< Zəkəriyyə 10 >

1 Yaz yağışı mövsümündə Rəbdən, şimşək çaxdıran Rəbdən Yağış istəyin. O, insanlara bolluca yağış və Hər kəsin tarlasına ot verəcək.
petite a Domino pluviam in tempore serotino et Dominus faciet nives et pluviam imbris dabit eis singulis herbam in agro
2 Ancaq ev bütlərindən alınan vədlər boş şeydir. Falçılar boş görüntülər görür, Mənasız yuxular danışaraq Əbəs yerə təsəlli verir. Buna görə də xalq sürü kimi dağınıqdır, Zəhmət çəkirlər, çünki bir çoban yoxdur.
quia simulacra locuta sunt inutile et divini viderunt mendacium et somniatores frustra locuti sunt vane consolabantur idcirco abducti sunt quasi grex adfligentur quia non est eis pastor
3 Rəbb deyir: «Çobanlara qarşı qəzəbim alovlandı, Başçılarına cəza verəcəyəm. Ordular Rəbbi Öz sürüsü olan Yəhuda nəslinin qayğısını çəkəcək. Onlar əzəmətli döyüş atları kimi olacaq.
super pastores iratus est furor meus et super hircos visitabo quia visitavit Dominus exercituum gregem suum domum Iuda et posuit eos quasi equum gloriae suae in bello
4 Künc daşı, çadır payası, Döyüş kamanı ondan olacaq. Bütün xalq başçıları ondan çıxacaq.
ex ipso angulus ex ipso paxillus ex ipso arcus proelii ex ipso egredietur omnis exactor simul
5 Onlar döyüşdə Düşməni küçələrdə palçıqda tapdalayan İgidlər kimi olacaq, Rəbb onlarla olduğu üçün döyüşəcəklər, Süvariləri utandıracaqlar.
et erunt quasi fortes conculcantes lutum viarum in proelio et bellabunt quia Dominus cum eis et confundentur ascensores equorum
6 Yəhuda nəslini qüvvətləndirəcəyəm, Yusif xalqını qurtaracağam. Sürgündən geri qaytaracağam, Çünki onlara acıyıram. Elə edəcəyəm ki, sanki onları Heç əvvəlcədən rədd etməmişəm. Çünki Mən onların Allahı Rəbbəm, Onlara cavab verəcəyəm.
et confortabo domum Iuda et domum Ioseph salvabo et convertam eos quia miserebor eorum et erunt sicut fuerunt quando non proieceram eos ego enim Dominus Deus eorum et exaudiam eos
7 Efrayimlilər igidlər kimi olacaq, Şərab içmiş kimi ürəkləri coşacaq. Övladları bunu görüb sevinəcək, Ürəkləri Rəbdə sevinc tapacaq.
et erunt quasi fortes Ephraim et laetabitur cor eorum quasi a vino et filii eorum videbunt et laetabuntur et exultabit cor eorum in Domino
8 Fit çalıb onları toplayacağam, Çünki Mən onları satın almışam. Əvvəllər necə çoxalırdılarsa, İndi də eləcə çoxalacaqlar.
sibilabo eis et congregabo illos quia redemi eos et multiplicabo eos sicut ante fuerant multiplicati
9 Onları xalqlar arasına səpələdimsə də, Uzaq ölkələrdə Məni yada salacaqlar. Övladları ilə birgə sağ qalacaq və Geri qayıdacaqlar.
et seminabo eos in populis et de longe recordabuntur mei et vivent cum filiis suis et revertentur
10 Mən onları yenə Misir ölkəsindən gətirəcək, Aşşurdan toplayacağam. Onları Gilead torpağına, Livana gətirəcəyəm. Onlara kifayət qədər yer tapılmayacaq.
et reducam eos de terra Aegypti et de Assyriis congregabo eos et ad terram Galaad et Libani adducam eos et non invenietur eis locus
11 Əziyyət dənizindən keçəcəklər, Dənizin dalğaları sakitləşəcək, Nilin bütün dərin suları quruyacaq. Aşşurun qüruru alçaldılacaq, Misirin padşahlıq əsası əlindən düşəcək.
et transibit in maris freto et percutiet in mari fluctus et confundentur omnia profunda Fluminis et humiliabitur superbia Assur et sceptrum Aegypti recedet
12 Onları Rəbdə qüvvətləndirəcəyəm, Onlar da Rəbbin adı ilə yaşayacaq» Rəbb belə bəyan edir.
confortabo eos in Domino et in nomine eius ambulabunt dicit Dominus

< Zəkəriyyə 10 >