< Zəkəriyyə 14 >

1 Budur, Rəbbin günü gəlir! Ey Yerusəlim xalqı, sənin qarət olunmuş mallarını gözlərin önündə bölüşdürəcəklər.
ecce dies veniunt Domini et dividentur spolia tua in medio tui
2 Mən bütün millətləri Yerusəlimə qarşı müharibə etmək üçün toplayacağam. Şəhər ələ keçiriləcək, evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə göndəriləcək, amma qalanların şəhərdən kökü kəsilməyəcək.
et congregabo omnes gentes ad Hierusalem in proelium et capietur civitas et vastabuntur domus et mulieres violabuntur et egredietur media pars civitatis in captivitatem et reliquum populi non auferetur ex urbe
3 O zaman Rəbb çıxıb müharibə günündə necə döyüşdüsə, eləcə o millətlərə qarşı döyüşəcək.
et egredietur Dominus et proeliabitur contra gentes illas sicut proeliatus est in die certaminis
4 O gün Onun ayaqları Yerusəlimin önündə – şərq tərəfində olan Zeytun dağının üzərində duracaq. Zeytun dağı şərqə və qərbə doğru ortadan yarılıb çox böyük bir vadi olacaq. Dağın yarısı şimala, yarısı cənuba çəkiləcək.
et stabunt pedes eius in die illa super montem Olivarum qui est contra Hierusalem ad orientem et scindetur mons Olivarum ex media parte sui ad orientem et occidentem praerupto grandi valde et separabitur medium montis ad aquilonem et medium eius ad meridiem
5 Siz isə dağlarımdakı vadi ilə qaçacaqsınız, çünki dağlardakı vadi Aselə qədər uzanacaq. Yəhuda padşahı Uzziyanın dövründə zəlzələ olarkən necə qaçdınızsa, eləcə qaçacaqsınız. O zaman Allahım Rəbb bütün müqəddəslərlə birgə gələcək.
et fugietis ad vallem montium meorum quoniam coniungetur vallis montium usque ad proximum et fugietis sicut fugistis a facie terraemotus in diebus Oziae regis Iuda et veniet Dominus Deus meus omnesque sancti cum eo
6 O gün işıq olmayacaq, işıq verən göy cisimləri qaralacaq.
et erit in die illa non erit lux sed frigus et gelu
7 Yalnız Rəbbin bildiyi xüsusi bir gün olacaq. Gecə də, gündüz də olmayacaq. Axşam vaxtı işıqlı olacaq.
et erit dies una quae nota est Domino non dies neque nox et in tempore vesperae erit lux
8 O gün Yerusəlimdən həyat verən sular axacaq. Suların yarısı Şərq dənizinə, yarısı isə Qərb dənizinə axacaq. Yayda da, qışda da belə olacaq.
et erit in die illa exibunt aquae vivae de Hierusalem medium earum ad mare orientale et medium earum ad mare novissimum in aestate et in hieme erunt
9 Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq.
et erit Dominus rex super omnem terram in die illa erit Dominus unus et erit nomen eius unum
10 Bütün ölkə Gevadan Yerusəlimin cənubundakı Rimmona qədər Arava düzənliyi kimi olacaq. Amma Yerusəlim yüksəklikdə olacaq, Binyamin darvazasından ilk darvazanın yerinə, Künc darvazasına, Xananel qülləsindən padşahın üzümsıxanlarına qədər öz yerində duracaq.
et revertetur omnis terra usque ad desertum de colle Remmon ad austrum Hierusalem et exaltabitur et habitabit in loco suo a porta Beniamin usque ad locum portae Prioris usque ad portam Angulorum et a turre Ananehel usque ad torcularia regis
11 İnsanlar orada sakin olub asayiş içində yaşayacaq. Yerusəlim bir daha məhvə düçar olmayacaq.
et habitabunt in ea et anathema non erit amplius sed sedebit Hierusalem secura
12 Yerusəlimə hücum edən bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq. Ayaq üstə olanda bədənləri, hədəqələrindəki gözləri, ağızlarındakı dilləri çürüyəcək.
et haec erit plaga qua percutiet Dominus omnes gentes quae pugnaverunt adversus Hierusalem tabescet caro uniuscuiusque stantis super pedes suos et oculi eius contabescent in foraminibus suis et lingua eorum contabescet in ore suo
13 O gün Rəbb onları böyük təlaşa düçar edəcək. Hər kəs qonşusunun əlini tutacaq, bir-birinin üstünə hücum çəkəcək.
in die illo erit tumultus Domini magnus in eis et adprehendet vir manum proximi sui et conseretur manus eius super manum proximi sui
14 Yəhudalılar da Yerusəlimdə vuruşacaq. Ətrafdakı bütün millətlərin sərvəti, çoxlu miqdarda qızıl, gümüş və paltar toplanacaq.
sed et Iudas pugnabit adversus Hierusalem et congregabuntur divitiae omnium gentium in circuitu aurum et argentum et vestes multae satis
15 Düşmən ordugahlarındakı bütün heyvanlar da – atlar, qatırlar, dəvələr və eşşəklər bu cür bəlaya düçar olacaq.
et sic erit ruina equi et muli cameli et asini et omnium iumentorum quae fuerint in castris illis sicut ruina haec
16 Yerusəlimə hücum edən millətlərdən sağ qalanların hamısı Ordular Rəbbi olan Padşaha səcdə etmək və Çardaqlar bayramını keçirmək üçün hər il Yerusəlimə gedəcək.
et omnes qui reliqui fuerint de universis gentibus quae venerint contra Hierusalem ascendent ab anno in annum ut adorent regem Dominum exercituum et celebrent festivitatem tabernaculorum
17 Əgər yer üzündəki nəsillərdən hansısa Ordular Rəbbi olan Padşaha səcdə etmək üçün Yerusəlimə getməsə, onun ölkəsinə yağış yağmayacaq.
et erit qui non ascenderit de familiis terrae ad Hierusalem ut adoret regem Dominum exercituum non erit super eos imber
18 Misirlilər nəsli Yerusəlimə getməsə, onların torpağı suvarılmayacaq. Rəbb onlara da Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə verdiyi cəzanı verəcək.
quod si et familia Aegypti non ascenderit et non venerit nec super eos erit sed erit ruina qua percutiet Dominus omnes gentes quae non ascenderint ad celebrandam festivitatem tabernaculorum
19 Misirlilərə və Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə belə cəza veriləcək.
hoc erit peccatum Aegypti et hoc peccatum omnium gentium quae non ascenderint ad celebrandam festivitatem tabernaculorum
20 O gün atların zınqırovları üzərinə “Rəbbə həsr edilmiş” sözləri yazılacaq. Rəbbin evindəki qazanlar da qurbangahın önündəki ləyənlər kimi olacaq.
in die illo erit quod super frenum equi est sanctum Domino et erunt lebetes in domo Domini quasi fialae coram altari
21 Yerusəlim və Yəhudada hər qazan Ordular Rəbbinə həsr olunacaq. Qurban kəsən adamların hamısı gəlib bu qazanlardan qurban ətini bişirmək üçün istifadə edəcək. O gün Ordular Rəbbinin evində artıq Kənanlı qalmayacaq».
et erit omnis lebes in Hierusalem et in Iuda sanctificatus Domino exercituum et venient omnes immolantes et sument ex eis et coquent in eis et non erit mercator ultra in domo Domini exercituum in die illo

< Zəkəriyyə 14 >