< Zəbur 93 >
1 Rəbb hökmranlıq edir, əzəmət libasıdır, Rəbbin libasına qüdrət qurşanıb. Dünya möhkəm durub, sarsılmazdır.
2 Ya Rəbb, taxtın əvvəldən qurulub, Əzəldən var olan Sənsən.
3 Ya Rəbb, sellər çağlayır, Şırıldayan sellər çağlayır, Uğuldayan sellər çağlayır.
4 Gur suların uğultusundan da, Dənizin güclü dalğalanmasından da, Ucalarda olan Rəbb qüdrətlidir!
5 Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır, Evinə müqəddəslik əbədi olaraq yaraşır.