< Vəhy 12 >

1 Göydə böyük bir əlamət zahir oldu: günəşi əyninə geyinmiş, ayaqları altında ay və başında on iki ulduzlu tac olan bir qadın göründü.
و علامتی عظیم در آسمان ظاهر شد: زنی که آفتاب را دربر دارد و ماه زیرپایهایش و بر سرش تاجی از دوازده ستاره است،۱
2 O hamilə idi və doğmaq üzrə idi, ağrı və iztirab çəkərək qışqırırdı.
و آبستن بوده، از درد زه و عذاب زاییدن فریاد برمی آورد.۲
3 Göydə başqa bir əlamət zahir oldu: yeddi başlı, on buynuzlu, başlarının üstündə də yeddi kiçik tac olan böyük və od rəngində əjdaha göründü.
و علامتی دیگر در آسمان پدید آمدکه اینک اژدهای بزرگ آتشگون که او را هفت سرو ده شاخ بود و بر سرهایش هفت افسر؛۳
4 Onun quyruğu göy ulduzlarının üçdə birini süpürüb yer üzünə atdı. Əjdaha doğmağa hazırlaşan qadının önündə dayandı ki, qadın doğan kimi onun uşağını udsun.
و دمش ثلث ستارگان آسمان را کشیده، آنها را بر زمین ریخت. و اژدها پیش آن زن که می‌زایید بایستاد تاچون بزاید فرزند او را ببلعد.۴
5 Qadın bir oğlan uşağı doğdu ki, «dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək». Bu uşaq Allahın və Onun taxtının yanına qapılıb götürüldü.
پس پسر نرینه‌ای را زایید که همه امت های زمین را به عصای آهنین حکمرانی خواهد کرد؛ و فرزندش به نزد خدا وتخت او ربوده شد.۵
6 Qadınsa çölə qaçdı. Orada onun min iki yüz altmış gün bəslənməsi üçün Allah tərəfindən hazırlanmış yeri var.
و زن به بیابان فرار کرد که درآنجا مکانی برای وی از خدا مهیا شده است تا اورا مدت هزار و دویست و شصت روز بپرورند.۶
7 Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü,
و در آسمان جنگ شد: میکائیل وفرشتگانش با اژدها جنگ کردند و اژدها وفرشتگانش جنگ کردند،۷
8 amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı.
ولی غلبه نیافتند بلکه جای ایشان دیگر در آسمان یافت نشد.۸
9 O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı.
واژدهای بزرگ انداخته شد، یعنی آن مار قدیمی که به ابلیس و شیطان مسمی است که تمام ربع مسکون را می‌فریبد. او بر زمین انداخته شد وفرشتگانش با وی انداخته شدند.۹
10 Mən göydə uca bir səsin belə dediyini eşitdim: «İndi Allahımızın xilası, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündə Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı.
و آوازی بلند در آسمان شنیدم که می‌گوید: «اکنون نجات و قوت و سلطنت خدای ما و قدرت مسیح او ظاهر شد زیرا که آن مدعی برادران ما که شبانه‌روز در حضور خدای ما برایشان دعوی می‌کند، به زیر افکنده شد.۱۰
11 Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər. Hətta ölümlə üzbəüz olanda da Öz canlarını sevmədilər.
وایشان بوساطت خون بره و کلام شهادت خود براو غالب آمدند و جان خود را دوست نداشتند.۱۱
12 Buna görə də, ey göylər və Orada məskən salanlar, bayram edin! Qurunun və dənizinsə vay halına! Çünki iblis böyük hiddətlə yanınıza endi, Bilir ki, onun az vaxtı qalıb».
از این جهت‌ای آسمانها و ساکنان آنها شادباشید؛ وای بر زمین و دریا زیرا که ابلیس به نزدشما فرود شده است با خشم عظیم، چون می‌داند که زمانی قلیل دارد.»۱۲
13 Əjdaha yer üzünə atıldığını görəndə oğlan uşağı doğan qadının ardınca düşdü.
و چون اژدها دید که بر زمین افکنده شد، برآن زن که فرزند نرینه را زاییده بود، جفا کرد.۱۳
14 Amma qadına böyük qartalın iki qanadı verildi ki, çölə – öz yerinə uçsun və orada, ilandan kənarda bir vaxt, vaxtlar və yarım vaxt ərzində bəslənsin.
ودو بال عقاب بزرگ به زن داده شد تا به بیابان به مکان خود پرواز کند، جایی که او را از نظر آن مار، زمانی و دو زمان و نصف زمان پرورش می‌کنند.۱۴
15 İlan qadının ardınca ağzından sel kimi su püskürdü ki, sel onu aparsın.
و مار از دهان خود در عقب زن، آبی چون رودی ریخت تا سیل او را فرو‌گیرد.۱۵
16 Lakin quru qadına kömək etdi: quru ağzını açdı və əjdahanın ağzından püskürdüyü seli içib qurtardı.
وزمین زن را حمایت کرد و زمین دهان خود راگشاده، آن رود را که اژدها از دهان خود ریخت فرو برد.۱۶
17 Onda əjdaha qadına qəzəbləndi, onun nəslindən Allahın əmrlərinə riayət edən və İsa barədə şəhadət edən başqaları ilə döyüşmək üçün getdi
و اژدها بر زن غضب نموده، رفت تا باباقی ماندگان ذریت او که احکام خدا را حفظمی کنند و شهادت عیسی را نگاه می‌دارند، جنگ کند.۱۷
18 və dəniz sahilinin qumları üzərində dayandı.
۱۸

< Vəhy 12 >