< Zəbur 55 >

1 Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili. Ey Allah, duamı dinlə, Yalvarışımdan gizlənmə!
Zborovođi. Uza žičana glazbala. Poučna pjesma. Davidova. Počuj mi, Bože, molitvu, ne krij se molbi mojoj:
2 Yaxşı qulaq as mənə, bir cavab söylə, Düşüncələrim məni narahat edir, Çaş-baş qalmışam.
obazri se na me i usliši me! Mučim se u svojoj tjeskobi,
3 Düşmənin səsindən, Zalımların zülmündən narahatam. Məni onların şər işləri sarsıdır, Onlar qəzəblə mənə qəsd-qərəz qurur.
zbuni me vika dušmanska i tlačenje grešničko. Navališe na me nesrećom, bijesno me progone.
4 Köksümdəki ürəyim sancır, Ölüm dəhşəti üzərimə düşdü.
Srce mi je ustreptalo i strah me samrtni spopade.
5 Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb.
Užas me i trepet hvata, groza me obuze.
6 Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım.
Zavapih: “O, da su mi krila golubinja, odletio bih da otpočinem!
7 Doğrudan da, uzaqlara qaçardım, Çöllərdə məskən salardım. (Sela)
Daleko, daleko bih letio, u pustinji se nastanio;
8 Bu sərt yellərdən, qasırğalardan Daldalanmaq üçün tez bir yerə gedəydim».
brzo bih si potražio sklonište od bijesne oluje i vihora.”
9 Ey Xudavənd, bu şəhəri alt-üst et, Oradakıların dillərinə ayrılıq sal. Orada zorakılıq, dava gördüm;
Smeti ih, Gospode, podvoji im jezike, jer nasilje i svađu vidim u gradu;
10 Bunlar gecə-gündüz divarlarının üstündə dolanır, Pislik və şər şəhərin içindədir,
danju i noću zidinama kruže; bezakonja su i nevolje u njemu.
11 Aralarında qırğın var, Meydanlarından hədə-qorxu və fırıldaq çıxır.
Usred njega zasjede, s ulica mu nepravda i podlost ne odlaze.
12 Əgər məni düşmən təhqir etsəydi, dözərdim, Yağı qarşımda qürrələnsəydi, gizlənərdim.
Da me pogrdio dušmanin, bio bih podnio; da se digao na me koji me mrzi, pred njim bih se sakrio.
13 Amma bunu sən etdin, ey rəfiqim, Ey yoldaşım, ürək həmdəmim.
Ali ti, ti si to bio, meni jednak, prijatelj moj, moj pouzdanik
14 Səninlə şirin-şirin söhbət edərdik, Allah evinə birgə gedərdik.
s kojim sam slatko drugovao i složno hodismo u Domu Božjemu.
15 Qoy düşmənlərə qəfil ölüm gəlsin, Onlar diri-diri ölülər diyarına düşsün, Çünki şər onların evində və qəlbindədir. (Sheol h7585)
Smrt neka ih zaskoči, živi nek' siđu u Podzemlje jer im je pakost u stanu i srcu. (Sheol h7585)
16 Mənsə Allahı səsləyərəm, Rəbb məni xilas edər.
A ja ću Boga prizvati, i Jahve će me spasiti.
17 Səhər, günorta, axşam nalə çəkirəm, Ah-zar edirəm, O, səsimi eşidir.
Večerom, jutrom i o podne tužan ću jecati, i on će čuti vapaj moj.
18 Çoxları əleyhimə çıxır, Amma O, canımı döyüşdən qoruyur.
Dat će mi mira od onih koji me progone: jer mnogi su protiv mene.
19 Əzəldən bəri taxtında oturan Allah Məni eşidib onları zəlil edəcək. (Sela) Çünki onlar əsla dəyişməz, Allahdan qorxmurlar.
Bog će čuti i njih poniziti, Onaj koji kraljuje odvijeka, jer se ne popravljaju, Boga se ne boje.
20 Yoldaşım dostuna əl qaldırır, Dostluq əhdini pozur.
Podižu ruke na prijatelje, savez svoj oskvrnjuju.
21 Onun dili kərə yağından da yağlıdır, Qəlbində isə çəkişmələr yaşayır, Sözləri zeytun yağından yumşaqdır, Amma sıyrılmış qılınclardır.
Usta su im glađa od maslaca, a srce ratoborno; riječi blaže od ulja, a oni - isukani mačevi.
22 Sən qayğı yükünü Rəbbə ver, Qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz.
Povjeri Jahvi svu svoju brigu, i on će te pokrijepiti: neće dati da ikada posrne pravednik.
23 Ey Allah, qanlı, hiyləgər adamları Qəbirə endirəcəksən. Onların ömrü yarıya çatmayacaq. Amma mən yalnız Sənə güvənirəm!
A njih ti, o Bože, strmoglavi u jamu grobnu! Krvoloci i varalice ni polovicu dana neće doživjeti! A ja se u tebe uzdam!

< Zəbur 55 >