< Romalilara 5 >

1 Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq.
我们既然信任上帝而成为良善正直之人,就通过我们的主耶稣基督与上帝和平相处。
2 Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.
通过耶稣、通过对他的信任,我们才能在所站之处获得恩典,期盼分享上帝荣耀所带来的福报和信心。
3 Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm,
不仅如此,我们还在困难来袭时保持自信,因为我们知道患难会带来精神上的持久力量,
4 dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır.
精神上的持久力量会让我们拥有成熟的性格,成熟的性格会带来自信的希望。
5 Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
这希望让我们永远不会失望,因为上帝通过他赐予我们的圣灵,将他的爱灌注在我们的心中。
6 Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü.
当我们感到彻头彻尾的无助,耶稣便在恰好的时间,因不信上帝之人而赴死。
7 Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər.
谁能为其他人而死,为不正确行事之人而死?(有人可能愿意为他人舍生,但只是为真正善良之人而死)
8 Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
基督为仍然是罪人的我们而放弃自己的生命,这就是上帝彰显他对我们的爱。
9 Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq.
既然他的死让我们成为良善正直之人,就可以确定,我们将在即将到来的审判中,因他而获得拯救。
10 Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq.
我们以他为敌的时候,上帝通过上帝之子的死让我们成为他的朋友,可以确定的是,上帝将通过上帝之子的生命拯救我们。
11 Yalnız bununla deyil, Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq.
不仅如此,上帝通过主耶稣所行之事与我们和解,让我们成为他的朋友,我们现在就可以为之而庆贺。
12 Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi.
罪通过人进入这个世界,罪带来死亡。所以,所有人都会死,因为所有人都有罪。
13 Qanundan əvvəl də dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır.
在律法被赋予人类以前,罪便已存于这世界,但因为当时没有律法,罪也不算罪。
14 Lakin Adəmdən Musaya qədər ölüm hamıya, hətta Adəmin əmri pozmasına bənzər bir günah etməyənlərə də hökmranlıq etdi. Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi.
但从亚当到摩西的这段时间,死亡仍然无法躲避,甚至像亚当那样没有犯罪之人,也不免一死。 亚当预示了那即将到来之人。
15 Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi.
但耶稣的恩赐与亚当的罪截然不同。尽管很多人因一个人的罪而死,上帝会赐予更多恩典,通过耶稣基督让众多之人可以分享。
16 Allahın ənamı həmin bir adamın günahının nəticəsi kimi deyil: bir günahdan sonra gələn hökm məhkumluq gətirdi, amma çoxlu təqsirdən sonra gələn ənam salehlik gətirdi.
这恩赐的结果与罪行结果完全不同,亚当之罪带来了审判和定罪,恩赐却会让我们因上帝而变得良善正直,无论我们有多少罪。
17 Əgər bir adamın təqsiri üzündən ölüm həmin adamın vasitəsilə hökmranlıq etdisə, Allahın bol lütfünü və salehlik ənamını qəbul edənlər bir Adam, yəni İsa Məsih vasitəsilə daha qəti olaraq həyatda hökmranlıq edəcək.
因一个人的罪,死亡就会因此人而掌控这世界。但上帝的恩典如此伟大,他恩赐之礼让我们变得良善正确,因为每一位接受他之人,都会通过耶稣基督获得生命。
18 Deməli, necə ki bir təqsir üzündən bütün adamlar məhkum olundu, eləcə də bir saleh əmələ görə bütün adamlara yaşamaq üçün salehlik verildi.
一个罪让所有人都遭受审判,所有人都被定罪。同样,一个良善行为也会让所有人获得生而良善正义的机会。
19 Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq.
亚当的不顺从让众人变成了罪人。同样,耶稣的顺从会让众人与上帝和解。
20 Qanunun meydana gəlməsi təqsirin çoxalmasına səbəb oldu. Lakin günah çoxalan yerdə Allahın lütfü daha da çoxaldı.
当律法被带到这个世界,罪就变得显而易见。但是,当罪变得更加显而易见,恩典同样也会变得显而易见!
21 Nəticədə günah ölüm vasitəsilə hökmranlıq etdiyi kimi lütf də salehlik vasitəsilə hökmranlıq edir; belə ki lütf Rəbbimiz İsa Məsihin vasitəsilə əbədi həyat versin. (aiōnios g166)
正如罪统治人间并带给我们死亡,如今恩典统治人间会让我们与上帝和解,通过我们的主耶稣基督带给我们永生。 (aiōnios g166)

< Romalilara 5 >