< Vəhy 20 >

1 Mən göydən enən bir mələyi gördüm. Onun əlində dibsiz dərinliyin açarı və böyük bir zəncir var idi. (Abyssos g12)
Vi a un ángel que bajaba del cielo, con la llave del abismo y una gran cadena en la mano. (Abyssos g12)
2 O, əjdahanı – iblis və Şeytan deyilən o qədim ilanı tutub min il müddətinə zəncirlədi.
Agarró al dragón, la serpiente antigua, que es el diablo y Satanás, que engaña a toda la tierra habitada, y lo ató por mil años,
3 Onu dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir. (Abyssos g12)
y lo arrojó al abismo, lo cerró y lo selló sobre él, para que no engañara más a las naciones hasta que se cumplieran los mil años. Después de esto, debe ser liberado por un corto tiempo. (Abyssos g12)
4 Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. İsa barədə şəhadət və Allahın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vəhşi heyvana və onun surətinə səcdə etməyib alınlarına və əllərinə damğanı qəbul etməmişdilər. Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi.
Vi tronos, y se sentaron en ellos, y se les dio juicio. Vi las almas de los que habían sido decapitados por el testimonio de Jesús y por la palabra de Dios, y a los que no adoraron a la bestia ni a su imagen, y no recibieron la marca en la frente y en la mano. Ellos vivieron y reinaron con Cristo durante mil años.
5 Bu, birinci dirilmədir. Qalan ölülərsə min il bitməyincə dirilmədi.
El resto de los muertos no vivió hasta que se cumplieron los mil años. Esta es la primera resurrección.
6 Birinci dirilmədə iştirak edənlər bəxtiyar və müqəddəsdir. İkinci ölümün onlar üzərində səlahiyyəti yoxdur. Əksinə, onlar Allahın və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək.
Bendito y santo es el que tiene parte en la primera resurrección. Sobre éstos, la segunda muerte no tiene poder, sino que serán sacerdotes de Dios y de Cristo, y reinarán con él mil años.
7 Min il bitəndən sonra Şeytan atıldığı zindandan azad ediləcək.
Y después de los mil años, Satanás será liberado de su prisión
8 Oradan çıxacaq ki, yer üzünün dörd tərəfində olan millətləri – Qoq və Maqoqu aldadıb döyüşə toplasın; onların sayı dəniz qumu qədər çoxdur.
y saldrá para engañar a las naciones que están en los cuatro rincones de la tierra, a Gog y a Magog, para reunirlos a la guerra, cuyo número es como la arena del mar.
9 Onlar yer üzünün hər tərəfinə hücum edib müqəddəslərin düşərgəsini və sevimli şəhəri mühasirəyə aldılar. Lakin göydən od düşüb onları yandırıb-yaxdı.
Subieron a lo ancho de la tierra y rodearon el campamento de los santos y la ciudad amada. De Dios bajó fuego del cielo y los devoró.
10 Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək. (aiōn g165, Limnē Pyr g3041 g4442)
El diablo que los engañaba fue arrojado al lago de fuego y azufre, donde también están la bestia y el falso profeta. Serán atormentados día y noche por los siglos de los siglos. (aiōn g165, Limnē Pyr g3041 g4442)
11 Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı.
Vi un gran trono blanco y al que estaba sentado en él, de cuyo rostro huyeron la tierra y el cielo. No se encontró lugar para ellos.
12 Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu.
Vi a los muertos, a los grandes y a los pequeños, de pie ante el trono, y abrieron libros. Se abrió otro libro, que es el libro de la vida. Los muertos fueron juzgados por las cosas que estaban escritas en los libros, según sus obras.
13 Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu. (Hadēs g86)
El mar entregó a los muertos que estaban en él. La muerte y el Hades entregaron a los muertos que estaban en ellos. Fueron juzgados, cada uno según sus obras. (Hadēs g86)
14 Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür. (Hadēs g86, Limnē Pyr g3041 g4442)
La muerte y el Hades fueron arrojados al lago de fuego. Esta es la segunda muerte, el lago de fuego. (Hadēs g86, Limnē Pyr g3041 g4442)
15 Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı. (Limnē Pyr g3041 g4442)
El que no se halló inscrito en el libro de la vida fue arrojado al lago de fuego. (Limnē Pyr g3041 g4442)

< Vəhy 20 >