< Zəbur 61 >
1 Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ey Allah, fəryadımı eşit, Duamı dinlə.
Oye, o! Dios, mi clamor; está atento a mi oración.
2 Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar.
Desde el cabo de la tierra clamaré a ti, cuando desmayare mi corazón; a la peña más alta que yo, llévame.
3 Çünki Sən mənim pənahgahımsan, Düşmənə qarşı möhkəm qülləsən.
Porque tú has sido mi refugio; torre de fortaleza delante del enemigo.
4 Qoy sonsuzadək çadırında yaşayım, Qanadlarının altında pənah tapım. (Sela)
Yo habitaré en tu tabernáculo para siempre; estaré seguro en el escondedero de tus alas.
5 Sən, ey Allah, etdiyim əhdi eşitdin, Adından qorxanlara təyin etdiyin payı mənə verdin.
Porque tú, o! Dios, has oído mis votos; has dado heredad a los que temen tu nombre.
6 Sən ömür ver, qoy padşahın yaşasın, İlləri nəsillərdən-nəsillərə qədər uzansın.
Días sobre días añadirás al rey: sus años serán como generación y generación.
7 Allahın hüzurunda daim taxtda otursun, Məhəbbət və sədaqət ver, onu qorusun.
El estará para siempre delante de Dios; misericordia y verdad apercibe que le conserven.
8 Mənsə adını həmişə tərənnüm edəcəyəm, Hər gün əhd etdiyim təqdimləri verəcəyəm!
Así cantaré tu nombre para siempre, pagando mis votos cada día.