< Zəbur 52 >

1 Musiqi rəhbəri üçün. Davudun maskili. Edomlu Doeq Davudun Aximelekin evinə getdiyini Şaula xəbər verəndə Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər? Sonsuzdur Allahın məhəbbəti.
Musiqi rəhbəri üçün. Davudun maskili. Edomlu Doeq Davudun Aximelekin evinə getdiyini Şaula xəbər verəndə Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər? Sonsuzdur Allahın məhəbbəti.
2 Ey hiyləgər, dilin insanı məhv edir, İti ülgüc kimi kəsir.
Ey hiyləgər, dilin insanı məhv edir, İti ülgüc kimi kəsir.
3 Yaxşılıqdan çox yamanı, Doğru sözdən çox yalanı sevirsən. (Sela)
Yaxşılıqdan çox yamanı, Doğru sözdən çox yalanı sevirsən. (Sela)
4 Ey hiyləgər dilli, Məhvedici sözləri çox sevirsən!
Ey hiyləgər dilli, Məhvedici sözləri çox sevirsən!
5 Allah səni əbədilik qıracaq, Yaxandan yapışaraq evindən çölə atacaq, Dirilər arasından kökünü qoparacaq. (Sela)
Allah səni əbədilik qıracaq, Yaxandan yapışaraq evindən çölə atacaq, Dirilər arasından kökünü qoparacaq. (Sela)
6 Salehlər buna baxıb qorxacaqlar, Gülə-gülə belə deyəcəklər:
Salehlər buna baxıb qorxacaqlar, Gülə-gülə belə deyəcəklər:
7 «Bu adam Allaha pənah gətirmədi, Öz bol sərvətinə güvəndi, Başqalarını məhv edərək gücləndi».
«Bu adam Allaha pənah gətirmədi, Öz bol sərvətinə güvəndi, Başqalarını məhv edərək gücləndi».
8 Amma mən Allahın evində Yaşıl zeytun ağacına bənzərəm, Daima, əbədilik Allahın məhəbbətinə güvənirəm.
Amma mən Allahın evində Yaşıl zeytun ağacına bənzərəm, Daima, əbədilik Allahın məhəbbətinə güvənirəm.
9 Sənin gördüyün işlərə görə daim şükür edirəm, Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!
Sənin gördüyün işlərə görə daim şükür edirəm, Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!

< Zəbur 52 >