< Zəbur 63 >

1 Davudun məzmuru. Yəhuda çölündə olanda. Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm.
Psalam. Davidov. Dok David bijaše u Judejskoj pustinji. O Bože, ti si Bog moj: gorljivo tebe tražim; tebe žeđa duša moja, tebe želi tijelo moje, kao zemlja suha, žedna, bezvodna.
2 Müqəddəs yerdə Səni seyr edirdim, Qüdrətini, əzəmətini görürdüm.
U Svetištu sam tebe motrio gledajuć' ti moć i slavu.
3 Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir.
Ljubav je tvoja bolja od života, moje će te usne slavit'.
4 Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
Tako ću te slavit' za života, u tvoje ću ime ruke dizati.
5 Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.
Duša će mi biti kao sala i mrsa sita, hvalit ću te kliktavim ustima.
6 Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm.
Na postelji se tebe spominjem, u bdjenjima noćnim mislim na tebe.
7 Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
Ti postade meni pomoć, kličem u sjeni krila tvojih.
8 Könlüm Sənə bağlanır, Sağ əlin məni möhkəm tutur.
Duša se moja k tebi privija, desnica me tvoja drži.
9 Amma canımın qəsdinə duranlar Yerin dibinə batacaqlar,
Oni što dušu u propast guraju neka siđu u dubinu zemlje,
10 Qılıncın ağzına tuş gələcəklər, Çaqqallara yem olacaqlar.
nek' vlasti mača predani budu, nek' postanu plijen šakalima.
11 Amma padşah Allaha görə sevinəcək, Adına and içən hər kəs həmd söyləyəcək, Yalançıların isə ağzı yumulacaq.
A kralj će se radovat' u Bogu, slavit će se tko se kune njime, jer će lašcima biti začepljena usta.

< Zəbur 63 >