< Zəbur 76 >

1 Musiqi rəhbəri üçün. Asəfin simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Bir ilahi. Allah Yəhudada şöhrətlidir, İsraildə Onun adı böyükdür.
למנצח בנגינת מזמור לאסף שיר נודע ביהודה אלהים בישראל גדול שמו׃
2 Çardağı Salemdədir, Məskəni Siondadır.
ויהי בשלם סכו ומעונתו בציון׃
3 Allah orada alovlu oxları, Qalxan-qılıncı və bütün silahları qırdı. (Sela)
שמה שבר רשפי קשת מגן וחרב ומלחמה סלה׃
4 Ey Allah, şərəfli Sənsən, Ulu dağlardan da əzəmətlisən!
נאור אתה אדיר מהררי טרף׃
5 Cəsur ürəklilər talan oldu, Ölüm yuxusuna daldı, Bütün cəngavərlərin əlləri sustaldı.
אשתוללו אבירי לב נמו שנתם ולא מצאו כל אנשי חיל ידיהם׃
6 Ey Yaqubun Allahı, Sənin məzəmmətindən Arabaçılar və atlar uyumuş qaldı.
מגערתך אלהי יעקב נרדם ורכב וסוס׃
7 Sən zəhmlisən, Sən! Qəzəblənəndə qarşında kim dura bilər?
אתה נורא אתה ומי יעמד לפניך מאז אפך׃
8 Öz hökmünü göylərdən elan etdin, Yer vahimələndi və səsini kəsdi.
משמים השמעת דין ארץ יראה ושקטה׃
9 Onda, ey Allah, hökm çıxarmaq üçün, Dünyadakı məzlumların hamısını qurtarmaq üçün qalxdın. (Sela)
בקום למשפט אלהים להושיע כל ענוי ארץ סלה׃
10 Qəzəbli insanlar belə, Sənə şükür edir, Qəzəbdən qurtulanları Özünə bağlayırsan.
כי חמת אדם תודך שארית חמת תחגר׃
11 Allahınız Rəbbə əhd edin və yerinə yetirin, Ey bütün ətraf xalqlar, o Zəhmli Olana xərac gətirin.
נדרו ושלמו ליהוה אלהיכם כל סביביו יובילו שי למורא׃
12 O, hökmdarların nəfəsini kəsər, Dünya padşahlarını vahimələndirər.
יבצר רוח נגידים נורא למלכי ארץ׃

< Zəbur 76 >