< Zəbur 62 >

1 Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru. Susan qəlbim yalnız Allahı gözləyir, Ondadır qurtuluşum.
למנצח על ידותון מזמור לדוד אך אל אלהים דומיה נפשי ממנו ישועתי׃
2 Yalnız Odur qayam, qurtuluşum, O mənim qalamdır, mən əsla sarsılmaram.
אך הוא צורי וישועתי משגבי לא אמוט רבה׃
3 İnsan divar kimi əyiləndə, Hasar kimi laxlayanda Nə vaxtadək üstünə hücum edəcəksiniz? Nə vaxtadək onu əzəcəksiniz?
עד אנה תהותתו על איש תרצחו כלכם כקיר נטוי גדר הדחויה׃
4 Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq, Çünki yalandan zövq alırsınız. Diliniz xeyir-dua söyləsə də, Qəlbiniz lənət yağdırır. (Sela)
אך משאתו יעצו להדיח ירצו כזב בפיו יברכו ובקרבם יקללו סלה׃
5 Ey qəlbim, sükutla Allahı gözlə, Çünki ümidim Ondadır.
אך לאלהים דומי נפשי כי ממנו תקותי׃
6 Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram.
אך הוא צורי וישועתי משגבי לא אמוט׃
7 Qurtuluşum, şərəfim Allaha bağlıdır, Allah möhkəm qayam və pənahımdır.
על אלהים ישעי וכבודי צור עזי מחסי באלהים׃
8 Ey xalq, hər zaman Ona arxalan, Onun hüzurunda qəlbini açıb-boşalt, Çünki Allah bizim pənahımızdır! (Sela)
בטחו בו בכל עת עם שפכו לפניו לבבכם אלהים מחסה לנו סלה׃
9 Bəşər övladları yalnız bir nəfəsdir – İnsan övladları fanidir. Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır, Çəkisi bir nəfəsdən yüngül gəlir.
אך הבל בני אדם כזב בני איש במאזנים לעלות המה מהבל יחד׃
10 Heç zaman zorakılığınıza güvənməyin, Talan malına boş yerə ümid bağlamayın, Var-dövlətiniz artsa da, ona arxalanmayın.
אל תבטחו בעשק ובגזל אל תהבלו חיל כי ינוב אל תשיתו לב׃
11 Allah bir dəfə dedi, Bunu iki dəfə eşitdim: Qüdrət Allahındır,
אחת דבר אלהים שתים זו שמעתי כי עז לאלהים׃
12 Ey Xudavənd, məhəbbət Sənindir! Sən hər kəsə əməlinə görə əvəz verirsən!
ולך אדני חסד כי אתה תשלם לאיש כמעשהו׃

< Zəbur 62 >