< Zəbur 68 >

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Bir ilahi. Allah qalxsın, qoy düşmənlər dağılsın, Ona nifrət edənlər qarşısından qaçsın,
برای سالار مغنیان. مزمور و سرود داود خدا برخیزد و دشمنانش پراکنده شوند! و آنانی که از او نفرت دارند ازحضورش بگریزند!۱
2 Pislər çəkilən tüstü kimi dağılsın, Alovun qarşısında mum kimi ərisin. Qoy onlar Allahın qarşısında məhv olsun.
چنانکه دود پراکنده می‌شود، ایشان را پراکنده ساز، و چنانکه موم پیش آتش گداخته می‌شود، همچنان شریران به حضور خدا هلاک گردند.۲
3 Salehlər sevinsin, Allahın hüzurunda fərəhindən coşsun, Sevinib şad olsun.
اما صالحان شادی کنند و در حضور خدا به وجد آیند و به شادمانی خرسند شوند.۳
4 Allaha ilahi oxuyun, ismini tərənnüm edin, Buludlar üstünə minənə yol açın. İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın.
برای خدا سرود بخوانید و به نام او ترنم نمایید و راهی درست کنید برای او که در صحراها سوار است. نام او یهوه است! به حضورش به وجد آیید!۴
5 Öz müqəddəs məskənində olan Allah Yetimlərin atası, Dul qadınların müdafiəçisidir.
پدر یتیمان و داور بیوه‌زنان، خداست در مسکن قدس خود!۵
6 Allah kimsəsizlərə ev qurur, Əsirləri firavanlığa çıxarır, Günahkarlar isə quru yurdda yaşayır.
خدا بی‌کسان را ساکن خانه می‌گرداند واسیران را به رستگاری بیرون می‌آورد، لیکن فتنه انگیزان در زمین تفتیده ساکن خواهند شد.۶
7 Ey Allah, Sən xalqının önündə gedərkən, Çöllükdə yürüşə çıxarkən (Sela)
‌ای خدا هنگامی که پیش روی قوم خود بیرون رفتی، هنگامی که در صحرا خرامیدی، سلاه.۷
8 Sina dağındakı Allahın qarşısında, Allahın, İsrailin Allahının hüzurunda Yer lərzəyə gəldi, göydən yağış töküldü.
زمین متزلزل شد و آسمان به حضور خدا بارید. این سینا نیز از حضور خدا، خدای اسرائیل.۸
9 Ey Allah, yaxşıca yağışlar yağdırdın, Solan torpaqlarını canlandırdın.
‌ای خدا باران نعمت‌ها بارانیدی و میراثت را چون خسته بود مستحکم گردانیدی.۹
10 Xalqın orada məskən saldı. Ey Allah, xeyirxahlığına görə Məzlumlar üçün oranı Sən hazırladın.
جماعت تو درآن ساکن شدند. ای خدا، به جود خویش برای مساکین تدارک دیده‌ای.۱۰
11 Xudavənd əmr edir, Bir alay qadın Belə müjdə paylayır:
خداوند سخن را می‌دهد. مبشرات انبوه عظیمی می‌شوند.۱۱
12 «Düşmən orduları qaçır! Padşahları qaçır! Evdə olanlar Talan malını paylayırlar.
ملوک لشکرها فرار کرده، منهزم می‌شوند. و زنی که در خانه مانده است، غارت را تقسیم می‌کند.۱۲
13 Siz ağıllar arasında yatanda Qanadları gümüş kimi bərq vuran, Tükləri isə qızıl kimi parlayan, Göyərçinə oxşayırsınız».
اگرچه در آغلهاخوابیده بودید، لیکن مثل بالهای فاخته شده ایدکه به نقره پوشیده است و پرهایش به طلای سرخ.۱۳
14 Külli-İxtiyar padşahları elə dağıtdı ki, Elə bil Salmon dağına göydən qar tökülür.
چون قادر مطلق پادشاهان را در آن پراکنده ساخت، مثل برف بر صلمون درخشان گردید.۱۴
15 Ey Başan dağı, Allahın dağı, Ey zirvələri çox olan Başan dağı!
کوه خدا، کوه باشان است، کوهی با قله های افراشته کوه باشان است.۱۵
16 Ey zirvələri çox olan dağlar, Allah məskən salmaq üçün seçdiyi dağa Niyə qibtə ilə baxırsınız? Bəli, Rəbb orada əbədi yaşar.
‌ای کوههای باقله های افراشته، چرا نگرانید؟ بر این کوهی که خدا برای مسکن خود برگزیده است هر آینه خداوند در آن تا به ابد ساکن خواهد بود.۱۶
17 Allahın döyüş arabaları var Minlərlə, saysız-hesabsız. Xudavənd onlarla birgə Sinadan müqəddəs məskəninə gəlib.
ارابه های خدا کرورها و هزارهاست. خداونددر میان آنهاست و سینا در قدس است.۱۷
18 Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın, Əsir etdiyin düşmənləri Özünlə oraya apardın, Sən bütün insanlardan, Hətta üsyankarlardan da xərac aldın.
براعلی علیین صعود کرده، و اسیران را به اسیری برده‌ای. از آدمیان بخششها گرفته‌ای. بلکه ازفتنه انگیزان نیز تا یهوه خدا در ایشان مسکن گیرد.۱۸
19 Xudavəndə, Bizi qurtaran Allaha – Hər gün qayğı yükümüzü çəkənə alqış olsun! (Sela)
متبارک باد خداوندی که هر روزه متحمل بارهای ما می‌شود و خدایی که نجات ماست، سلاه.۱۹
20 Allahımız azad edən Allahdır, Ölümdən qurtaran Xudavənd Rəbdir.
خدا برای ما، خدای نجات است ومفرهای موت از آن خداوند یهوه است.۲۰
21 Allah düşmənlərin kəlləsini, Günah içində yaşayanların tüklü təpəsini əzəcək.
هرآینه خدا سردشمنان خود را خرد خواهد کوبیدو کله مویدار کسی را که در گناه خود سالک باشد.۲۱
22 Xudavənd belə dedi: «Onları Başandan geri qaytaracağam, Dənizin dibində olsalar belə, Oradan geri qaytaracağam.
خداوند گفت: «از باشان باز خواهم آورد. از ژرفیهای دریا باز خواهم آورد.۲۲
23 Qoy ayaqların düşmənlərin qanına batsın, Bundan itlərinin dilləri də pay alıb yalasın».
تا پای خودرا در خون فروبری و زبان سگان تو از دشمنانت بهره خود را بیابد.»۲۳
24 Ey Allah, indi burada o zəfər yürüşün, Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür,
‌ای خدا طریق های تو رادیده‌اند یعنی طریق های خدا و پادشاه مرا درقدس.۲۴
25 Öndə ilahi oxuyanlar, Arxalarından isə çalğıçılar, Aralarında dəfçalan qızlar gəlir.
در‌پیش رو، مغنیان می‌خرامند و درعقب، سازندگان. و در وسط دوشیزگان دف زن.۲۵
26 Ey İsrailin belindən gələnlər, cəmiyyət içində Allahınız Rəbbə alqış edin.
خدا را در جماعت‌ها متبارک خوانید وخداوند را از چشمه اسرائیل.۲۶
27 Qabaqda kiçik Binyamin qəbiləsi gedir, Ardınca çoxlu Yəhuda başçıları, Ondan sonra Zevulunun, Naftalinin başçıları gəlir.
آنجاست بنیامین صغیر، حاکم ایشان و روسای یهودامحفل ایشان. روسای زبولون و روسای نفتالی.۲۷
28 Ey Allah, qüdrətini, Bizim üçün işlətdiyin qüvvətini göstər.
خدایت برای تو قوت را امر فرموده است. ای خدا آنچه را که برای ما کرده‌ای، استوار گردان.۲۸
29 Yerusəlimdəki məbədinə görə Sənə padşahlar xərac gətirir.
به‌سبب هیکل تو که در اورشلیم است، پادشاهان هدایا نزد تو خواهند‌آورد.۲۹
30 Qamışlıqda yaşayan heyvanları, Xalqların danaları ilə buğa sürüsünü tənbeh et. Bu gümüşpərəstləri təpiyinin altına sal, Davakar xalqları pərən-pərən et.
و وحش نی زار را توبیخ فرما و رمه گاوان را با گوساله های قوم که با شمشهای نقره نزد تو گردن می‌نهند. وقوم هایی که جنگ را دوست می‌دارند پراکنده ساخته است.۳۰
31 Misirdən Allahın hüzuruna elçilər gələcək, Kuşlular da Ona əl açacaqlar.
سروران از مصر خواهند آمد وحبشه دستهای خود را نزد خدا بزودی درازخواهد کرد.۳۱
32 Ey dünya ölkələri, Allaha ilahi söyləyin. Xudavəndi tərənnüm edin, (Sela)
‌ای ممالک جهان برای خدا سرود بخوانید. برای خداوند سرود بخوانید، سلاه.۳۲
33 Göylərin, ulu göylərin üstünə minəni, Güclü səslə gurlayanı dinləyin,
برای او که بر فلک الافلاک قدیمی سوار است. اینک آواز خود را می‌دهد آوازی که پرقوت است.۳۳
34 Allahın qüdrətini bəyan edin, Əzəməti İsrail üzərindədir, Onun qüdrəti göylərdədir!
خدارا به قوت توصیف نمایید. جلال وی بر اسرائیل است و قوت او در افلاک.۳۴
35 Müqəddəs məkanında olan ey Allah, zəhmlisən! İsrailin Allahı Öz xalqına qüdrət, qüvvət verir. Allaha alqış olsun!
‌ای خدا از قدسهای خود مهیب هستی. خدای اسرائیل قوم خود راقوت و عظمت می‌دهد. متبارک باد خدا.۳۵

< Zəbur 68 >