< Zəbur 87 >

1 Qorah övladlarının məzmuru. Bir ilahi. Müqəddəs dağlar Rəbbin şəhərinin təməlidir,
לִבְנֵי־קֹרַח מִזְמוֹר שִׁיר יְסוּדָתוֹ בְּהַרְרֵי־קֹֽדֶשׁ׃
2 Yaqubun bütün məskənlərindən çox Sionun darvazaları Ona əzizdir.
אֹהֵב יְהוָה שַׁעֲרֵי צִיּוֹן מִכֹּל מִשְׁכְּנוֹת יַעֲקֹֽב׃
3 Ey Allahın şəhəri, Haqqında bu şanlı sözləri deyirlər: (Sela)
נִכְבָּדוֹת מְדֻבָּר בָּךְ עִיר הָאֱלֹהִים סֶֽלָה׃
4 «Məni tanıyanların içindən Rahavın, Babilin adını çəkəcəyəm. Həm də Filişt, Sur, Kuş barədə Deyiləcək: “Bunlar da bu yerdə doğulub”.
אַזְכִּיר ׀ רַהַב וּבָבֶל לְֽיֹדְעָי הִנֵּה פְלֶשֶׁת וְצוֹר עִם־כּוּשׁ זֶה יֻלַּד־שָֽׁם׃
5 Bəli, Sion barədə deyiləcək: “Onların hamısı bu yerdə doğulub, Haqq-Taala buranı sarsılmaz edəcək”.
וּֽלֲצִיּוֹן ׀ יֵאָמַר אִישׁ וְאִישׁ יֻלַּד־בָּהּ וְהוּא יְכוֹנְנֶהָ עֶלְיֽוֹן׃
6 Rəbb xalqları siyahıda qeyd edəndə yazacaq: “Bunlar bu yerdə doğulub”. (Sela)
יְֽהוָה יִסְפֹּר בִּכְתוֹב עַמִּים זֶה יֻלַּד־שָׁם סֶֽלָה׃
7 Oxuyanlar, rəqs edənlər belə deyəcəklər: “Səndə mənim üçün hər cür çeşmə var”».
וְשָׁרִים כְּחֹלְלִים כָּֽל־מַעְיָנַי בָּֽךְ׃

< Zəbur 87 >