< Zəbur 96 >

1 Rəbbə yeni bir ilahi oxuyun, Ey bütün dünya, Rəbbə ilahi oxuyun,
Syng HERREN en ny sang, syng for Herren, al jorden,
2 İsminə alqış edin, Rəbbə ilahi oxuyun, Xilaskar olduğunu hər gün müjdələyin.
syng for HERREN og lov hans Navn, fortæl om hans Frelse Dag efter Dag,
3 Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin!
kundgør hans Ære blandt Folkene, hans Undere blandt alle Folkeslag!
4 Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir.
Thi stor og højlovet er HERREN, forfærdelig over alle Guder;
5 Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir.
thi alle Folkeslagenes Guder er Afguder, HERREN er Himlens Skaber.
6 Ehtişam və əzəmət hüzurundadır, Müqəddəs məkanında gözəlliklə qüdrət var.
For hans Åsyn er Højhed og Hæder, Lov og Pris i hans Helligdom.
7 Ey xalqların tayfaları, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin,
Giv HERREN, I Folkeslags Slægter, giv HERREN Ære og Pris,
8 Adına layiq izzəti Rəbbə verin, Həyətinə girib təqdimlər verin.
giv HERREN hans Navns Ære, bring Gaver og kom til hans Forgårde,
9 Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin, Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!
tilbed HERREN i helligt Skrud, bæv for hans Åsyn, al Jorden!
10 Millətlərə belə elan edin: «Rəbb hökmranlıq edir, O, dünyanı sarsılmaz və möhkəm qurub, O, insafla xalqların hökmünü verəcək».
Sig blandt Folkeslag: "HERREN har vist, han er Konge, han grundfæsted Jorden, den rokkes ikke, med Retfærd dømmer han Folkene."
11 Göylər sevinsin, yer üzü şad olsun, Dənizin və dənizdəki canlıların səsi ucalsın,
Himlen glæde sig, Jorden juble, Havet med dets Fylde bruse,
12 Çöllər və çöldə yaşayanlar fərəhlənsin, Meşədəki bütün ağaclar mədh söyləsin
Marken juble og alt, hvad den bærer! Da fryder sig alle Skovens Træer
13 Rəbbin hüzurunda! O gəlir, dünyanın hökmünü vermək üçün gəlir, Yer üzünün hökmünü ədalətlə, Xalqların hökmünü həqiqətlə verəcək!
for HERRENs Åsyn, thi han kommer, han kommer at dømme Jorden; han dømmer Jorden med Retfærd og Folkene i sin Trofasthed.

< Zəbur 96 >