyan edir Rəbb.
רני ושמחי בת ציון כי הנני בא ושכנתי בתוכך נאם יהוה׃
11 «O gün çoxlu millətlər Rəbbə bağlanacaq, Mənim xalqım olacaq. O zaman aranızda yaşayacağam. Siz biləcəksiniz ki, Məni yanınıza Ordular Rəbbi göndərib.
ונלוו גוים רבים אל יהוה ביום ההוא והיו לי לעם ושכנתי בתוכך וידעת כי יהוה צבאות שלחני אליך׃
12 Rəbb müqəddəs torpaqda Yəhudanı Öz payı olaraq mülk alacaq, Yenə Yerusəlimi seçəcək.
ונחל יהוה את יהודה חלקו על אדמת הקדש ובחר עוד בירושלם׃
13 Ey bütün bəşər, Rəbbin önündə susun! Çünki O Öz müqəddəs məskənindən qalxıb gəlir!»
הס כל בשר מפני יהוה כי נעור ממעון קדשו׃

< Zəkəriyyə 2 >