< Zəbur 83 >

1 Bir ilahi. Asəfin məzmuru. Ey Allah, susub səssiz durma! Ey Allah, sakit olma!
アサフの歌、さんび 神よ、沈黙を守らないでください。神よ、何も言わずに、黙っていないでください。
2 Budur, düşmənlər qiyamət qoparır, Sənə nifrət edənlər Sənin əleyhinə qalxır.
見よ、あなたの敵は騒ぎたち、あなたを憎む者は頭をあげました。
3 Xalqına qarşı fənd işlədirlər, Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər.
彼らはあなたの民にむかって巧みなはかりごとをめぐらし、あなたの保護される者にむかって相ともに計ります。
4 Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək, İsrailin adı xatırlanmasın deyə onları yox edək».
彼らは言います、「さあ、彼らを断ち滅ぼして国を立てさせず、イスラエルの名をふたたび思い出させないようにしよう」。
5 Ürəkləri bir olaraq qərara gəliblər, Sənə qarşı bunlar əhd ediblər:
彼らは心をひとつにして共にはかり、あなたに逆らって契約を結びます。
6 Edomlular, İsmaillilər, Moavlılar, Həcərlilər,
すなわちエドムの天幕に住む者とイシマエルびと、モアブとハガルびと、
7 Geval, Ammon, Amaleq, Filişt və Sur əhalisi.
ゲバルとアンモンとアマレク、ペリシテとツロの住民などです。
8 Aşşur da onlara qoşulub, Lutun övladlarına kömək edir. (Sela)
アッスリヤもまた彼らにくみしました。彼らはロトの子孫を助けました。 (セラ)
9 Başlarına gətir Midyanlılara etdiklərini, Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini.
あなたがミデアンにされたように、キション川でシセラとヤビンにされたように、彼らにしてください。
10 Onlar En-Dorda həlak oldular, Torpaq üçün peyin oldular.
彼らはエンドルで滅ぼされ、地のために肥料となりました。
11 Əsilzadələrini Orev və Zeev kimi et, Bütün ağalarını Zevah və Salmunna kimi et.
彼らの貴人をオレブとゼエブのように、そのすべての君たちをゼバとザルムンナのようにしてください。
12 Onlar demişdilər: «Allahın otlaqlarına sahib olaq».
彼らは言いました、「われらは神の牧場を獲て、われらの所有にしよう」と。
13 Ey Allahım, onları sovrulan toza, Küləyin süpürdüyü saman qırıntısına çevir.
わが神よ、彼らを巻きあげられるちりのように、風の前のもみがらのようにしてください。
14 Meşəni yandıran od kimi, Dağları alışdıran alov kimi
林を焼く火のように、山を燃やす炎のように、
15 Onları tufanınla qov, Qasırğanla dəhşətə sal.
あなたのはやてをもって彼らを追い、つむじかぜをもって彼らを恐れさせてください。
16 Ya Rəbb, onların üzünü xəcalətə bürü, Qoy Sənin ismini axtarsınlar.
彼らの顔に恥を満たしてください。主よ、そうすれば彼らはあなたの名を求めるでしょう。
17 Əbədilik utanaraq vəlvələyə düşsünlər, Rüsvay olub yox olsunlar.
彼らをとこしえに恥じ恐れさせ、あわて惑って滅びうせさせてください。
18 Bilsinlər ki, Sənin ismin Rəbdir, Bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!
主という名をおもちになるあなたのみ、全地をしろしめすいと高き者であることを彼らに知らせてください。

< Zəbur 83 >