< Zəbur 67 >

1 Musiqi rəhbəri üçün simli alətlərin müşayiəti ilə oxunan məzmur. Bir ilahi. Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın. (Sela)
למנצח בנגינת מזמור שיר ב אלהים יחננו ויברכנו יאר פניו אתנו סלה
2 Qoy yer üzündə Sənin yolun, Bütün millətlər arasında qurtuluşun tanınsın.
לדעת בארץ דרכך בכל-גוים ישועתך
3 Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.
יודוך עמים אלהים יודוך עמים כלם
4 Qoy ümmətlər sevinclə Səni mədh etsin, Çünki xalqlara insafla hökm edirsən, Yer üzündəki ümmətlərə yol göstərirsən. (Sela)
ישמחו וירננו לאמים כי-תשפט עמים מישר ולאמים בארץ תנחם סלה
5 Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.
יודוך עמים אלהים יודוך עמים כלם
6 Yer üzü bəhrəsini verib, Allah, bizim Allahımız bizə bərəkət verib.
ארץ נתנה יבולה יברכנו אלהים אלהינו
7 Allah bizə xeyir-dua verib. Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun!
יברכנו אלהים וייראו אותו כל-אפסי-ארץ

< Zəbur 67 >