< Zəbur 92 >

1 Məzmur. Şənbə günü üçün bir ilahi. Nə yaxşıdır Rəbbə şükür etmək, Ey Haqq-Taala, isminə tərənnüm söyləmək,
מזמור שיר ליום השבת טוב להדות ליהוה ולזמר לשמך עליון׃
2 Hər səhər məhəbbətini elan etmək, Hər gecə sədaqətini bəyan etmək,
להגיד בבקר חסדך ואמונתך בלילות׃
3 On telli alətin avazı ilə, Çəngin, liranın sədası ilə oxumaq.
עלי עשור ועלי נבל עלי הגיון בכנור׃
4 Çünki, ya Rəbb, əməllərinlə məni sevindirmisən, Əllərinin işlərinə görə Səni mədh edirəm.
כי שמחתני יהוה בפעלך במעשי ידיך ארנן׃
5 Ya Rəbb, Sənin işlərin nə qədər əzəmətlidir, Sənin fikirlərin dərindən dərindir!
מה גדלו מעשיך יהוה מאד עמקו מחשבתיך׃
6 Nadan insan bunu heç vaxt bilməz, Axmaq insan bunu dərk etməz:
איש בער לא ידע וכסיל לא יבין את זאת׃
7 Pislər ot kimi bitsə də, Bütün şər iş görənlər çiçəklənsə də, Əbədilik yox olacaqlar.
בפרח רשעים כמו עשב ויציצו כל פעלי און להשמדם עדי עד׃
8 Amma, ya Rəbb, Sən əbədi ucasan.
ואתה מרום לעלם יהוה׃
9 Ya Rəbb, düşmənlərin mütləq qırılacaq, Bütün şər iş görənlər darmadağın olacaq.
כי הנה איביך יהוה כי הנה איביך יאבדו יתפרדו כל פעלי און׃
10 Sən mənə çöl öküzü kimi güc vermisən, Başıma təzə zeytun yağı çəkmisən.
ותרם כראים קרני בלתי בשמן רענן׃
11 Düşmənlərimin yerə sərilməsini gözlərimlə gördüm, Bədxahlarımın can verməsini qulaqlarımla eşitdim.
ותבט עיני בשורי בקמים עלי מרעים תשמענה אזני׃
12 Salehlər xurma ağacı kimi göyərir, Livandakı sidr ağacı kimi böyüyür.
צדיק כתמר יפרח כארז בלבנון ישגה׃
13 Onlar Rəbbin evində əkilib, Onlar Allahımızın həyətində göyərir.
שתולים בבית יהוה בחצרות אלהינו יפריחו׃
14 Qocalanda da bar verəcəklər, Təravətli, yamyaşıl qalacaqlar,
עוד ינובון בשיבה דשנים ורעננים יהיו׃
15 Belə deyəcəklər: «Rəbb haqdır, O mənim qayamdır, Onda haqsızlıq yoxdur».
להגיד כי ישר יהוה צורי ולא עלתה בו׃

< Zəbur 92 >