< Romalilara 16 >
1 Kenxreyadakı cəmiyyətin xidmətçisi olan bacımız Fibi barədə sizə zəmanət verirəm.
Je vous recommande Phœbé, notre sœur, qui est diaconesse de l'Église de Cenchrées;
2 Onu Rəbdə olduğu üçün müqəddəslərə layiq tərzdə qəbul edin, nə ehtiyacı varsa, siz ona kömək edin. Çünki o, çoxlarına və şəxsən mənə də hamilik edib.
Afin que vous la receviez dans le Seigneur, d'une manière digne des Saints; et que vous l'assistiez dans toutes les choses où elle aurait besoin de vous; car elle a reçu chez elle plusieurs personnes, et moi en particulier.
3 Məsih İsada həmkarlarım olan Priskila və Akilaya salam söyləyin.
Saluez Priscille et Aquilas, mes compagnons d'œuvre en Jésus-Christ,
4 Onlar mənim həyatım üçün öz canlarını təhlükəyə saldılar. Onlara yalnız mən yox, başqa millətlərin bütün cəmiyyətləri də təşəkkür edir.
Et qui ont exposé leur vie pour la mienne; et ce n'est pas moi seul qui leur rends grâces, mais encore toutes les Églises des Gentils.
5 Onların evində toplanan cəmiyyətə də salam söyləyin. Asiya vilayətindən Məsih üçün ilk məhsul olan sevimli qardaşım Epenetə salam çatdırın.
Saluez aussi l'Église qui est dans leur maison. Saluez Épaïnète, mon bien-aimé, et qui le premier de l'Achaïe s'est converti à Christ.
6 Sizin üçün xeyli zəhmət çəkmiş Məryəmə salam söyləyin.
Saluez Marie, qui a pris beaucoup de peine pour nous.
7 Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın.
Saluez Andronicus et Junie, mes parents, et mes compagnons de captivité. Ils sont considérables parmi les apôtres, et même ils ont cru en Christ avant moi.
8 Rəbdə mənə sevimli olan Ampliyata salam söyləyin.
Saluez Amplias, mon bien-aimé dans le Seigneur.
9 Məsihdə həmkarımız olan Urbana və mənə sevimli olan Staxisə salam çatdırın.
Saluez Urbain, compagnon de nos travaux en Christ; et Stachys, mon bien-aimé.
10 Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin. Aristobulun ailəsindən olanlara salam çatdırın.
Saluez Appelles, qui est éprouvé en Christ. Saluez ceux de la maison d'Aristobule.
11 Soydaşım Hirodiona salam söyləyin. Narkisin ailəsindən Rəbdə olanlara salam çatdırın.
Saluez Hérodion, mon parent. Saluez ceux de la maison de Narcisse, qui sont dans le Seigneur.
12 Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam söyləyin. Rəbbin xidmətində xeyli zəhmət çəkmiş sevimli Persisə salam çatdırın.
Saluez Tryphène et Tryphose, qui ont travaillé pour le Seigneur. Saluez Perside, la bien-aimée, qui a beaucoup travaillé pour le Seigneur.
13 Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin.
Saluez Rufus, élu du Seigneur, et sa mère, qui est aussi la mienne.
14 Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla birlikdə olan bacı-qardaşlara salam çatdırın.
Saluez Asyncrite, Phlégon, Hermas, Patrobas, Hermès, et les frères qui sont avec eux.
15 Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin.
Saluez Philologue et Julie, Néréa et sa sœur, et Olympe, et tous les Saints qui sont avec eux.
16 Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir.
Saluez vous les uns les autres par un saint baiser. Les Églises de Christ vous saluent.
17 Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun.
Cependant, je vous exhorte, frères, à prendre garde à ceux qui causent des divisions et des scandales contre la doctrine que vous avez apprise, et à vous éloigner d'eux.
18 Çünki belə adamlar Rəbbimiz Məsihə deyil, öz qarınlarına qulluq edirlər; onlar yağlı və yaltaq nitqləri ilə sadəlövh adamların ürəklərini tovlayırlar.
Car de telles gens ne servent point notre Seigneur Jésus-Christ, mais leur propre ventre; et par des paroles douces et flatteuses ils séduisent le cœur des simples.
19 Sizin itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız.
Votre obéissance est connue de tous; je m'en réjouis donc à cause de vous, et je souhaite que vous soyez sages à l'égard du bien, et purs à l'égard du mal.
20 Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun!
Le Dieu de paix écrasera bientôt Satan sous vos pieds. La grâce de notre Seigneur Jésus-Christ soit avec vous! Amen.
21 Həmkarım Timotey, soydaşlarım Luki, Yason və Sosipater sizə salam göndərir.
Timothée, mon compagnon d'ouvre, et Lucius, et Jason, et Sosipater, mes parents, vous saluent.
22 Bu məktubu yazıya alan mən Terti də Rəbbin ismi ilə sizə salam söyləyirəm.
Je vous salue dans le Seigneur, moi Tertius, qui ai écrit cette épître.
23 Məni və bütün cəmiyyəti qonaq saxlayan Qayın sizə salamı var. Şəhərin xəzinədarı olan Erast və Kvart qardaş da sizə salam göndərir.
Gaïus, mon hôte, et celui de toute l'Église, vous salue. Éraste, le trésorier de la ville, et Quartus, notre frère, vous saluent.
La grâce de notre Seigneur Jésus-Christ soit avec vous tous! Amen.
25 Allah mənim elan etdiyim Müjdəyə və İsa Məsih barədə vəzə görə, əzəldən bəri gizli saxlanmış sirri aydınlaşdıran vəhyə uyğun olaraq, sizi qüvvətləndirməyə qadirdir; (aiōnios )
A celui qui peut vous affermir selon mon Évangile et la prédication de Jésus-Christ, selon la révélation du mystère caché pendant plusieurs siècles, (aiōnios )
26 bu həmin sirdir ki, indi aşkar olmuş və əbədi Allahın əmrinə əsasən peyğəmbərlərin Yazıları vasitəsilə bütün millətlərin iman gətirib itaət etməsi üçün bəyan edilmişdir; (aiōnios )
Mais présentement manifesté par les écrits des prophètes, selon l'ordre du Dieu éternel, et annoncé à toutes les nations, afin qu'elles obéissent à la foi; (aiōnios )
27 o yeganə və müdrik Allaha İsa Məsih vasitəsilə əbədi izzət olsun! Amin. (aiōn )
A Dieu seul sage soit la gloire dans tous les siècles, par Jésus-Christ! Amen. (aiōn )