< Zəbur 66 >

1 Musiqi rəhbəri üçün. Bir ilahi. Məzmur. Ey bütün dünya əhli, Cuşa gəlib Allaha nida edin,
לַמְנַצֵּחַ שִׁיר מִזְמוֹר הָרִיעוּ לֵאלֹהִים כָּל־הָאָֽרֶץ׃
2 Şərəfli ismini tərənnüm edin, Ona şərəflə həmd edin!
זַמְּרוּ כְבֽוֹד־שְׁמוֹ שִׂימוּ כָבוֹד תְּהִלָּתֽוֹ׃
3 Siz Allaha belə deyin: «Əməllərin nə qədər zəhmlidir! O qədər qüdrətlisən ki, Düşmənlərin qarşında diz çökür!
אִמְרוּ לֵאלֹהִים מַה־נּוֹרָא מַעֲשֶׂיךָ בְּרֹב עֻזְּךָ יְֽכַחֲשׁוּ לְךָ אֹיְבֶֽיךָ׃
4 Bütün dünya Sənə səcdə edir, Səni tərənnüm edir, İsmini tərənnüm edir». (Sela)
כָּל־הָאָרֶץ ׀ יִשְׁתַּחֲווּ לְךָ וִֽיזַמְּרוּ־לָךְ יְזַמְּרוּ שִׁמְךָ סֶֽלָה׃
5 Gəlin, Allahın işlərini, Bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün.
לְכוּ וּרְאוּ מִפְעֲלוֹת אֱלֹהִים נוֹרָא עֲלִילָה עַל־בְּנֵי אָדָֽם׃
6 Dənizi quruya çevirdi, Çayın sularını saxlayıb xalqını piyada keçirtdi. Biz Allaha görə sevinək!
הָפַךְ יָם ׀ לְֽיַבָּשָׁה בַּנָּהָר יַֽעַבְרוּ בְרָגֶל שָׁם נִשְׂמְחָה־בּֽוֹ׃
7 Qüdrəti ilə əbədi səltənət sürər, Günahkarlar Ona qarşı qalxmasın deyə Göz qoyub millətlərə nəzarət edər. (Sela)
מֹשֵׁל בִּגְבוּרָתוֹ ׀ עוֹלָם עֵינָיו בַּגּוֹיִם תִּצְפֶּינָה הַסּוֹרְרִים ׀ אַל־ירימו יָרוּמוּ לָמוֹ סֶֽלָה׃
8 Ey xalqlar, Allahımıza alqış edin, Ona həmd edin, səsiniz eşidilsin!
בָּרְכוּ עַמִּים ׀ אֱלֹהֵינוּ וְהַשְׁמִיעוּ קוֹל תְּהִלָּתֽוֹ׃
9 Odur canımızı qoruyan, Ayağımızı büdrəməyə qoymayan.
הַשָּׂם נַפְשֵׁנוּ בַּֽחַיִּים וְלֹֽא־נָתַן לַמּוֹט רַגְלֵֽנוּ׃
10 Ey Allah, bizi sınaqdan keçirtdin, Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın.
כִּֽי־בְחַנְתָּנוּ אֱלֹהִים צְרַפְתָּנוּ כִּצְרָף־כָּֽסֶף׃
11 Sən bizi Öz torunla tutdun, Kürəyimizə ağır yük qoydun.
הֲבֵאתָנוּ בַמְּצוּדָה שַׂמְתָּ מוּעָקָה בְמָתְנֵֽינוּ׃
12 Sən insanları başımızın üstündən keçirtdin. Oda düşdük, suya düşdük, Axırda bizi Sən bolluğa çıxartdın.
הִרְכַּבְתָּ אֱנוֹשׁ לְרֹאשֵׁנוּ בָּֽאנוּ־בָאֵשׁ וּבַמַּיִם וַתּוֹצִיאֵנוּ לָֽרְוָיָֽה׃
13 Sənin evinə yandırma qurbanları ilə gələcəyəm, Sənə əhd etdiyim təqdimləri verəcəyəm.
אָבוֹא בֵיתְךָ בְעוֹלוֹת אֲשַׁלֵּם לְךָ נְדָרָֽי׃
14 Dar gündə dilim bunları bəyan etdi, Mənim ağzım bu əhdləri söylədi.
אֲשֶׁר־פָּצוּ שְׂפָתָי וְדִבֶּר־פִּי בַּצַּר־לִֽי׃
15 Kökəldilmiş heyvanları Sənin üçün yandırma qurbanı verəcəyəm. Qoçların xoş tüstüsü Sənə sarı qalxacaq, Təkələri, öküzləri qurban gətirəcəyəm. (Sela)
עֹלוֹת מֵחִים אַעֲלֶה־לָּךְ עִם־קְטֹרֶת אֵילִים אֶעֱשֶֽׂה בָקָר עִם־עַתּוּדִים סֶֽלָה׃
16 Ey Allahdan qorxanlar, gəlin, dinləyin, Onun mənə nə etdiyini sizə bəyan edim.
לְכֽוּ־שִׁמְעוּ וַאֲסַפְּרָה כָּל־יִרְאֵי אֱלֹהִים אֲשֶׁר עָשָׂה לְנַפְשִֽׁי׃
17 Ağzımla Onu səslədim, Dilimlə Onu mədh etdim.
אֵלָיו פִּֽי־קָרָאתִי וְרוֹמַם תַּחַת לְשׁוֹנִֽי׃
18 Mən qəlbimdə təqsirə yer versəydim, Xudavənd məni eşitməzdi.
אָוֶן אִם־רָאִיתִי בְלִבִּי לֹא יִשְׁמַע ׀ אֲדֹנָֽי׃
19 Lakin Allah məni dinlədi, Duamın səsini eşitdi.
אָכֵן שָׁמַע אֱלֹהִים הִקְשִׁיב בְּקוֹל תְּפִלָּתִֽי׃
20 Alqış olsun Allaha! Duamı rədd etmədi, Məndən məhəbbətini əsirgəmədi!
בָּרוּךְ אֱלֹהִים אֲשֶׁר לֹֽא־הֵסִיר תְּפִלָּתִי וְחַסְדּוֹ מֵאִתִּֽי׃

< Zəbur 66 >