< Zəbur 99 >
1 Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin, O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin!
Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin, O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin!
2 Sionda olan Rəbb əzəmətlidir, O bütün xalqların üzərindədir, yüksəkdədir.
Sionda olan Rəbb əzəmətlidir, O bütün xalqların üzərindədir, yüksəkdədir.
3 Qoy böyük, zəhmli adına şükür etsinlər! O müqəddəsdir!
Qoy böyük, zəhmli adına şükür etsinlər! O müqəddəsdir!
4 Ey ədalətsevər güclü Padşah, İnsafı bərqərar edən Sənsən, Yaqub nəslinə ədalət və salehliyi göstərmisən.
Ey ədalətsevər güclü Padşah, İnsafı bərqərar edən Sənsən, Yaqub nəslinə ədalət və salehliyi göstərmisən.
5 Allahımız Rəbbi ucaldın, Ayaqlarına düşüb səcdə qılın, O müqəddəsdir!
Allahımız Rəbbi ucaldın, Ayaqlarına düşüb səcdə qılın, O müqəddəsdir!
6 Onun kahinləri arasında Musa ilə Harun olub, Onun adını çağıranlar arasında Şamuel olub. Onlar Rəbbə yalvararkən O cavab verərdi.
Onun kahinləri arasında Musa ilə Harun olub, Onun adını çağıranlar arasında Şamuel olub. Onlar Rəbbə yalvararkən O cavab verərdi.
7 Bulud sütununun içindən onlarla danışdı, Onun göstərişlərinə, Onlara verdiyi qaydalarına bağlı qaldılar.
Bulud sütununun içindən onlarla danışdı, Onun göstərişlərinə, Onlara verdiyi qaydalarına bağlı qaldılar.
8 Ya Rəbb Allahımız, Sən onlara cavab verdin, Pis əməllərinin cəzasını versən də, Bağışlayan Allah olduğunu onlara göstərdin.
Ya Rəbb Allahımız, Sən onlara cavab verdin, Pis əməllərinin cəzasını versən də, Bağışlayan Allah olduğunu onlara göstərdin.
9 Allahımız Rəbbi ucaldın, Müqəddəs dağında Ona səcdə qılın, Çünki Allahımız Rəbb müqəddəsdir!
Allahımız Rəbbi ucaldın, Müqəddəs dağında Ona səcdə qılın, Çünki Allahımız Rəbb müqəddəsdir!