< Zəbur 7 >
1 Davudun Binyaminli Kuşa görə Allaha oxuduğu şiqqayon. Ey Rəbb Allahım, Sənə sığınmışam, Məni bütün təqibçilərimdən qurtar, Məni xilas et.
大衛指着便雅憫人古實的話,向耶和華唱的流離歌。 耶和華-我的上帝啊,我投靠你! 求你救我脫離一切追趕我的人,將我救拔出來!
2 Yoxsa aslan kimi məni parçalayarlar, Xilas edən olmasa, məni didib-dağıdarlar.
恐怕他們像獅子撕裂我, 甚至撕碎,無人搭救。
3 Ya Rəbb Allahım, əgər günah etmişəmsə, Əllərimdən haqsızlıq gəlibsə,
耶和華-我的上帝啊,我若行了這事, 若有罪孽在我手裏,
4 Əgər dostuma xəyanət etmişəmsə, Düşmənimi nahaqdan qarət etmişəmsə,
我若以惡報那與我交好的人- 連那無故與我為敵的,我也救了他,
5 Qoy məni düşmən qovub tutsun, Bədənimi təpik altına salsın, Şərəfimi yerə vursun. (Sela)
就任憑仇敵追趕我,直到追上, 將我的性命踏在地下, 使我的榮耀歸於灰塵。 (細拉)
6 Qəzəblə qalx, ya Rəbb, Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl! Mənə görə oyan, Hökmünü bəyan et!
耶和華啊,求你在怒中起來, 挺身而立,抵擋我敵人的暴怒! 求你為我興起!你已經命定施行審判!
7 Ümmətlər icması Sənin ətrafına yığılsın, Sən onların başı üzərində ucal, hökmünü ver.
願眾民的會環繞你! 願你從其上歸於高位!
8 Rəbb xalqlar üzərində hakimlik edir; Məni mühakimə et, ya Rəbb, Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!
耶和華向眾民施行審判; 耶和華啊,求你按我的公義和我心中的純正判斷我。
9 Pislərin pisliyi sona yetsin, Salehlərsə möhkəmlənsin! Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.
願惡人的惡斷絕! 願你堅立義人! 因為公義的上帝察驗人的心腸肺腑。
10 Allah mənim sipərimdir, Ürəyidüz olanları xilas edir.
上帝是我的盾牌; 他拯救心裏正直的人。
11 Allah adil hakimdir, Hər gün haqsızlığa görə hökm verir.
上帝是公義的審判者, 又是天天向惡人發怒的上帝。
12 Pislər yolundan dönməzsə, O, qılıncını itilər, Ox-kamanını qurar,
若有人不回頭,他的刀必磨快, 弓必上弦,預備妥當了。
13 Onlara qarşı ölüm silahları hazırlayar, Yandırıcı oxları ilə nişan alar.
他也預備了殺人的器械; 他所射的是火箭。
14 Pislər hiyləyə hamilə olar, Şər üçün ağrı çəkər, yalan doğar.
試看惡人因奸惡而劬勞, 所懷的是毒害,所生的是虛假。
15 Onlar başqasına quyu qazar, dərinləşdirər, Qazdıqları quyuya özləri düşər.
他掘了坑,又挖深了, 竟掉在自己所挖的阱裏。
16 Yamanlıqları öz üstlərinə dönər, Zorakılıqları başlarına düşər.
他的毒害必臨到他自己的頭上; 他的強暴必落到他自己的腦袋上。
17 Rəbbə ədalətinə görə şükür edəcəyəm, Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm!
我要照着耶和華的公義稱謝他, 歌頌耶和華至高者的名。