< Zəbur 9 >

1 Musiqi rəhbəri üçün. Davudun «Mut-labben» üstə oxunan məzmuru. Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm, Bütün xariqələrini deyəcəyəm.
למנצח עלמות לבן מזמור לדוד אודה יהוה בכל לבי אספרה כל נפלאותיך׃
2 Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm, Ey Haqq-Taala, ismini tərənnüm edəcəyəm!
אשמחה ואעלצה בך אזמרה שמך עליון׃
3 Düşmənlərim geri dönəndə Sənin önündə səndələyərək yıxılıb məhv olurlar.
בשוב אויבי אחור יכשלו ויאבדו מפניך׃
4 Çünki Sən haqqımı və mübarizəmi gördün, Taxtında oturub ədalətlə hökm etdin.
כי עשית משפטי ודיני ישבת לכסא שופט צדק׃
5 Sən millətləri məzəmmət, pisləri yox etdin, Adlarını əbədilik sildin.
גערת גוים אבדת רשע שמם מחית לעולם ועד׃
6 Düşmənin sonu çatdı, o əbədi viran oldu, Şəhərlərini təməlindən qopartdın, Onların xatirəsi də məhv oldu.
האויב תמו חרבות לנצח וערים נתשת אבד זכרם המה׃
7 Rəbb isə əbədi olaraq hökmranlıq edir, O, taxtını hökm üçün qurub.
ויהוה לעולם ישב כונן למשפט כסאו׃
8 Dünyaya ədalətlə hökm edir, Ümmətlərə insafla hakimlik edir.
והוא ישפט תבל בצדק ידין לאמים במישרים׃
9 Rəbb məzlumların pənahgahıdır, Sıxıntı anlarında müdafiə qalasıdır.
ויהי יהוה משגב לדך משגב לעתות בצרה׃
10 İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!
ויבטחו בך יודעי שמך כי לא עזבת דרשיך יהוה׃
11 Sionun sakini olan Rəbbi tərənnüm edin! Xalqlar arasında Onun işlərini bəyan edin!
זמרו ליהוה ישב ציון הגידו בעמים עלילותיו׃
12 O, tökülən qanın qisasını alır, yadda saxlayır, Məzlumların fəryadını unutmur.
כי דרש דמים אותם זכר לא שכח צעקת עניים׃
13 Ya Rəbb, rəhm et! Ey ölüm qapılarından məni qurtaran, Mənə nifrət edənlərin üzündən çəkdiyim dərdə bax!
חננני יהוה ראה עניי משנאי מרוממי משערי מות׃
14 Sion qızının darvazalarında Qoy Sənə edilən həmdlərimdən danışım, Səndə xilas taparaq şadlanım!
למען אספרה כל תהלתיך בשערי בת ציון אגילה בישועתך׃
15 Millətlər qazdıqları quyuya özləri düşüb, Qurduqları tələyə öz ayaqları ilişib.
טבעו גוים בשחת עשו ברשת זו טמנו נלכדה רגלם׃
16 Rəbb Özünü göstərib hökmünü yeritdi, Pislər öz əməlləri ilə tora düşdü. Hiqqayon, (Sela)
נודע יהוה משפט עשה בפעל כפיו נוקש רשע הגיון סלה׃
17 Pis adamlar ölülər diyarına düşəcək, Allahı unudan bütün millətlər də oraya gedəcək. (Sheol h7585)
ישובו רשעים לשאולה כל גוים שכחי אלהים׃ (Sheol h7585)
18 Çünki fəqir adam həmişəlik unudulmaz, Məzlumun ümidi əbədi olaraq boşa çıxmaz.
כי לא לנצח ישכח אביון תקות ענוים תאבד לעד׃
19 Ya Rəbb, qalx, qoy insan qalib gəlməsin, Sənin hüzurunda millətlər məhkum edilsin.
קומה יהוה אל יעז אנוש ישפטו גוים על פניך׃
20 Ya Rəbb, qoy millətlər Səndən qorxsunlar, Qoy onlar bilsinlər ki, yalnız insandırlar. (Sela)
שיתה יהוה מורה להם ידעו גוים אנוש המה סלה׃

< Zəbur 9 >