< Zəbur 8 >

1 Musiqi rəhbəri üçün. Davudun «Gittit» üstə oxunan məzmuru. Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! Ehtişamın göylərə qalxır!
לַמְנַצֵּחַ עַֽל־הַגִּתִּית מִזְמוֹר לְדָוִֽד׃ יְהֹוָה אֲדֹנֵינוּ מָֽה־אַדִּיר שִׁמְךָ בְּכׇל־הָאָרֶץ אֲשֶׁר תְּנָה הוֹדְךָ עַל־הַשָּׁמָֽיִם׃
2 Düşməni və qisasçını susdurmaq üçün Körpələrin və çağaların səsi ilə Yağılarına qarşı qala qurdun.
מִפִּי עוֹלְלִים ׀ וְֽיֹנְקִים יִסַּדְתָּ עֹז לְמַעַן צוֹרְרֶיךָ לְהַשְׁבִּית אוֹיֵב וּמִתְנַקֵּֽם׃
3 Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:
כִּֽי־אֶרְאֶה שָׁמֶיךָ מַעֲשֵׂה אֶצְבְּעֹתֶיךָ יָרֵחַ וְכוֹכָבִים אֲשֶׁר כּוֹנָֽנְתָּה׃
4 «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»
מָה־אֱנוֹשׁ כִּֽי־תִזְכְּרֶנּוּ וּבֶן־אָדָם כִּי תִפְקְדֶֽנּוּ׃
5 Onu Allahdan bir az aşağı yaratdın, İzzət və əzəmət tacını onun başına qoydun,
וַתְּחַסְּרֵהוּ מְּעַט מֵאֱלֹהִים וְכָבוֹד וְהָדָר תְּעַטְּרֵֽהוּ׃
6 Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun:
תַּמְשִׁילֵהוּ בְּמַעֲשֵׂי יָדֶיךָ כֹּל שַׁתָּה תַֽחַת־רַגְלָֽיו׃
7 Bütün sürü və naxırları, Çöldə yaşayan heyvanları,
צֹנֶה וַאֲלָפִים כֻּלָּם וְגַם בַּהֲמוֹת שָׂדָֽי׃
8 Göydəki quşları, dənizdəki balıqları, Dəryalarda üzənlərin hamısını.
צִפּוֹר שָׁמַיִם וּדְגֵי הַיָּם עֹבֵר אׇרְחוֹת יַמִּֽים׃
9 Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!
יְהֹוָה אֲדֹנֵינוּ מָה־אַדִּיר שִׁמְךָ בְּכׇל־הָאָֽרֶץ׃

< Zəbur 8 >