< Zəbur 54 >

1 Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili. Ziflilər Şaulun yanına gəlib «yəqin ki Davud bizim aramızda gizlənib» deyəndə. Ey Allah, isminlə məni qurtar, Qüvvənlə mənə bəraət ver.
למנצח בנגינת משכיל לדוד בבוא הזיפים ויאמרו לשאול הלא דוד מסתתר עמנו אלהים בשמך הושיעני ובגבורתך תדינני׃
2 Ey Allah, mənim duamı dinlə, Dilimdən çıxan sözlərə qulaq as.
אלהים שמע תפלתי האזינה לאמרי פי׃
3 Yadellilər əleyhimə qalxıblar, Zalımlar canımı almaq üçün məni axtarırlar, Heç Allaha baxmırlar. (Sela)
כי זרים קמו עלי ועריצים בקשו נפשי לא שמו אלהים לנגדם סלה׃
4 Budur, Allah mənə kömək edir, Xudavənd ömrümə dayaq olur.
הנה אלהים עזר לי אדני בסמכי נפשי׃
5 O bu şəri düşmənlərimə tərəf döndərəcək. Mənim sadiq Allahım, düşmənləri yox et!
ישוב הרע לשררי באמתך הצמיתם׃
6 Sənə könüllü qurban kəsəcəyəm, Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!
בנדבה אזבחה לך אודה שמך יהוה כי טוב׃
7 Məni hər darlıqdan xilas etdin, Gözüm düşmənlərimin məhvini gördü.
כי מכל צרה הצילני ובאיבי ראתה עיני׃

< Zəbur 54 >