< Zəbur 80 >

1 Musiqi rəhbəri üçün. Asəfin «Şoşannim» üstə oxunan şəhadət məzmuru. Ey İsrailin Çobanı, Yusif nəslinə sürü kimi Baxan, qulaq as! Ey keruvlar üstündə Oturan, nurunu saç!
למנצח אל ששנים עדות לאסף מזמור רעה ישראל האזינה נהג כצאן יוסף ישב הכרובים הופיעה׃
2 Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə Qoy qüvvətin oyansın, gəl, bizi qurtar!
לפני אפרים ובנימן ומנשה עוררה את גבורתך ולכה לישעתה לנו׃
3 Ey Allah, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
אלהים השיבנו והאר פניך ונושעה׃
4 Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan Xalqının duasından qəzəblənəcəksən?
יהוה אלהים צבאות עד מתי עשנת בתפלת עמך׃
5 Onlara çörək yerinə göz yaşı yedirdin, Onlara bolluca göz yaşı içirdin.
האכלתם לחם דמעה ותשקמו בדמעות שליש׃
6 Qonşularımızla bizi çəkişməyə vadar etdin, Düşmən bizi ələ salıb gülür.
תשימנו מדון לשכנינו ואיבינו ילעגו למו׃
7 Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
אלהים צבאות השיבנו והאר פניך ונושעה׃
8 Misirdən tənək fidanı gətirərək Qovduğun millətlərin torpağında əkdin.
גפן ממצרים תסיע תגרש גוים ותטעה׃
9 Bunun üçün sahə hazırlamışdın, Tənək rişələnib ölkəni bürüdü.
פנית לפניה ותשרש שרשיה ותמלא ארץ׃
10 Budaqları dağlara, Böyük sidr ağaclarına kölgə saldı.
כסו הרים צלה וענפיה ארזי אל׃
11 Dənizə qədər qol-budaq atdı, Zoğ atıb Fərat çayına çatdı.
תשלח קצירה עד ים ואל נהר יונקותיה׃
12 Bəs niyə ətrafdakı hasarını uçurdun? Budur, yoldan keçən hər kəs məhsullarını qoparır,
למה פרצת גדריה וארוה כל עברי דרך׃
13 Tənəyi meşənin qabanları korlayır, Onu çöl heyvanları çeynəyir.
יכרסמנה חזיר מיער וזיז שדי ירענה׃
14 Ey Ordular Allahı, dön, göydən bax, Bu tənəyi gör, qayğısına qal.
אלהים צבאות שוב נא הבט משמים וראה ופקד גפן זאת׃
15 Axı bu fidanı sağ əlinlə əkmisən, Kökünə qüvvət vermisən.
וכנה אשר נטעה ימינך ועל בן אמצתה לך׃
16 Tənəyini kəsib yandıranlar Qəzəbli məzəmmətinlə qoy yox olsunlar!
שרפה באש כסוחה מגערת פניך יאבדו׃
17 Sənin əlin, sağ əlin Öz seçdiyin adamı – Qüvvət verdiyin bəşər oğlunu qorusun.
תהי ידך על איש ימינך על בן אדם אמצת לך׃
18 Qoy Səndən dönüb ayrılmayaq, Bizi elə yaşat ki, ismini çağıraq.
ולא נסוג ממך תחינו ובשמך נקרא׃
19 Ya Rəbb, ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
יהוה אלהים צבאות השיבנו האר פניך ונושעה׃

< Zəbur 80 >