< Vəhy 9 >
1 Beşinci mələk şeypurunu çaldı. Onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dibsiz dərinliyə enən quyunun açarı ona verildi. (Abyssos )
The fifth angel sounded, and I saw a star from the sky which had fallen to the earth. The key to the pit of the abyss was given to him. (Abyssos )
2 O, dibsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin tüstüsünə bənzər tüstü çıxdı. Günəş və hava quyudan çıxan tüstüdən qaraldı. (Abyssos )
He opened the shaft of the bottomless pit, and smoke went up out of the shaft, like the smoke from a great furnace. The sun and the air were darkened because of the smoke from the pit. (Abyssos )
3 Tüstünün içindən yer üzünə çəyirtkələr çıxdı və onlara yer üzündəki əqrəblərin gücü qədər güc verildi.
Then out of the smoke came forth locusts on the earth, and power was given to them, as the scorpions of the earth have power.
4 Onlara deyildi ki, yer üzündəki otlara, heç bir yaşıllığa, heç bir ağaca deyil, yalnız alınlarında Allahın möhürü olmayan insanlara zərər vursunlar.
They were told that they should not hurt the grass of the earth, neither any green thing, neither any tree, but only those people who do not have God's seal on their foreheads.
5 Onlara izin verildi ki, insanları öldürmədən onlara beş ay işgəncə versinlər. Onların verdiyi işgəncə əqrəbin insanı sancdığı zaman olan işgəncəyə bənzəyir.
They were given power not to kill them, but to torment them for five months. Their torment was like the torment of a scorpion, when it strikes a person.
6 O günlərdə insanlar ölüm axtaracaq, amma tapmayacaqlar. Özlərinə ölüm arzulayacaqlar, amma ölüm onlardan qaçacaq.
In those days people will seek death, and will in no way find it. They will desire to die, and death will flee from them.
7 Çəyirtkələrin görünüşü döyüşə hazırlanan atlara bənzəyirdi. Başlarında sanki qızıl tac var idi, üzləri də insan üzü kimi idi.
The shapes of the locusts were like horses prepared for war. On their heads were something like golden crowns, and their faces were like people's faces.
8 Onların qadınlarda olan kimi saçları var idi, dişləri də aslan dişləri kimi idi.
They had hair like women's hair, and their teeth were like those of lions.
9 Döş zirehləri dəmir zirehlər kimi idi. Qanadlarının səsi döyüşə qaçan çoxlu sayda arabalarla atların səsinə bənzəyirdi.
They had breastplates, like breastplates of iron. The sound of their wings was like the sound of chariots, or of many horses rushing to war.
10 Onların əqrəb kimi quyruqları və neştərləri var idi. Quyruqlarında elə gücləri var idi ki, insanlara beş ay zərər verə bilərdilər.
They have tails like those of scorpions, and stings. In their tails is their power to harm people for five months.
11 Dibsiz dərinliyin mələyi onların üzərində padşahlıq edirdi; onun adı ibranicə «Avaddon», yunanca «Apollion» idi. (Abyssos )
They have over them as king the angel of the abyss. His name in Hebrew is "Abaddon," and in Greek, he has the name "Apollyon." (Abyssos )
12 Birinci bəla ötüb keçdi. Budur, ondan sonra daha iki bəla gəlir.
The first woe is past. Look, there are still two woes coming after this.
13 Altıncı mələk şeypurunu çaldı. Onda mən Allahın önündəki qızıl qurbangahın dörd buynuzundan gələn bir səs eşitdim.
The sixth angel sounded. I heard a voice from the four horns of the golden altar which is before God,
14 Bu səs şeypuru olan altıncı mələyə deyirdi: «Böyük Fərat çayının kənarında bağlanan dörd mələyi burax».
saying to the sixth angel who had one trumpet, "Free the four angels who are bound at the great river Euphrates."
15 Həmin o saat, o gün, o ay və o il üçün hazırlanmış dörd mələk buraxıldı ki, insanların üçdə birini öldürsün.
The four angels were freed who had been prepared for this hour and day and month and year, so that they might kill one third of humanity.
16 Atlı qoşunların sayı iki yüz milyon idi; mən onların sayını eşitdim.
The number of the armies of the horsemen was two hundred million. I heard the number of them.
17 Mən görüntüdə atları və onların belində oturan atlıları bu cür gördüm: onların od, tünd göy və kükürd rəngində döş zirehləri var idi, atların başı aslan başı kimi idi və ağızlarından od, tüstü və kükürd çıxırdı.
Thus I saw the horses in the vision, and those who sat on them, having breastplates of fiery red, hyacinth blue, and sulfur yellow; and the heads of lions. Out of their mouths proceed fire, smoke, and sulfur.
18 Bu üç bəladan, yəni onların ağzından çıxan od, tüstü və kükürddən insanların üçdə biri həlak oldu.
By these three plagues were one third of humanity killed: from the fire, the smoke, and the sulfur, which proceeded out of their mouths.
19 Çünki atların gücü onların ağzında və quyruğundadır. Onların quyruğu başı olan ilana oxşayır və atlar bu başlarla da zərər vururlar.
For the power of the horses is in their mouths, and in their tails. For their tails are like serpents, and have heads, and with them they harm.
20 Bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər.
The rest of humanity, who were not killed with these plagues, did not repent of the works of their hands, that they would not worship demons, and the idols of gold, and of silver, and of bronze, and of stone, and of wood; which can neither see, nor hear, nor walk.
21 Həmçinin onlar nə qatilliklərindən, nə sehrbazlıqlarından, nə əxlaqsızlıqlarından, nə də oğurluqlarından tövbə etdilər.
They did not repent of their murders, nor of their sorceries, nor of their sexual immorality, nor of their thefts.