< Zəbur 98 >
1 Məzmur. Rəbbə yeni bir ilahi oxuyun, Çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı.
2 Rəbb zəfərini bəyan etdi, Millətlərin gözündə salehliyini aydın göstərdi.
3 İsrail nəslinə Göstərdiyi məhəbbətini və sədaqətini xatırladı. Yer üzünün qurtaracağınadək hər yerdə Allahımızın zəfərini gördü.
4 Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!
5 Rəbbi lira ilə – Lira ilə, ilahi bir səslə tərənnüm edin!
6 Kərənay, şeypur səsi ilə, Padşah olan Rəbbin hüzurunda cuşa gəlin, Ona nida edin!
7 Qoy dənizin və dənizdəki canlıların, Yer üzü və orada yaşayanların səsi ucalsın.
8 Onun hüzurunda qoy çaylar əl çalsın, Dağlar birgə mədh oxusun!
9 Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir. Yer üzünə ədalətlə, Xalqlara insafla hökm edəcək!