< Zəbur 86 >

1 Davudun duası. Ya Rəbb, mənə qulaq asıb cavab ver, Çünki mən məzlumam, fəqirəm.
大衛的祈禱。 耶和華啊,求你側耳應允我, 因我是困苦窮乏的。
2 Möminəm, Sən Özün məni qoru, Ey Allahım, Sənə güvənən bəndəni qurtar.
求你保存我的性命,因我是虔誠人。 我的上帝啊,求你拯救這倚靠你的僕人!
3 Rəhm et mənə, ey Xudavənd, Çünki bütün gün Səni səsləyirəm!
主啊,求你憐憫我, 因我終日求告你。
4 Bu bəndənin qəlbini sevindir, Ey Xudavənd, Sənə ürəyimi təqdim edirəm.
主啊,求你使僕人心裏歡喜, 因為我的心仰望你。
5 Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur.
主啊,你本為良善,樂意饒恕人, 有豐盛的慈愛賜給凡求告你的人。
6 Ya Rəbb, duamı dinlə, Yalvarışlarımın səsinə qulaq as.
耶和華啊,求你留心聽我的禱告, 垂聽我懇求的聲音。
7 Dar gündə Səni səsləyirəm, Bilirəm ki, mənə cavab verərsən.
我在患難之日要求告你, 因為你必應允我。
8 Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur, Əməllərin kimi əməl yoxdur.
主啊,諸神之中沒有可比你的; 你的作為也無可比。
9 Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək, Sənin ismini izzətləndirərək səcdə edəcək.
主啊,你所造的萬民都要來敬拜你; 他們也要榮耀你的名。
10 Çünki əzəmətli, xariqələr yaradan Sənsən, Yeganə Allah Sənsən!
因你為大,且行奇妙的事; 惟獨你是上帝。
11 Ya Rəbb, mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, Qoy Sənin ismindən qorxum.
耶和華啊,求你將你的道指教我; 我要照你的真理行; 求你使我專心敬畏你的名!
12 Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm, Daim ismini izzətləndirəcəyəm.
主-我的上帝啊,我要一心稱讚你; 我要榮耀你的名,直到永遠。
13 Çünki mənə olan məhəbbətin böyükdür, Canımı ölülər diyarına enməkdən qurtardın. (Sheol h7585)
因為,你向我發的慈愛是大的; 你救了我的靈魂免入極深的陰間。 (Sheol h7585)
14 Ey Allah, lovğalar əleyhimə qalxır, Bir dəstə zalım canımı almaq üçün məni axtarır, Səni qarşılarında görmür.
上帝啊,驕傲的人起來攻擊我, 又有一黨強橫的人尋索我的命; 他們沒有將你放在眼中。
15 Ey Xudavənd, Sən rəhmli, lütfkar Allahsan, Hədsiz səbirlisən, məhəbbətin və sədaqətin boldur.
主啊,你是有憐憫有恩典的上帝, 不輕易發怒,並有豐盛的慈愛和誠實。
16 Sən mənə baxıb rəhm et, Bu bəndənə Öz gücündən ver, Kənizinin oğlunu xilas et.
求你向我轉臉,憐恤我, 將你的力量賜給僕人,救你婢女的兒子。
17 Xeyirxahlığından mənə bir əlamət göstər, Qoy mənə nifrət edənlər görüb utansınlar. Çünki, ya Rəbb, mənə kömək edirsən, Könlümə təsəlli verirsən.
求你向我顯出恩待我的憑據, 叫恨我的人看見便羞愧, 因為你-耶和華幫助我,安慰我。

< Zəbur 86 >