< Zəbur 84 >

1 Musiqi rəhbəri üçün. Qorah övladlarının «Gittit» üstə oxunan məzmuru. Ey Ordular Rəbbi, məskənin nə qədər əzizdir,
聖歌隊の指揮者によってギテトのしらべにあわせてうたわせたコラの子の歌 万軍の主よ、あなたのすまいはいかに麗しいことでしょう。
2 Qəlbim Rəbbin həyətinin həsrətindədir, Könlüm, cismim var olan Allaha mədh oxuyur.
わが魂は絶えいるばかりに主の大庭を慕い、わが心とわが身は生ける神にむかって喜び歌います。
3 Ey Ordular Rəbbi, Padşahım, Allahım, Qurbangahının yaxınında sərçələr yurd salar, Qaranquş bala çıxartmaq üçün yuva qurar.
すずめがすみかを得、つばめがそのひなをいれる巣を得るように、万軍の主、わが王、わが神よ、あなたの祭壇のかたわらにわがすまいを得させてください。
4 Nə bəxtiyardır evində yaşayanlar, Daim Sənə həmd oxuyanlar! (Sela)
あなたの家に住み、常にあなたをほめたたえる人はさいわいです。 (セラ)
5 Nə bəxtiyardır Səndən qüvvət alanlar, Qəlbində Sionu ziyarət etməyi arzulayanlar!
その力があなたにあり、その心がシオンの大路にある人はさいわいです。
6 Baka vadisindən keçərkən Onlara çağlayan bulaqlar görünər, İlk yağışdan ora gölməçələrə bürünər.
彼らはバカの谷を通っても、そこを泉のある所とします。また前の雨は池をもってそこをおおいます。
7 Bu adamlar getdikcə qüvvət alarlar, Sionda Allahın hüzurunda olarlar.
彼らは力から力に進み、シオンにおいて神々の神にまみえるでしょう。
8 Ya Rəbb, ey Ordular Allahı, duamı dinlə, Ey Yaqubun Allahı, qulaq as! (Sela)
万軍の神、主よ、わが祈をおききください。ヤコブの神よ、耳を傾けてください。 (セラ)
9 Ey Allah, bizə sipər olana bax, Məsh etdiyinin üzünə bax!
神よ、われらの盾をみそなわし、あなたの油そそがれた者の顔をかえりみてください。
10 Sənin həyətində keçən bir günüm Başqa yerdə keçən min günümdən yaxşıdır. Allahımın evinin keşiyində dayanmağım Pislərin çadırında rahat ömür sürməkdən yaxşıdır.
あなたの大庭にいる一日は、よそにいる千日にもまさるのです。わたしは悪の天幕にいるよりは、むしろ、わが神の家の門守となることを願います。
11 Axı Rəbb Allah günəşdir, sipərdir, Rəbb lütf və şərəf verir, Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir.
主なる神は日です、盾です。主は恵みと誉とを与え、直く歩む者に良い物を拒まれることはありません。
12 Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!
万軍の主よ、あなたに信頼する人はさいわいです。

< Zəbur 84 >