< Rut 3 >

1 Bir gün qayınanası Naomi Ruta dedi: «Qızım, sənin ailə xoşbəxtliyin üçün rahat bir yer axtarmayımmı?
Onda će joj Noemi, svekrva njezina: “Kćeri moja, da ti potražim mirno mjesto gdje bi mogla biti sretna?
2 Bax qulluqçu qızları ilə sahəsində işlədiyin Boaz bizim qohumumuzdur. O bu gecə xırmanda arpa sovurur.
Vidiš, Boaz, s čijim si se poslenicima našla, naš je rođak. Evo, on će noćas vijati ječam na gumnu.
3 Sən də yuyun, ətirlən və ən gözəl paltarını geyinib xırmana en. Amma o yeyib-içməyini qurtarmayınca özünü ona göstərmə.
Umij se ti i namaži, lijepo se odjeni pa idi na gumno. Ne daj da te prepozna prije nego što se najede i napije.
4 Elə ki yatmağa getdi, yerini tapıb onun ayaqlarının üstünü açaraq ayaq tərəfində yatarsan. Sonra nə etmək lazımdırsa, o özü sənə deyəcək».
Kad bude lijegao, dobro pazi gdje će leći; pa kad legne, otiđi onamo, podigni mu pokrivač s nogu i lezi ondje! Tada će ti on reći što ti je činiti.”
5 Rut ona «dediklərinin hamısına əməl edərəm» dedi.
Ona joj odgovori: “Učinit ću sve kako mi kažeš.”
6 Rut xırmana endi və qayınanasının bütün tapşırıqlarına əməl etdi.
I siđe na gumno i učini sve kako joj je svekrva naredila.
7 Boaz yeyib-içib kefi kökələndən sonra yatmaq üçün məhsul tayasının kənarına getdi. Rut da sakitcə gəldi və ayaqlarının üstünü açıb ayaq tərəfində uzandı.
A Boaz, pošto je jeo i pio i tako se odobrovoljio, ode i leže kraj stoga. Onda ona priđe polako, otkri mu noge i leže.
8 Gecə yarısı birdən Boaz səksəndi və çevrilib baxanda gördü ki, ayaqlarının yanında bir qadın uzanıb.
Kad bijaše oko ponoći, trže se čovjek i obrnu se, i gle: žena leži do njegovih nogu.
9 O, qadına dedi: «Sən kimsən?» Qadın cavab verdi: «Mən qarabaşın Rutam. Ətəyinlə bu qarabaşının da üstünü ört, çünki sən qəyyumumsan».
“Tko si?” - upita on, a ona odgovori: “Ja sam Ruta, sluškinja tvoja. Raširi skut svoje haljine na sluškinju svoju jer si mi skrbnik.”
10 Boaz dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, qızım! Sonuncu xeyirxahlığın əvvəlkindən də yaxşıdır. Çünki nə kasıb, nə də varlı bir cavanın ardınca düşdün.
“Blagoslovio te Jahve, kćeri moja!” - dočeka on. “Ovaj drugi tvoj čin milosti još je vredniji od prvoga, jer se nisi trudila da slijediš mlade poslenike, bili oni bogati ili siromašni.
11 Qızım, daha qorxma! Dediyin hər şeyi sənin üçün edəcəyəm. Şəhərimizin bütün əhalisi yaxşı bilir ki, sən xeyirxah qadınsan.
I zato se, kćeri moja, sada ne plaši: učinit ću ti sve što zatražiš, jer sva vrata moga naroda znaju da si čestita žena.
12 Düzdür, sənin qəyyumun mənəm, amma məndən də yaxın qəyyumun var.
Jest, uistinu sam ti skrbnik; ali postoji još bliži od mene.
13 Bu gecəni qal, sabah əgər o adam sənə qəyyum olmaq istəsə, çox yaxşı, qoy olsun. Yox, əgər bundan imtina etsə, var olan Rəbb haqqı, sənin qəyyumun mən özüm olacağam. Hələlik sabaha qədər yat».
Ostani noćas; ako te sutra ujutro on kao skrbnik htjedne uzeti, dobro, neka te uzme; a ne htjedne li, uzet ću te ja, tako mi Jahve! Spavaj do jutra.”
14 Rut onun ayaqlarının yanında sübhədək yatdı və səhərin alaqaranlığında – hələ gözün yaxşı seçmədiyi vaxtda ayağa qalxdı, çünki Boaz demişdi: «Qoy heç kəs bilməsin ki, xırmana bu qadın gəlib».
I spavaše ona do njegovih nogu do jutra. On ustade prije nego što mogaše čovjek čovjeka razaznati jer mišljaše: “Ne treba da znaju da je žena bila na gumnu.”
15 Sonra Boaz Ruta dedi: «Üst örtüyünü götür, burada tut». Rut örtüyünü götürüb kənarından tutdu. Boaz altı ölçü arpanı örtüyün üstünə töküb ona verdi. Rut şəhərə qayıtdı.
I kaza joj: “Daj ogrtač što je na tebi i drži ga dobro.” Ona ga pridrža, a on joj nasu šest mjerica ječma i naprti joj. I ode ona u grad.
16 O, qayınanasının yanına gələndə qayınanası ona dedi: «Necə oldu, qızım?» Rut Boazla olan hər şeyi Naomiyə danışdı,
Kad je stigla, upita je svekrva: “Što je s tobom, kćeri moja?” A ona joj pripovjedi sve što je učinio za nju.
17 sonra dedi: «O mənə altı ölçü arpa verib dedi ki, qayınananın yanına əliboş qayıtma».
I nadoveza: “Ovih šest mjerica ječma dade mi kazujući: 'Ne smiješ se vratiti svekrvi praznih ruku.'”
18 Naomi Ruta dedi: «Qızım, gözlə, gör bu işin sonu necə qurtarır, çünki o adam bu işi bu gün axıra çatdırmayınca sakit olmayacaq».
Nato će joj Noemi: “Budi mirna, kćeri moja, dok ne vidiš što će biti: jer neće on imati spokoja dok sve još danas ne dokrajči.”

< Rut 3 >