< Zəkəriyyə 13 >
1 O gün Davud nəslini və Yerusəlimdə yaşayanları günahdan və murdarlıqdan təmizləmək üçün bir bulaq açılacaq.
in die illa erit fons patens domus David et habitantibus Hierusalem in ablutionem peccatoris et menstruatae
2 O gün ölkədən bütlərin adını birdəfəlik siləcəyəm, onlar bir daha xatırlanmayacaq. Yalançı peyğəmbərləri də, natəmiz ruhu da ölkədən uzaqlaşdıracağam» bəyan edir Ordular Rəbbi.
et erit in die illa dicit Dominus exercituum disperdam nomina idolorum de terra et non memorabuntur ultra et prophetas et spiritum inmundum auferam de terra
3 «Əgər kimsə yenə peyğəmbərlik etsə, onu dünyaya gətirmiş ata-anası ona deyəcək: “Sən yaşaya bilməzsən, çünki Rəbbin adı ilə yalan söyləmisən”. Sonra isə peyğəmbərlik edəndə öz ata-anası onun bədənini deşəcək.
et erit cum prophetaverit quispiam ultra dicent ei pater eius et mater eius qui genuerunt eum non vives quia mendacium locutus es in nomine Domini et configent eum pater eius et mater eius genitores eius cum prophetaverit
4 O gün hər peyğəmbər peyğəmbərlik edərkən ona nazil olan görüntüdən utanacaq. O daha insanları aldatmaq üçün tüklü paltar geyməyəcək.
et erit in die illa confundentur prophetae unusquisque ex visione sua cum prophetaverit nec operientur pallio saccino ut mentiantur
5 O deyəcək: “Mən peyğəmbər deyiləm, əkinçiyəm. Cavanlığımda bir adam məni özünə qul etdi”.
sed dicet non sum propheta homo agricola ego sum quoniam Adam exemplum meum ab adulescentia mea
6 O biri ondan soruşacaq: “Bəs sinəndəki bu yaralar nədir?” O isə “dostlarımın evində aldığım yaralardır” deyəcək.
et dicetur ei quid sunt plagae istae in medio manuum tuarum et dicet his plagatus sum in domo eorum qui diligebant me
7 Oyan, ey qılınc, Çobanımın, yaxınımın üstünə get» Bəyan edir Ordular Rəbbi. «Çobanı vur, Qoyunları pərən-pərən olsun. Mən də əlimi kiçiklərə qarşı qaldıracağam.
framea suscitare super pastorem meum et super virum coherentem mihi dicit Dominus exercituum percute pastorem et dispergantur oves et convertam manum meam ad parvulos
8 Bütün ölkədə Xalqın üçdə ikisi vurulub-öldürüləcək, Üçdə biri isə sağ qalacaq» Bəyan edir Rəbb.
et erunt in omni terra dicit Dominus partes duae in ea disperdentur et deficient et tertia pars relinquetur in ea
9 «Qalan üçdə birini oda salacağam, Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm. Qızılı yoxlayan kimi yoxlayacağam. Onlar Mənim adımı çağıracaq, Mən də onlara cavab verib “Bunlar Mənim xalqımdır” deyəcəyəm, Onlar da “Rəbb Allahımızdır” deyəcək.
et ducam tertiam partem per ignem et uram eas sicut uritur argentum et probabo eos sicut probatur aurum ipse vocabit nomen meum et ego exaudiam eum dicam populus meus es et ipse dicet Dominus Deus meus