< Zəbur 72 >

1 Süleymanın məzmuru. Ey Allah, padşaha ədalət ver, Şah oğluna salehlik ver.
לִשְׁלֹמֹה ׀ אֱֽלֹהִים מִשְׁפָּטֶיךָ לְמֶלֶךְ תֵּן וְצִדְקָתְךָ לְבֶן־מֶֽלֶךְ׃
2 Qoy Sənin xalqına salehliklə, Məzlumlara ədalətlə hakimlik etsin.
יָדִין עַמְּךָ בְצֶדֶק וַעֲנִיֶּיךָ בְמִשְׁפָּֽט׃
3 Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın.
יִשְׂאוּ הָרִים שָׁלוֹם לָעָם וּגְבָעוֹת בִּצְדָקָֽה׃
4 Padşah xalq arasında olan məzlumları qorusun, Fəqirləri xilas etsin, Zalımları əzsin.
יִשְׁפֹּט ׀ עֲֽנִיֵּי־עָם יוֹשִׁיעַ לִבְנֵי אֶבְיוֹן וִידַכֵּא עוֹשֵֽׁק׃
5 Nə qədər günəş və ay varsa, Hər gələn nəsil qoy Səndən qorxsun.
יִירָאוּךָ עִם־שָׁמֶשׁ וְלִפְנֵי יָרֵחַ דּוֹר דּוֹרִֽים׃
6 Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün.
יֵרֵד כְּמָטָר עַל־גֵּז כִּרְבִיבִים זַרְזִיף אָֽרֶץ׃
7 Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın.
יִֽפְרַח־בְּיָמָיו צַדִּיק וְרֹב שָׁלוֹם עַד־בְּלִי יָרֵֽחַ׃
8 Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin.
וְיֵרְדְּ מִיָּם עַד־יָם וּמִנָּהָר עַד־אַפְסֵי־אָֽרֶץ׃
9 Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun.
לְפָנָיו יִכְרְעוּ צִיִּים וְאֹיְבָיו עָפָר יְלַחֵֽכוּ׃
10 Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin.
מַלְכֵי תַרְשִׁישׁ וְאִיִּים מִנְחָה יָשִׁיבוּ מַלְכֵי שְׁבָא וּסְבָא אֶשְׁכָּר יַקְרִֽיבוּ׃
11 Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin!
וְיִשְׁתַּחֲווּ־לוֹ כׇל־מְלָכִים כׇּל־גּוֹיִם יַעַבְדֽוּהוּ׃
12 Çünki o imdad deyib çağıran fəqirləri, Məzlumları, köməksizləri qurtarır.
כִּֽי־יַצִּיל אֶבְיוֹן מְשַׁוֵּעַ וְעָנִי וְֽאֵין־עֹזֵר לֽוֹ׃
13 Yoxsula, fəqirə rəhm edir, Fəqirlərin canlarını azad edir.
יָחֹס עַל־דַּל וְאֶבְיוֹן וְנַפְשׁוֹת אֶבְיוֹנִים יוֹשִֽׁיעַ׃
14 Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, Onun gözündə bunların qanı qiymətlidir.
מִתּוֹךְ וּמֵחָמָס יִגְאַל נַפְשָׁם וְיֵיקַר דָּמָם בְּעֵינָֽיו׃
15 Yaşasın padşah! Qoy ona Səba qızılı verilsin, Qoy onun üçün durmadan dua edilsin, Hər gün ona xeyir-dua verilsin.
וִיחִי וְיִתֶּן־לוֹ מִזְּהַב שְׁבָא וְיִתְפַּלֵּל בַּעֲדוֹ תָמִיד כׇּל־הַיּוֹם יְבָרְכֶֽנְהוּ׃
16 Qoy ölkənin zəmiləri bol olsun, Dağların başında dalğalansın. Bu ölkə Livan kimi məhsul versin, Qoy şəhərin əhalisi ot kimi bitsin.
יְהִי פִסַּת־בַּר ׀ בָּאָרֶץ בְּרֹאשׁ הָרִים יִרְעַשׁ כַּלְּבָנוֹן פִּרְיוֹ וְיָצִיצוּ מֵעִיר כְּעֵשֶׂב הָאָֽרֶץ׃
17 Qoy padşahın adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın, Onu bütün millətlər bəxtiyar adlandırsın!
יְהִי שְׁמוֹ ׀ לְֽעוֹלָם לִפְנֵי־שֶׁמֶשׁ (ינין) [יִנּוֹן] שְׁמוֹ וְיִתְבָּרְכוּ בוֹ כׇּל־גּוֹיִם יְאַשְּׁרֽוּהוּ׃
18 Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, Xariqələrin yeganə yaradanına!
בָּרוּךְ ׀ יְהֹוָה אֱלֹהִים אֱלֹהֵי יִשְׂרָאֵל עֹשֵׂה נִפְלָאוֹת לְבַדּֽוֹ׃
19 Onun şərəfli adına əbədi alqış olsun, Bütün yer üzü Onun izzətinə bürünsün! Amin! Amin!
וּבָרוּךְ ׀ שֵׁם כְּבוֹדוֹ לְעוֹלָם וְיִמָּלֵא כְבוֹדוֹ אֶת־כֹּל הָאָרֶץ אָמֵן ׀ וְאָמֵֽן׃
20 Yessey oğlu Davudun duaları burada sona çatır.
כָּלּוּ תְפִלּוֹת דָּוִד בֶּן־יִשָֽׁי׃

< Zəbur 72 >