< Zəbur 59 >
1 Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxunan miktamı. Şaul onu öldürmək üçün evinə adam göndərib pusqu qoyanda. Ey Allahım, məni düşmənlərimdən qurtar, Əleyhdarlarımın əlindən hifz et.
Müzik şefi için - “Yok Etme” makamında Davut'un Miktamı - Saul'un Davut'u öldürtmek için adam gönderip evini gözetlediği zaman Kurtar beni düşmanlarımdan, ey Tanrım, Kalem ol hasımlarıma karşı.
2 Məni şər iş görənlərdən xilas et, Məni qaniçənlərdən azad et.
Kurtar beni suç işleyenlerden, Uzak tut kanlı katillerden.
3 Canımı almaq üçün məni güdürlər, Güclülər əleyhimə birləşiblər. Ya Rəbb, üsyankar, günahkar,
Bak, canımı almak için pusu kuruyorlar, Güçlüler bana karşı birleşiyorlar, Oysa başkaldırmadım, günahım yok, ya RAB.
4 Təqsirkar olmadığım halda Onlar mənə qarşı qəti tədbir görürlər. Bir oyan, halımı gör, yardım et,
Suç işlemediğim halde, Koşuşup hazırlanıyorlar. Kalk bana yardım etmek için, halime bak!
5 Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı! Bütün millətlərə cəza vermək üçün oyan, Xəyanətkar pislərin heç birinə rəhm etmə. (Sela)
Sen, ya RAB, Her Şeye Egemen Tanrı, İsrail'in Tanrısı, Uyan bütün ulusları cezalandırmak için, Acıma bu suçlu hainlere! (Sela)
6 Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar.
Akşam döner, köpek gibi hırlayıp Sinsi sinsi kenti dolaşırlar.
7 Gör dodaqlarından nələr tökülür, Ağızlarından qılınclar çıxır. Onlar zənn edirlər ki, eşidən yoxdur.
Bak, neler dökülür ağızlarından, Kılıç çıkar dudaklarından. “Kim duyacak?” derler.
8 Lakin, ya Rəbb, Sən onlara gülürsən, Bütün millətlərə rişxənd edirsən.
Ama sen onlara gülersin, ya RAB, Bütün uluslarla eğlenirsin.
9 Ey mənə qüvvət verən, Səni gözləyirəm! Ey Allahım, qalamsan,
Gücüm sensin, seni gözlüyorum, Çünkü kalemsin, ey Tanrı.
10 Mənə məhəbbətini göstərirsən! Ey Allah, imdad etmək üçün çıxacaqsan, Düşmənlərimin qırılmasını mənə göstərəcəksən.
Tanrım sevgisiyle karşılar beni, Bana düşmanlarımın yıkımını gösterir.
11 Ey Xudavənd, Sənsən sipərimiz! Xalqımın yadında qalsın deyə Düşmənləri qırma, lakin gücünlə Onları dağıdaraq məğlub et.
Onları öldürme, yoksa halkım unutur, Gücünle dağıt ve alçalt onları, Ya Rab, kalkanımız bizim.
12 Günahkar dillərinə görə, Ağızlarının sözlərinə görə Təkəbbürlülərin tələsinə özləri düşsünlər. Yağdırdıqları lənətlərə görə, Dedikləri yalanlara görə
Ağızlarının günahı, dudaklarından çıkan söz yüzünden, Gururlarının tuzağına düşsünler. Okudukları lanet, söyledikleri yalan yüzünden
13 Onları qəzəbinlə məhv et, Məhv et, qoy bir nişanə qalmasın. Qoy insanlar bilsinlər: Allah səltənət sürür Yaqub nəslinin üzərində, Ta ucqarlara qədər yer üzərində. (Sela)
Yok et onları gazabınla, yok et, tükensinler; Bilsinler ki, Tanrı'nın Egemenliği Yakup soyundan Yeryüzünün ucuna kadar ulaşır. (Sela)
14 Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar.
Akşam döner, köpek gibi hırlayıp Sinsi sinsi kenti dolaşırlar.
15 Avara-avara gəzib yem axtarırlar, Doyunca tapmasalar, gecə boyu ulayırlar.
Yiyecek bulmak için gezerler, Doymazlarsa ulurlar.
16 Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm, Sübh tezdən məhəbbətini mədh edəcəyəm. Çünki Sən mənə qala olmusan, Dar günümdə mənim pənahımsan.
Bense gücün için sabah ezgiler söyleyecek, Sevgini sevinçle dile getireceğim. Çünkü sen bana kale, Sıkıntılı günümde sığınak oldun.
17 Ey mənə qüvvət verən, Səni tərənnüm edəcəyəm! Ey Allahım, qalamsan, Mənə məhəbbətini göstərirsən!
Gücüm sensin, seni ilahilerle öveceğim, Çünkü kalem, beni seven Tanrı sensin.